Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3905/2021 23.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10519 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, tanışı olan Cavabdeh 14 noyabr 2019-cu il tarixdə və 3 yanvar 2020-ci il tarixində ümumi dəyəri 2750 manat nağd şəkildə pulu və qızıl-zinət əşyaları Cavabdeh təhvil verilərkən aralarında olan sövdələşməyə əsasən gələcəkdə biznes fəaliyyətinə cəlb olunması nəzərdə tutulmuşdur. Həmin qızıllar və pul Səbail rayonunda yerləşən “Xalça” muzeyinin ətrafında və Bulvar ətrafında yerləşən ictimai iaşə obyektində verilmişdir. Bir neçə ay keçməsinə baxmayaraq Cavabdeh nə qızılları nə də qızılların dəyərini təşkil edən 16319 mamnat məbləğində pulu qaytarmaqdan boyun qaçırmışdır. Dünyada hökm sürən COVİD-19 pandemiyası, ölkədə tətbiq edilən sərt karantin vəziyyətini bəhanə etmişdir. İddiaçı dəfələrlə Cavabdeh pulu və ya qızıl-zinət əşyalarını tələb etsə də Cavabdeh 16319 manat pulun bir hissəsini 5800 manatı qaytarmışdır. Qalıq pul isə 10519 manat təşkil edir. Həmin pulun alınması ilə bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə müraciət olunmuşdur. Müraciət edildikdən sonra Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Fərid Soltanlı tərəfindən qəbul edilmiş 28.11.2020-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Sözügüdən qərarda qeyd edilmişdir ki, Cavabdeh həmin məbləği təşkil edən qızıl-zinət əşyalarını İddiaçı almış və qızılların dəyərini təşkil edən pulların maddi durumunun yaxşı olmaması ucbatından qaytara bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirdi ki, İddiaçı tanışı Cavabdeh müxtəlif vaxtlarda qızıl-zinət əşyaları vermiş, cavabdeh həmin əşyaları götürərək pulunu qaytarmayıb. İddiaçı cavabdehdən şikayətçi olduqdan sonra cavabdeh Səbail Rayon Polis İdarəsində 9700 manat iddaçıya borclu olduğunu etiraf edib. Səbail Rayon Polis idarəsi tərəfindən Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarda da cavabdehin iddiaçıya borclu olmasına dair etiraf öz əksini tapmış və qərarda mülki xarakterli mübahisə olduğu qeyd edilməklə məhkəməyə müraciət edilməsi tövsiyyə edildiyindən bu tövsiyyəyə əməl edərək iddiaçı tərəf məhkəməyə müraciət etmişdir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirdi ki, cavabdeh idda tələbi qəbul etmir. Belə ki, cavabdeh izahatında 9600 deyil, 960-970 manat civarında borcu qaldığını bildirib. Odur ki, o, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin zahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin İŞ-nin 28.11.2020-ci il tarixli Qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda Cavabdeh istintaqa verdiyi ifadəsindən görünür ki, 2019-cu ilin noyabr ayında İddiaçı qızıl-zinət əşyaları almaq üçün 2750 manat pul almış, həmin pulla qızıl-zinət əşyaları aldıqdan sonra qalan 800 manat pulu Arzunun özünə qaytarmış, qızıl əşyalarını müxtəlif şəxslərə sataraq bir neçə gün sonra Arzuya 1000 manatdan çox pul vermişdir. 2019-cu ilin noyabr ayının sonlarında Arzu ilə razılaşmışlar ki, Arzuda olan onun özünə məxsus qızıl-zinət əşyalarını götürüb aylıq hissəhissə olmaq şərtilə baha qiymətə müxtəlif şəxslərə satsın. Həmin vaxtdan 2020-ci ilin yanvar ayına qədər olan müddət ərzində İddiaçı müxtəlif növ qızıl-zinət əşyaları götürmüş və razılaşdıqları kimi, müxtəlif şəxslərə aylıq hissə-hissə ödəmək şərtilə satmışdır. Həmin alverdən İddiaçı 5000 manatdan çox pul vermişdir. Lakin karantin rejimi ilə bağlı qızıl-zinət əşyalarını satdığı şəxslər pulları vaxtı-vaxtında verə bilmədiyinə görə o, bu səbəbdən İddiaçı pulunu qaytara bilməmişdir. İddiaçı dəfələrlə qızıl-zinət əşyalarını satdığı şəxslərlə də əlaqə saxlamış, həmin şəxslər ona tez bir zamanda qızılların pullarını qaytaracaqlarını demişlər. Lakin hazırkı dövrə qədər İddiaçı qaytarmalı olduğu təxminən 9600-9700 manat pulu qaytara bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməsə də iş materiallarında olan Səbail RPİ-nin İŞ-nin 28.11.2020-ci il tarixli qərarında təqsirləndirilən şəxs Cavabdeh istintaqa verdiyi izahatdan görünür ki, onun iddiaçıya 9600-9700 manat borcu vardır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi pul tələbi hissəsində qismən qanuni və əsaslı olduğundan, məhkəmə hesab edir ki, Cavabdeh 9700 pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 9700 (doqquz min yeddi yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3905/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3905/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver