Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3908/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6365 (altı min üç yüz altmış beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirir ki, cavabdehin qızı X3 İddiaçı 6300 manat məbləğdə pul ödəməli idi. Cavabdeh ondan xahiş etdi ki, ərizə yazsın ki, X3 pulu ona ödəyib, ona görə də ondan şikayətçi deyil. Bunun əvəzində qızın atası olan cavabdeh ona yazılı iltizam verərək 6365 manat məbləğdə pulu İddiaçı qaytaracağını bildirmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-118/2019 saylı hökmündən müəyyən olunur ki, X2 adına açılacaq kod hesabına depozit qismində yerləşdirilməsindən ötrü pul verəcəyi təqdirdə ona aylıq yüksək əmək haqqı verəcəyini, depozitə yerləşdirməsi üçün verəcəyi pulu az müddət sonra özünə geri qaytaracağını yalandan vəd edərək aldadıb vahid niyyətlə 2015-cı ilin iyulun 25-də 1500 manat pulu ünvan 1 B ünvanda yerləşən ofisində, avqustun 7-də 4800 manat pulu isə ünvan 2etrostansiyasının qarşısında alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək aldığı pulu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınıb zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 6300 manat məbləğində xeyli miqdar maddi ziyan vuraraq dələduzluq etmişdir, İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsində X3 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən ondan heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2017- ci il tarixli iltizama əsasən Cavabdeh X1 6365 manat borc pul almışdır. Aldığı pulu beş ay müddətində qaytaracağına söz vermişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2020-ci il tarixli, 17/6-11663 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü məhkum Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Beləliklə, işin mübahisəsiz halları odur ki,cavabdehin qızı X3 İddiaçı 6300 manat məbləğdə pul ödəməli idi. Hazırki iş üzrə cavabdeh xx.xx.2017- ci il tarixdə yazılı iltizam verərək 6365 manat məbləğdə pulu İddiaçı beş ay müddətində qaytaracağını bildirmiş, İddiaçı isə xx.xx.2017-ci il tarixli ərizəsində X3 tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən ondan heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Bu hallar iddiaçının izahatı, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-118/2019 saylı hökmü və yazılı iltizamla təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı6365 manat məbləğdə pulun ona Cavabdeh tərəfindən ödənilməsinə razılıq vermiş, hər iki tərəf öz razılığını imzaları ilə təsdiq etmişlər. Mülki Məcəllənin 522.1-cı və 522.2-ci maddələrinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, 6365 manat məbləğində pul İddiaçı Cavabdeh tutularaq ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6365 (altı min üç yüz altmış beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3908/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3908/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver