Məhkəmə qərarları › İş №2(004)-3911/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3911/2023

19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3911/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyun 1940-cı il tarixdə Azərbaycan SSR, Astraxan-Bazarski rayonu, Kürünc kəndində doğulmuş X3 ilə, xx.xx.1958-ci il tarixdə Azərbaycan, Qazı-Məmməd şəhərində doğulmuş Ərizəçi arasında 179 nömrəli akt qeydi ilə 09 mart 2002-ci il tarixdə Moskva vilayəti WAQ Baş İdarəsinin Şyolkovo WAQ idarəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsində qeyd olunan “X2 ilə X3" eyni adam olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi mərhum əri X3 11 iyun 1940-cı il tarixdə Azərbaycan SSR, Astraxan-Bazarski rayonu, Kürünc kəndində anadan olmuşdur. Bu fakt Kürünc kənd soveti tərəfindən 28 sentyabr 1956-cı il tarixdə verilmiş l-ME seriyalı 158557 nömrəli doğum haqqında şəhadətnaməsində öz təsdiqini tapır. Ərizəçi Abbasova (Gülüşova) Məlahət Abbas qızı ilə mərhum əri X6 (Bəhram) oğlu 09 mart 2002-ci il tarixdə Rusiya Federasiyasında rəsmi nikaha daxil olmaqla ailə həyatı qurublar. Bu fakt Moskva vilayəti WAQ Baş İdarəsinin Şyolkovo WAQ idarəsi tərəfindən 14 iyul 2009-cu il tarixdə təkrar verilmiş ll-MK seriyalı 775102 nömrəli nikah haqqında şəhadətnaməsində öz təsdiqini tapır. Lakin nikah haqqında şəhadətnamədə ərizəçinin mərhum ərinin ata adı Bəhri deyil, yanlışlıqla Bəhram kimi qeyd olunmuşdur. Müvəkkilinin mərhum əri X3 uzun müddət ağciyər ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkdiyindən əməliyyat olunmuş və cərrahi müdaxilədən sonra vəziyyəti pişləşdiyindən 12 mart 2018-ci il tarixdə vəfat etmişdir. Hazırda müvəkkili Ərizəçi məhrum ərindən qalan miras əmlaka payların müəyyən edilməsi üzrə vərəsəlik işi ilə əlaqədar və digər sənədlərin alınması üçün aidiyyəti orqanlara müraciət etmişdir. Bu zaman həmin orqanlar ərizəçidən mərhum əri ilə bağlanmış nikah haqqında şəhadətnaməsini tələb etdikdə görünür ki, X3 əvəzinə X2 qeyd olunub və bu şəbədən sənədləşmə məsələlərindən imtina olunur. İddiaçı Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını və təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.5, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Kürünc kənd soveti tərəfindən 28 sentyabr 1956-cı il tarixdə verilmiş l- ME seriyalı 158557 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, X3 11 iyun 1940-cı il tarixdə Azərbaycan SSR, Astraxan-Bazarski rayonu, Kürünc kəndində anadan olmuşdur. Moskva vilayəti VVAQ baş idarəsinin Şyolkova VVAQ idarəsi tərəfindən verilən İİ-UK seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 arasında xx.xx.2002-ci il tarixdə nikah bağlanmış, lakin şəhadətnamədə X3 əvəzinə X1 qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 mart 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda vəfat etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi ilə X3 arasında nikah bağlanmış və X3 19 mart 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda vəfat etmişdir. Lakin nikahın bağlanması haqqında şəhadətnamədə X3 əvəzinə X1 qeyd edilmişdir. Hazırda nikah haqqında şəhadətnamədə yanlışlıq olduğundan sənədləşmə işlərində ərizəçiyə çətinlik yaratmışdır. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iş materiallarının məcmusu ərizənin əsaslılığını təsdiq etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı və qanuni olub təmin edilməlidir. 11 iyun 1940-cı il tarixdə Azərbaycan SSR, Astraxan-Bazarski rayonu, Kürünc kəndində doğulmuş X3 ilə, xx.xx.1958-ci il tarixdə Azərbaycan, Qazı-Məmməd şəhərində doğulmuş Ərizəçi arasında 179 nömrəli akt qeydi ilə 09 mart 2002-ci il tarixdə Moskva vilayəti WAQ Baş İdarəsinin Şyolkovo WAQ idarəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsində qeyd olunan “X2” ilə “X3" eyni adam olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 11 iyun 1940-cı il tarixdə Azərbaycan SSR, Astraxan-Bazarski rayonu, Kürünc kəndində doğulmuş X3 ilə, xx.xx.1958-ci il tarixdə Azərbaycan, Qazı-Məmməd şəhərində doğulmuş Ərizəçi arasında 179 nömrəli akt qeydi ilə 09 mart 2002-ci il tarixdə Moskva vilayəti WAQ Baş İdarəsinin Şyolkovo WAQ idarəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnaməsində qeyd olunan “X2” ilə “X3" eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar