Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3911/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz əmlakları ilə birlikdə xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15, Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, giriş 50, M4, m3 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15 (Yeni qaydalarla: AZ 1070, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, həmin mənzili 29 avqust 2023-cü il tarixdə mənzilin əvvəlki mülkiyyətçisi X2 İP- 00193-00/23A nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsi ilə almışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən sözügedən mənzil xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam payda mülkiyyətindədir. Mülkiyyətində olan mənzili ipoteka müqaviləsinə əsasən aldığı üçün, ödənişləri vaxtı-vaxtında ödəmiş və bır gün olsun belə gecikməsi olmamışdır. Hal-hazırda da ipoteka müqaviləsinə əsasən götürdüyü öhdəlikləri icra etməkdə davam edir. Mülkiyyətimdə olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15 (Yeni qaydalarla: AZ 1070. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, giriş 50, M4, m3 ünvanında yerləşən mənzili) Cavabdeh kirayə vermişdir. Cavabdehə dəfələrlə şifahi qaydada bağlanan kirayə müqaviləsinin şərtlərini pozduğunu bildirsə də, o, həmin mənzildə yaşamağa davam etmiş və oranı tərk edib təhvil verməmişdir. Eyni zamanda cavabdehin mənzildə yaşamasına baxmayaraq, heç bir kirayə haqqı ödəmir. Şifahi qaydada bağlanmış kirayə müqaviləsinin pozulma səbəbi də, Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməməsi olmuşdur. Yuxarıda qeyd etdiklərinə əsasən bildirir ki, Cavabdeh, mülkiyyət hüquqi əsasındə ona məxsus olan mənzildə heç bir hüquqi əsas olmadan yaşayır. Hesab edir ki, cavabdeh tərəfindən mülkiyyət hüquqları məhdudlaşdırıldığı üçün, Cavabdeh sözügedən mənzildən çıxarılması barədə qətnamə qət edilməlidir. Ona görə də mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan hesab edir ki, Cavabdeh mülkiyyət hüquqi əsasında ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15 (Yeni qaydalarla: AZ 1070, ünvan 3 ünvanında yerləşən mənzildən indiyədək çıxmaması mülkiyyət hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməli və bu hüququnu məhkəmə qaydasında bərpa olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri 29 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 29 avqust 2023-cü il tarixli, İP-00193-00/23A nömrəli Alqı-satqı və İpoteka müqaviləsinə görə X1 AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, giriş 50, M4, m3 ünvanında yerləşən mənzili Alıcı-İpoteka qoyanın (İddiaçı) mülkiyyətinə verir, daşınmaz əmlakın 50.000 manat məbləğində hissəsi Alıcı-İpoteka qoyan, 140.000 manat olan hissəsi isə Kreditor-İpoteka saxlayan (Bank "xxxx" ASC) tərəfindən ödənilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15 (Yeni qaydalarla: AZ 1070, ünvan 3 ünvanında yerləşən mənzil üzərində İddiaçı tam hüquqlu payı müəyyən edilməklə mülkiyyət hüququ 08.09.202-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçı Xəyyam Nağdıyev tərəfindən Alqı-satqı və İpoteka müqaviləsi əsasında əldə edilmiş və həmin ev üzərində onun xüsusi mülkiyyət hüququ 08 sentyabr 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda cavabdehin iddiaçının mənzilində yaşamasına hər hansı bir hüquqi əsas yoxdur. İddiaçı cavabdehə mülkiyyətində olan mənzildən çıxması, evin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh mülkiyyətindən çıxmaqdan imtina edir. İddiaçının razılığı olmadan cavabdehin həmin mənzildə yaşaması iddiaçının öz mənzilindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan mənzildən öz istədiyi kimi istifadə etmək, sahib olmaq və sərəncam vermək hüququnu məhdudlaşdırır. Halbuki, qanunvericilik mülkiyyət hüququnu və mülkiyyət hüququnun pozulduğu halda, onun onun müdafiəsini tanıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh öz əmlakı ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15, (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh öz əmlakı ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabanı küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 10C, mənzil 15, (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3911/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3911/2024
26.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver