Məhkəmə qərarları › İş №2(004)-3927/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3927/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3927/2022 13.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 2900 manat borc pulun, hüquqi yardıma görə ödənilmiş 250 manat, sənədlərin notarial təsdiqi üçün 21 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum həyat yoldaşı X8 08 avqust 2020-ci il tarixdə Cavabdeh 4000 manat borc pul vermişdir. Cavabdeh uzun söz-sohbətdən və tələblərindən sonra həmin borcdan cəmi 1100 manat geri qaytarmışdır qalanını isə yəni, 2900 manat qaytarmaqdan müxtəlif yollarla yayınmışdır və bu günə kimi də öz öhdəliyini yerinə yetirməmişdir. Mərhum həyat yoldaşı X8 məcbur olaraq Abşeron rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmiş və Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsi araşdırma aparmış və araşdırma nəticəsində Cavabdeh borcunu etiraf etmiş və borcu tezliklə qaytaracağına söz vermişdir. Cavəbdeh Cavabdeh izahatında və eləcə də X3 borcunu etiraf etməsi Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytinantı X6 imzası ilə "cinayət işi başlanmasının rədd edilməsi haqqında" xx.xx.2021 tarixli Qərarında əksini tapmışdır. Hal-hazırda Cavabdeh onlara 2900 manat borcu vardır və Cavabdeh dəfələrlə xahiş etsələr də borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Həyat yoldaşı X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X8 ilə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci təvəllüdlü X10 və xx.xx.2015 təvəllüdlü X9 adlı üç uşaqları doğulmuşdur. Mərhum həyat yoldaşı X8 ilə 2008-ci ildən birgə ailə həyatı sürsələr də, ancaq xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və müvafiq olaraq AZ- İİ N№ 029674 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, Cavabdeh 4000 manat borc aldığını və həmin puldan 1100 manat qaytardığını, maddi imkanı olmadığı üçün qalan pulu hissəhissə qaytara biləcəyini bildirmişdir. Lakin dövlət rüsumunu, sənədlərin notarial təsdiqi üçün və hüquqi yardıma görə ödənilmiş pulu ödəməyə razı olmadığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 029674 nömrəli nikah haqqında şəhadətnamənin notarial qayada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X8 arasında xx.xx.2015-ci ildə nikah bağlanmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin notarial qayada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X2 birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X12, xx.xx.2011-ci təvəllüdlü X10 və xx.xx.2015 təvəllüdlü X9 adlı üç uşaqları vardır. İş materiallarında olan 03 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən edilir ki, Cavabdeh izahatında bildirmişdir ki, X4 ondan borc pul alana kimi tanımamışdır. 2020-ci ilin avqust ayında X5 xəstələnmiş, zob xəstəsi olduğu üçün onu ev şəraitində müalicə etdirmiş, anasının müalicəsinə pul lazım olduğu üçün tanışı Rafet adlı şəxsdən borc pul istəmiş, Rafet qohumu Hacı İslamın vətəndaşlara əl tutaraq kömək etməsini demiş, Rafetin köməkliyi ilə İslamla tanış olaraq ondan 4000 manat borc pul almışdır. Ondan pulu Bakı-Sumqayıt yolunun kənarında görüşərək almışdır. Pulu anasının müalicəsinə sərf elmiş, sonradan borcundan bir neçə dəfəyə cəmi 1100 manat pulu İslama qaytarsa da maddi imkanı olmadığı üçün pulu tam şəkildə qaytara bilməmişdir. İslam Abdulzadəyə olan borcunun qalan hissəsini də hissə-hissə qaytaracaqdır. İş materiallarında olan AZ-İİ seriyalı, 259679 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qayada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbi ilə ölmüşdür. İş materiallarında olan Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 21 avqust 2022-ci il tarixli 2447 nömrəli məktubundan görünür ki, 21 mart 2022-ci il tarixində ölmüş X1 miras qalmış əmlaka dair Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisində 21 avqust 2022-ci il tarixində vərəsəlik işi açılmış və İddiaçı, X12, X10 və X9 vərəsə kimi tanınmış və X2 hüquqi varisləridir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC Hüquq Məsləhətxanasına hüquqi yardım üçün 250 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarına cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan, həmçinin cavabdehin məhkəmə iclasında veriyi izahatından görünür ki, 4000 manat iddiaçı tərəfindən cavabdehə borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Həmin puldan 1100 manat Cavabdeh tərəfindən X3 qaytarlılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, X8 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 4000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, 03 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən təsdiq olunur ki, həmin pul məbləği X7 tərəfindən cavabdehə verilmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında verdiyi izahatında X1 4000 manat borc pul aldığını və 2900 manat borcu qaytarmadığını etiraf etmişdir. Bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan X2 əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etiraflarını qəbul edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, X8 ilə Cavabdeh arasında 4000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin Abşeron rayon Polis İdarəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatı məbləğin X8 tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğləri ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 250 (iki yüz əlli) manat məbləğində vəkil xidməti xərcinin İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, məhkəmə xərcləri qismində göstərilən 250 manat vəkilə çəkilmiş xərc mütənasib olduğundan, məhkəmə həmin xərci ağlabatan məbləğ hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin həmin tələbi də təmin edilərək, 250 (iki yüz əlli) manat məbləğində vəkil xidməti xərci Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 52 manat dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Bununla belə məhkəmə hesab edir ki, sənədlərin notarial təsdiqi üçün 21 manat ödədiyini təsdiq edən sənədi (qəbz) iş materiallarına əlavə etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52 (əlli iki) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 52 (əlli iki) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar