Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3933/2020 04.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X16, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 texnik vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Ağcabədi rayon Telekommunikasiya Qovşağında texnik vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixə kimi həmin vəzifədə işləmiş və heç vaxt intizam tənbehi almamışdır. X1 vəzifəsini icra edən X9 iddiaçının və digərlərinin xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Ağcabədi rayon Telekommunikasiya Qovşağının inzibati binasında qumar oynamaları barədəonlara intizam tənbehi verilməsi üçün Cavabdeh MMC-nin Baş direktoruna məlumat yazmışdır. Cavabdeh MMC-nin Baş direktoru araşdırma aparmadan xx.xx.2020-ci il tarixli 511 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verməklə texnik vəzifəsindən azad etmişdir. Elməddin Mamedov təqdimat yazmazdan əvvəl onun və digərlərinin haqqında Ağcabədi rayon Polis şöbəsinə də rəsmi müraciət etmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş Ağcabədi rayon Polis idarəsinin müstəntiqinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, onun və digərlərinin xx.xx.2020-ci il tarixdə saat 22 radələrində X3 inzibati binasında qumar oynamaları təsdiq edilmədiyinə, yəni əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddələrinin əlamətləri olmadığına görə barələrində inzibati icraat başlanması rədd edilmişdir. X3 rəisi vəzifəsini icra edən Elməddin Mamedovun mobil telefonu ilə çəkdiyi video görüntüdə də onların qumar oynamaları təsdiq edilmir. Belə ki, həmin video görüntüdə masanın üzərində qumar oyunu üçün pul vəsaitləri, maddi və ya sair nemətlər (uduş) olması görünmür. Onlar kartla qumar yox, bekarçılıqdan “duraki” oyunu oynamışlar. Onların az bir vaxt ərzində kartla “duraki”oynamalarının vəzifələrini yerinə yetirməyə heç bir maneçiliyi olmamışdır. Onlar həmin günü vəzifə borclarını tam yerinə yetirmişlər, əmək və icra intizamının normal ahəngini pozmamışlar, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmamışlar. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 511 saylı əmrində göstərilmişdir ki, onun vəzifəsindən azad edilməsinə həmkarlar ittifaqı razılıq vermişdir. Hansı ki, o həmkarlar ittifaqının iclasına dəvət edilməmiş və ümumiyyətlə həmkarlar ittifaqının onun əmək müqaviləsinə xitam verilməklə vəzifəsindən azad edilməsi ilə əlaqədar iclası keçirilməmişdir. Bundan əlavə xx.xx.2020-ci il tarixli 511 saylı əmri verilməzdən əvvəl onun izahatı alınmamışdır. Həmçinin həmin əmr ona 1 ay 8 gün keçdikdən sonra vermişdir. Cavabdeh “xxxxxxxxx” MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları”nın 3.2-ci bəndinə əsasən, Cəmiyyətin mənafeyinə zidd olan işləri, hərəkətləri (hərəkətsizliyi) etməmək, Nazirliyin və Cəmiyyətin adına xələl gətirə bilən yerlərdən, hərəkətlərdən və şəxslərlə əlaqədən çəkinmək işçinin əsas vəzifələrindəndir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, işçilər nümunəvi nizam-intizamı və davranışıilə Cəmiyyətin adına olan ictimai etimadı yüksəltməli, hüquq və vəzifələrini davranış və nizam-intizam prinsiplərinə müvafıq olaraq həyata keçirməlidirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçiiərin etik davranış Qaydalan”nın 5.4-cü bəndinə əsasən, işçilər onun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərkətlərdən çəkinməlidir. Ağcabədi TKQ-nin texniki vəzifəsində işləyən İddiaçı nizam-intizam qaydalarını, həmin dövrdə ölkədə mövcud olan xüsusi karantin qaydalarını pozduğundan, o cümlədən öz iş vaxtı əmək funksiyalarını yerinə yetirməyərək, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozan bir neçə işçi ilə birlikdə müəssisədaxili normativ sənədlərin, o cümlədən normativ hüquqi aktların tələblərinə zidd hərəkətlərə yol verdiyindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixdə Ağcabədi TKQ Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmışdır. İddiaçı tələbini əsaslandırarkən, Ağcabədi Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına istinad etmiş və barəsində inzibati xətanın tərkibi olmadığı bildirilmişdir. Ağcabədi Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, xx.xx.2020-ci il tarixdə qəbul olunmuş yeni qərarda H. Həsənovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinin tərkibi olduğundan, o inzibati məsuliyyətə cəlb edilmişdir.Göstərilənləri nəzərər alaraq İddiaçı Cavabdeh MMC-yə qarşı X3 texniki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X28 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X17 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olanAğcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/1102 nömrəli material üzrə X4 əməlində cinayət tərkibi olmadığı barəsində cinayət işi başlanmasının rədd edilməsi, toplanmış material üzrə X7 barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi, X13, X24, X18, X19, X10 və X6 əməllərində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraat başlanması rədd edilməsi qərara alınmışdır. Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə X7, X24, X13, X19, X18, X10 və X6 əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2.-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinin nəzərə alınması, X24, X13, İddiaçı, X18 və X5 barələrində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ağcabədi RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Ağcabədi Rayon Məhkəməsinin6(017)-5/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli «cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlannın qanuniliyinin yoxlanılması nəticələrinə dair» qərarından görünür ki, X11 şikayəti təmin olunmamış, Ağcabədi rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi X12 HK-1/1102 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. X15 Həmkarlar ittifaqı Respublika Komitəsi Ağcabədi TKQ-nin Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin xx.xx.2020-ci il tarixində onlayn iclasının 01 saylı protokolundan görünür ki, gündəlikdə olan məsələ Cavabdeh MMC-nin baş direktoru S.Paşayevin (işəgötürən) X3 Həmkarlar İttifaqı Komitəsinə daxil olmuş xx.xx.2020-ci il tarixli 102-xx/xx/0092 saylı məktubunun müzakirəsi olmuş, Ağcabədi TKQ-nin rəis müvavini vəzifəsində işləyən X25, texnik vəzifəsində işləyənlər X10, İddiaçı və elektrik montyoru vəzifəsində işləyən X14 ilə Cəmiyyət arasında mövcud olan əmək müqavilələrinə AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. Cavabdeh MMC-nin Baş direktorunun «Əmək müqaviləsinə xitam verilməsi haqqında» xx.xx.2020-ci il tarixli, k/ə Ns 511 saylı əmrindən görünür ki, Ağcabədi TKQ-nin texniki İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmr müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə vəzifəsindən azad edilmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçıiddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Ağcabədi RPŞ-nin xx.xx.2020-ci il tarixli qərarında həm iddiaçı, həm də qumar oyununun digər iştirakçıları öz izahatlarında həqiqətən də kart oynadıqlarını etiraf etmiş, bu oyunun qumar olmamasına dair dəlillərinə isə qiymət verilərək bu məzmunda ifadələrin onların məsuliyyətdən yayınmaları, özlərini müdafiə üçün bildirdikləri, həqiqəti əks etdirməyən fikir kimi qiymətləndirilmiş və iddiaçı ilə kart oynayan şəxslərin əməllərinin Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkib əlamətlərinin olması öz təsdiqini tapmışdır. İddiaçının polis orqanı tərəfindən qəbul edilmiş və qüvvədə olan qərarı ilə təsdiq edilmiş əməlləri Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş “Daxili intizam Qaydaları” və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları”nın tələblərinə zidd olmuşdur. Belə olan halda cavabdehiddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsini Əmək Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehini tətbiq etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləyə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli 511 saylı əmri əsaslı olduğundan iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işinə bərpa edilməsi barəsində iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin d) və e) bəndlərinə əsasənişçi tərəfindən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X2 texnik vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3933/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3933/2020
04.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver