Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3941/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11, Cavabdeh MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2020‑ci il tarixdə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X20 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh MMC-nin X1 rəisi X5 arasında xx.xx.2003-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin baş direktoru X7 xx.xx.2020-ci il tarixli 510 nömrəli əmri ilə Cavabdeh MMC-nin X1 texniki vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. Halbu ki, iddiaçı işlədiyi müddətdə hər hansı intizam məsuliyyətinə cəlb olunmamış və əmək funksiyalarında səhvə yol verməmişdir. Cavabdeh MMC-nin X1 rəisi vəzifəsini icra edən X6 İddiaçı və digər şəxslər barədə Cavabdeh MMC-nin baş direktoru X10 xx.xx.2020-ci il tarixli 1/139 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:15 radələrində texnik İddiaçı və digər işçilər iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verərək, qeyri-iş vaxtında qovşağın inzibati binasında müəyyən qruplaşma yaradaraq, alkoqollu içkilər qəbul etmiş və sərxoş vəziyyətdə bir sıra kazino oyunları etmişlər. Həmin məktubda E.Məmmədov İddiaçı tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Həmçinin, Elməddin Məmmədov həmin hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə şikayətlə müraciət etmişdir. Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Vüsal Bağırovun xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı və digər şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraatın başlanması rədd edilmişdir. Bu qərarla təsdiq edilir ki, iddiaçı iş yerində qumarxana təşkil etməmiş və qumar oyunları oynamamış. xx.xx.2020-ci il tarixdə iddiaçı digər iş yoldaşları ilə qumar oyunları deyil, sadəcə “duraki” adlanan kart oyunu oynamışlar. Lakin həmin oyun əmək funsiyalarının icrasına maneçilik törətməmiş və iddiaçı bütün əmək vəzifələrini layiqincə yerinə yetirmişdir. Cavabdeh MMC-nin baş direktoru X7 xx.xx.2020-ci il tarixli 510 nömrəli əmrində göstərilmişdir ki, İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə Cavabdeh MMC-nin X1 X3 öz razılığını vermişdir. Bu barədə Cavabdeh MMC-nin X1 X2 sədri Məlik Paşayevin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə iclası keçirilmiş və protokol tərtib edilmişdir. Lakin iddiaçı həmin iclasda iştirak etməmiş və onun izahatı alınmamışdır. İddiaçı hesab edir ki, həmkarlar ittifaqının razılığı formal şəkildə tərtib olunmuşdur. Həmçinin iddiaçı barədə əmr verilənədək onun izahatı alınmamışdır. Həmçinin, həmin əmri, əmrdə qeyd etdiyi əmək intizamının pozulmasında bir ay keçənədək, yəni xx.xx.2020-ci il tarixədək verməli olduğu halda, artıq 1 ay 8 gün keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə verilmişdir. İddiaçının hüquqları pozulmuş və onun barəsində işdən azad olunması barədə əmri əsassızdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh MMC-nin nümayəndəsi X12 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh MMC-nin X1 rəisi X5 arasında xx.xx.2003-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli 510 nömrəli əmri ilə Cavabdeh MMC-nin X1 texniki vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş və İddiaçı tutduğu vəzifəsindən azad edilmişdir. Cavabdeh MMC-nin X1 rəisi vəzifəsini icra edən X6 İddiaçı və digər şəxslər barədə Cavabdeh MMC-nin baş direktoru S.Paşayevə xx.xx.2020-ci il tarixli 1/139 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 22:15 radələrində texnik İddiaçı və digər işçilər iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verərək, qeyri-iş vaxtında qovşağın inzibati binasında müəyyən qruplaşma yaradaraq, alkoqollu içkilər qəbul edir və sərxoş vəziyyətdə bir sıra kazino oyunları oynayırlar. E.Məmmədov məktubunda İddiaçı tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Elməddin Məmmədov həmin hadisə ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinə şikayəti ilə müraciət etmişdir. Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Vüsal Bağırovun xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı və digər şəxslərin əməllərində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraatın başlanması rədd edilmişdir. Daha sonra, Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Vüsal Bağırovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və yeni qərar qəbul edilmişdir. Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elvin Əlizadənin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə gödərilməsi qərara alınmışdır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 6(017)-3/2020 nömrəli qərarı ilə İddiaçı Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elvin Əlizadənin xx.xx.2020-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməmiş və Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elvin Əlizadənin HK-1/1102 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İddiaçının qumar oyunlarının təşkil edilməsi həmin qərarlarla sübuta yetirilir. Qumarxana Cavabdeh MMC-nin X1 xidməti otağında təşkil olunmuşdur. Halbu ki, xidməti otaqlarda belə hərəkətlər yolverilməzdir. Hadisə baş verdikdən sonra İddiaçı və xidməti otağında olan digər əməkdaşlar izahat verməkdən imtina etmişlər. Bu səbəbdən, iddiaçının işdən azad olunması barədə əmr verilənədək, ondan izahat alınmamışdır. İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə Cavabdeh MMC-nin X1 X3 öz razılığını vermişdir. Bu barədə Cavabdeh MMC-nin X1 X2 sədri Məlik Paşayevin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə iclası keçirilmiş və protokol tərtib edilmişdir. Protokoldan çıxarış xx.xx.2020-ci il tarixdə 1/175 nömrəli məktubu ilə Cavabdeh MMC-nin baş direktoru X10 göndərilmişdir. Cavabdeh MMC-nin baş direktoru X7 xx.xx.2020-ci il tarixli 510 nömrəli əmri Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Bu səbəbdən hazırkı iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçıların izahatlarını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflərin izahatları, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC-nin X1 rəisi X5 arasında xx.xx.2003-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində bir qrup şəxs - (Qovşağın əməkdaşları X17, Şirinov Tariyel məmməd oğlu, X13, X8 və iş yeri olan HMİ-nin əməkdaşları X9, X14) Cavabdeh MMC-nin X1 inzibati binasında qumar oyunu təşkil etmişlər. Axşam satlarında qovşaqda işin gedişinə nəzarət etmək məqsədilə qovşağa gələn rəis vəzifəsini icra edən Elməddin Mamedov tərəfindən qeyd olunan hadisə (hal) müəyyən edilmişdir. Cavabdeh MMC-nin X1 rəisi vəzifəsini icra edən X6 xx.xx.2020-ci il tarixli 1/139 nömrəli məktubla Cavabdeh MMC-nin baş direktoru S.Paşayevə müraciət edərək, İddiaçı və digər şəxslərin barədə tədbir görülməsini xahiş etmişdir. “Cavabdeh" MMC-nin xx.xx.2017-ci il tarixli 224 saylı əmri ilə təsdiq edilmiş "Daxili intizam Qaydaları”nın 3.2-ci bəndinə əsasən Cəmiyyətin mənafeyinə zidd olan işləri, hərəkətləri (hərəkətsizliyi) etməmək, Nazirliyin və Cəmiyyətin adına xələl gətirə bilən yerlərdən, hərəkətlərdən və şəxslərlə əlaqədən çəkinmək işçinin əsas vəzifələrindəndir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, işçilər nümunəvi nizam-intizamı və davranışı ilə Cəmiyyətin adına olan ictimai etimadı yüksəltməli, hüquq və vəzifələrini davranış və nizam-intizam prinsiplərinə müvafiq olaraq həyata keçirməlidirlər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2011-ci il tarixli 148 saylı əmri ilə təsdiq edilmiş “Rabitə birlik, müəssisə və idarələrində çalışan rəhbər və digər işçilərin etik davranış Qaydaları"nın 5.4-cü bəndinə əsasən işçilər onun xidməti vəzifəsinə aid olmadığı hallarda Nazirliyin və digər dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərkətlərdən çəkinməlidir. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən işçilər Azərbaycan Respublikasının, Nazirliyin və işlədiyi müəssisənin nüfuzunu möhkəmləndirməyə, adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Həmin Qaydaların 6.34-cü bəndinə əsasən işçi işgüzar qaydalara və etik davranış qaydalarına uyğun olmayan davranışa qarşı tədbirlər görməli, Qaydaların 6.35-ci bəndinə əsasən özünə və həmkarlarına qarşı tələbkar olmalı, etik davranış qaydalarının iş yoldaşı tərəfindən pozulması halları ilə rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbirlər görməli, zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. Ağcabədi TKQ-nın rəisi vəzifəsini icra edən E.Mamedovun xx.xx.2020-ci il tarixli 1/139 nömrəli müraciəti Cavabdeh MMC-nin müvafiq struktur bölmələri tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, Ağcabədi TKQ-nin texniki vəzifəsində işləyən İddiaçı müəssisədaxili normativ sənədlərin, nizam-intizam qaydalarının, həmin dövrdə ölkədə mövcud olan (Covid-19) xüsusi karantin qaydalarının, o cümlədən normativ hüquqi aktların tələblərinə zidd hərəkətlərə yol vermiş və Əmək Məcəlləsi və əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən hesab edilmişdir ki, İddiaçı törətdiyi əməl kifayət qədər ciddi pozuntudur və ona Əmək qanunvericiliyi ilə müəyyən edilmiş ən ağır inzitam tənbehi verilməlidir. Pulla “duraki” oyunu oynayan zaman oyunda iştirak edən şəxslərin hər birinə altı ədəd kart paylanır, oyunun bir qalibi olur, oyunda olan uduş, yəni pul və ya digər hər hansı bir əşya stolun kənarında bir yerə sonda oyunun qalibinin götürməsi üçün qoyulur. Bu səbəbdən, Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli 510 nömrəli əmri ilə Cavabdeh MMC-nin X1 texniki vəzifəsində işləyən İddiaçı xx.xx.2020-ci il tarixdə saat 22:00 radələrində bir qrup şəxslə - (Qovşağın əməkdaşları X17, Şirinov Tariyel məmməd oğlu, X13, X8 və iş yeri olan HMİ-nin əməkdaşları X9, X14) Cavabdeh MMC-nin X1 inzibati binasında pulla “duraki” oyunu, yəni qumar oydığına görə, xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə, vəzifəsindən azad edilmişdir. Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Vüsal Bağırovun xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı və digər şəxslərin əməllərində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraatın başlanması rədd edilmişdir. Daha sonra, Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Vüsal Bağırovun xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və yeni qərar qəbul edilmişdir. Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elvin Əlizadənin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmasından ötrü qəbul edilmiş qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə gödərilməsi qərara alınmışdır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 6(017)-3/2020 nömrəli qərarı ilə İddiaçı Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elvin Əlizadənin xx.xx.2020-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməmiş və Ağcabədi rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Elvin Əlizadənin HK-1/1102 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Hadisə baş verildikdən sonra İddiaçı izahat verməkdən imtina etmişdir. İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə Cavabdeh MMC-nin X1 X3 öz razılığı vermişdir. Bu barədə Cavabdeh MMC-nin X1 X2 sədri Məlik Paşayevin sədrliyi ilə xx.xx.2020-ci il tarixdə iclası keçirilmiş və protokol tərtib edilmişdir. Protokoldan çıxarış xx.xx.2020-ci il tarixdə 1/175 nömrəli məktubu ilə Cavabdeh MMC-nin baş direktoru X10 göndərilmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini verə bilər. Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəllənin 310-cu maddəsinə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi, Cavabdeh MMC-nin baş direktorunun xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilərkən və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. Cavabdehin əmri qanuna uyğun verildiyindən, iddiaçının işə bərpa edilməsinə qanuni əsaslar mövcud deyildir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəsmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “İddiaçı Cavabdeh MMC-nin X1 texniki vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3941/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3941/2020
03.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver