Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3942/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddaçı İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi cəlb olunmaqla “əmrin ləğv edilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənişləri, gecikdirilmiş hər gün üçün kompensasiya və mənəvi zərər”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi cəlb olunmaqla “əmrin ləğv edilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənişləri, gecikdirilmiş hər gün üçün kompensasiya və mənəvi zərər”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxx xxxxxxxx-ci il tarixli, 15/xxxx saylı əmrinin ləğv edilməsi, cavabdehdən əmək haqqı ödnişləri üzrə ümumilikdə 1xxxx5 manat məbləğində olan borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtının təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla əmək məcəlləsində nəzərdə tutulmuş gecikdirilmiş günlərə görə 521,60 manat miqdarında vəsaitin cavabdehdən alınaraq iddiaçının xeyrinə pul kompensasiyasının ödənilməsi, istifadə olunmamış məzuniyyətə görə 189,36 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən onun xeyrinə 1000 manat miqdarında iddiaçıya dəymiş mənəvi zərərin əvəzi tutulması, hüquqi yardıma görə ödənilmiş 210 manat məbləğində pulun, etibarnaməyə görə ödənilən 12 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x xxxxxx xxxxxxxx-ci ildən qeyrirəsmi və "xxxx" yanvar xxxxxxxx-ci il tarixdən isə rəsmi olaraq iddiaçı Cavabdeh MMC-də operator vəzifəsində işləyir və onun əmək funksiyası 9111 taksi xidmətində müştərilər tərəfindən edilən zənglərə cavab verib müvafiq taksini onlara çatdırılmasından ibarətdir. Onlar arasında əmək münasibətlərinin başlanması üçün zəruri olan əmək müqaviləsi mövcud deyil və yalnızca elektron Hökümət Portalında qeydiyyata alınmışdır. İddiaçı ilə elektron Portalda 5 aylıq müqavilə bağlandığı görünür. İş materiallarına əlavə olunmuş iddiaçının əmək haqqı qeyri-rəsmi 3xxxx manat və rəsmi olaraq isə 250 manat olmuşdur. İddiaçının iş saatı axşam saat 6-dan gecə 2-yə kimi olmaqla 8 saat təşkil etmişdir. Əmək qanunvericiliyinə əsasən əsas və əlavə iş yeri üzrə gündəlik iş norması 12 saat təşkil edir, iddiaçı əsasən iş yeri üzrə gündəlik 7 saat işləmiş və burdan belə nəticə hasil olmalıdır ki, əlavə iş yeri üzrə də 5 saat işləməlidir lakin reallıqda isə əlavə iş yerində 8 saat çalışmışdır, cavabdeh gecə növbəsinə düşən iş günü üzrə qanunvericilikdə müəyyən olunmuş qaydada ikiqat həcmdə əmək haqqı hesablanmamışdır. Cavabdeh müəssisə iddiaçının əlil olmasını, gündəlik iş normasını nəzərə almamışdır. Bundan başqa, əmək qanunvericiliyinə əsasən əlillərin iş vaxtından artıq işlərə, istirahət günləri və gecə vaxtı işləməyə cəlb edilməsin yalnız onların razılığı ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyalarının rəyi nəzərə alınmaqla yol verilir. Lakin cavabdeh müəssisə iddiaçının razılığını almadan onu gecə vaxtı görülən işlərə cəlb etmişdir. Cavabdeh bu müqaviləni bağlayarkənişçidən razılıq ərizəsi və Əmək vд Əhalinin Sosial Müdafiəsi Nazirliyin Sosial Ekspert Komissiyalarının rəyi almamışdır. Mart ayının 18-dən cavabdeh şirkətin direktoru Fidan adlı şəxs iddiaçını heç bir əsas olmadan işdən çıxardıqlarını və işəgəlməməyini söyləmiş və bundan sonra da əmək haqqı kartını iddiaçıdan almışdır. İddiaçı dəfələrlə Fidanla əlaqə saxlayıb sağlamlığı ilə bağlı qayğılarının olduğuna görə işə ehtiyacının nəzərə alınmasını və işə davam etməsini xahiş etsə də bir nəticə hasil olmamışdır. Daha sonra qlobal Pandemiya davam etdiyinə görə və ölkədə karantin rejimi olduğuna görə iddiaçı bu məsələ ilə bağlı gözləmə mövqeyində olmuşdur. Bundan sonra pozulmuş hüquqlarının bərpası üçün əmək müfəttişliyinə müraciət etmişdir. Dövlət Əmək Müfəttişliyi cavabdeh hüquqi şəxs barəsində və şirkətin rəhbəri X1 barəsində İXM-in 195.1-ci maddəsində göstərilən inzibati xətanı törətdiklərinə görə protokol tərtib olunmuşdur. Вundan sonra cavabdeh şirkətin rəsmiləri iddiaçıya zəng vurub hədələyiblər ki, köhnə tarixdən olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəyə qol çəksin, onun əmək müfəttişliyinə etdiyi şikayəti geri götürsün və ondan cərimə adı ilə tutulan 131 manat pul cavabdeh tərəfindən geri qaytarılsın əks təqdirdə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə onu işdən qovacaqları ilə hədələyiblər. Lakin iddiaçı bununla razı olmamış, ona görə də cavabdehin əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxx xxxxxxxx-ci il tarixli 15/xxxx saylı əmri ilə tərəflər arasında olan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə əmri iddiaçıya təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, ilk pozuntu tərəflər arasında əmək münasibətlərinin başlanması anında yaranır. Bu pozuntu ilə bağlı cavabdeh Əmək Müfəttişliyi tərəfindən cərimələnmişdir. Tərəflər arasında əmək münasibətləri qeyri-rəsmi xx.xx.xxxxxxxx-ci il tarixdə, guya rəsmi xx.xx.xxxxxxxx-ci il tarixdə yaranmışdır, lakin onlar arasında əmək müqaviləsi bağlanmamış, yalnız Elektron Hökümət Portalında qeydiyyata alınmışdır. 10 gün müddət ərzində ona məvacib ödənməmiş, faktiki olaraq iddiaçının əməyi istismar olunmuşdur. Həmçinin iddiaçı əlildir. Lakin cavabdeh bunu əmək münasibətlərinə daxil olanda ümumiyyətlə nəzərə almamışdır. Əmək məcəlləsində də əlillərin əmək münasibətlərinə daxil olan zaman hüquqları qeyd edilmişdir. Ümumiyyətlə cavabdeh əmək münasibətlərinə çox rahat şəkildə xitam vermişdir, orada məzuniyyət pulu anlayışı yoxdur. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, İddiaçı ilə bağlanmış xx xxxxxx xxxxxxxx-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh MMC-yə operator vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinə əsasən, İddiaçı qarışıq növbəli iş rejimi olmaqla işə qəbul edilmişdir. İddiaçı başqa iş əsas iş yeri olduğu üçün MMC-də işləyəcəyi iş əlavə iş kimi rəsmiləşdirilmişdir. İddiaçı, işə qəbul olmaq üçün müraciət edərkən, həmçinin əmək müqaviləsi imzalandıqdan sonra işlədiyi dövr ərzində şirkətə özünün İİ qrup əlil olması barədə hər hansı sənəd təqdim etməmiş, həmçinin bu barədə şifahi məlumat verməmişdir. İddiaçı işə qəbul edilərkən, onun işə qəbul edilməsi barədə məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq elektron portala daxil edilmişdir. Lakin dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, İddiaçı əmək müqaviləsini imzalamamışdır. İddiaçı xx xxxxx xxxxxxxx-ci il tarixdən etibarən, səbəbi barədə heç bir məlumat vermədən işə çıxmamışdır. Ona, işə çıxmamasının səbəbləri barədə şirkətə rəsmi qaydada məlumat verməsi barədə xx xxx xxxxxxxx-ci il tarixli məktub yazılmış, lakin həmin məktuba da heç bir cavab verməmişdir. İddiaçı işə çıxmaması müvafiq qaydada aktlarla rəsmiləşdirilmişdir. Həmçinin, işə çıxmadığı üçün ona əmək haqqı hesablanmaması barədə müvafiq əmrlər verilmişdir. Lakin ölkədə koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin davam etməsi nəzərə alınaraq, bu müddət ərzində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Azərbaycan Respublikasında gücləndirilmiş karantin rejimi başa çatdıqdan sonra, xx xxxx xxxxxxxx-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə xitam verilmişdir.İddiaçı əmək haqqı bütün məcburi ödəmələr çıxıldıqdan sonra 237 manat təşkil edir. xxxxxxxx-ci ilin fevral ayında iş saatı normasının 160 saat müəyyən olunması nəzərə alındıqda - 237:160=1.48125 manat/saat təşkil edir. İddiaçı fevral ayı ərzində 178 saat işləmiş və ona fevral ayı üçün bütün məcburi ödənişlər tutulduqdan sonra 273 (iki yüz yetmiş üç) manat əmək haqqı ödənilmişdir. 178-160=18 saat; 1,48125x18=26,6625 manat. 26,6625x2=53,325 manat. 237+53.32=290.32 manat əmək haqqı hesablanmışdır ki, bu məbləğdən vergilər tutulduqdan sonra sonra 273 manat qalır. Qeyd edilən məbləğ də bütünlüklə ona ödənilmişdir. Həmçinin, İddiaçı ilə olan əmək müqaviləsinə xitam verildikdən sonra, ona Əmək Qanunvericiliyində nəzərdə tutulmuş qaydada son haqqhesab ödənilmişdir. İddiaçı ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı Əmək Müfəttişliyində araşdırma aparılmış, bununla bağlı protokol tərtib edilmiş və Yasamal Rayon Məhkəməsinin cavabdehin cərimələnməsi ilə Qərarı da qəbul edilmişdir. İddiaçının hal-hazırki iddia ərizəsi üzrə irəli sürdüyü iddialar Əmək Müfəttişliyinə şikayət olduğu zaman da irəli sürülmüş və Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparılmışdır. Araşdırma nəticəsində yalnız tərəflər arasında bağlanmış əmək müqaviləsinin kağız daşıyıcıda iddiaçının imzası olmaması səbəbindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmişdir. Lakin iddiaçının hal-hazırda irəli sürdüyü digər pozuntular aşkar edilməmişdir. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmamışdır. Ona görə də onlar arasında olmayan əmək müqaviləsinə xitam verilməsi əsassızdır. İddiaçının əmək kitabçasından Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çıxarılmalıdır. Beləliklə o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏƏSMN tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, İddiaçı ikinci dərəcə əlildir. İş materiallarında olan xx.xx.xxxxxxxx-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-ci hissəsinin (əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır) tələbi yerinə yetirilmədiyindən "Cavabdeh" MMC-nin rəhbərliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə uyğun olaraq İnzibati Xəta haqqında “Protokol” tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək müqaviləsi bildirişi" alt sisteminə müqaviləsinə baxış keçirilərkən əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin xx.xx.xxxxxxxx-ci il tarixdə işəgötürən tərəfindən qeydiyyata alınması müəyyən edilmişdir. Həmçinin iddiaçıya razılaşmadığı təqdirdə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan 3(004)-1801/xxxxxxxx saylı, xx.xx.xxxxxxxx-ci il tarixli qərardan görünür ki, Cavabdeh MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək xxxx000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.xxxxxxxx-ci il tarixli, 15/xxxx saylı əmrdən görünür ki, İddiaçı xx.xx.xxxxxxxx-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəyə əsasən Cavabdeh MMC-dəki vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad edilməsinə əsas kimi, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx-ci il tarixli aktlar göstərilmişdir. İş materiallarında olan xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx-ci il tarixli aktlardan görünür ki, İddiaçı 01-03 aprel, 05-07 aprel, 09-11 aprel, 13-15 aprel, 17-19 aprel, 21-23 aprel, 25-27 aprel, 29-xx xxxxx xxxxxxxx-ci il tarixlərdə işə gəlməmiş və telefona zəng edildikdə dəstəyi qaldırmamışdır. Azərbaycan Respublikası Əmək Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikası Əmək Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəlləilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məcəllənin 98-ci maddəsinə əsasən əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin xx.xx.xxxxxxxx-ci il tarixli, 15/xxxx saylı əmrinə əsasən İddiaçı xx.xx.xxxxxxxx-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəyə əsasən Cavabdeh MMC-dəki vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddaçı İddiaçı Cavabdeh MMC-yə qarşı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi cəlb olunmaqla “əmrin ləğv edilməsi, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənişləri, gecikdirilmiş hər gün üçün kompensasiya və mənəvi zərər”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi ümumiyyətlə bağlanmamışdır. İddiaçı ilə cavabdeh faktiki olaraq xx.xx.xxxxxxxx-ci il tarixdə əmək münasibətlərinə daxil olmuşlar. Lakin bu münasibətlər rəsmiləşdirilməmişdir. İş materiallarında olan xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx, xx.xx.xxxxxxxx-ci il tarixli aktlardan görünür ki, İddiaçı 01- 03 aprel, 05-07 aprel, 09-11 aprel, 13-15 aprel, 17-19 aprel, 21-23 aprel, 25-27 aprel, 29xx xxxxx xxxxxxxx-ci il tarixlərdə işə gəlməmişdir. Lakin həmin aktlarda olan imzaların kimə məxsus olduğu məhkəməyə məlum deyildir. Həmçinin məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatından da görünür ki, həmin tarixlərdə Azərbaycan Respublikasında sərt karantin rejimi olmuşdur və Cavabdeh MMC tərəfindən İddiaçı işə gəlib getməsi üçün Elektron Portaldan qeydiyyatdan keçərək icazə alınmamışdır. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında olmayan əmək müqaviləsinə xitam verilməsi məntiqli deyildir. Ona görə də iddia tələbi qismən təmin edilərək, Cavabdeh 15/xxxx saylı, xx.xx.xxxxxxxx-ci il tarixli əmri ləğv edilməli, xx.xx.xxxxxxxx-ci il tarixə qədər olan əmək haqqı və digər ödənişlər Cavabdehndən tutularaq İddiaçı ödənilməli, Cavabdehndən 500 manat mənəvi ziyan, həmçinin hüquqi yardıma görə 210 manat, etibarnaməyə görə ödənilən 12 manat tutularaq İddiaçı ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx xxxx08-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MülkiProsessualMəcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. HəminMəcəllənin88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-2xxxx, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 15/xxxx saylı, xx.xx.xxxxxxxx-ci il tarixli əmri ləğv edilsin. xx.xx.xxxxxxxx-ci il tarixə qədər olan əmək haqqı və digər ödənişlər Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 500 (beş yüz) manat mənəvi ziyan, həmçinin hüquqi yardıma görə 210 (iki yüz on) manat, etibarnaməyə görə ödənilən 12 (on iki) manat tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3942/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3942/2020
08.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver