Məhkəmə qərarları › İş №2(004)-3956/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3956/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3956/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili, Cavabdeh4 vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müəssisənin xalis mənfəətindən müvafiq payın tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müəssisənin xalis mənfəətindən müvafiq payın tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 2015-2018-ci illər üzrə Cavabdeh1 MMC-nin təsisçilərinə ödənilməli olan və ona ödənilməyən 389.023,15 manat təsisçı payının cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmənin hazırlıq iclasında ərizə verərək, İddiaçı hazırkı iddia tələbi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edəcəyini bildirdi, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2, Cavabdeh3 nümayəndəsi və vəkili, Cavabdeh4 vəkili X3 məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçıların izahatlarını dinləyib, iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114.1.3, 170-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müəssisənin xalis mənfəətindən müvafiq payın tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar