Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3957/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, X1 iştirakı ilə, X1 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixində şifahi qaydada borc müqaviləsi bağlanılmışdır. Cavabdeh ona sanitar-gigiyenik, antiseptik təmizlik vasitələrinin ölkəyə ərazisində satışı ilə məşğul odduğunu, Bakı şəhərində fəaliyyət göstərəri apteklərdən birindən sifariş aldığını və sifariş olunan malın tamamlanması və çatdırılması üçün 2000 manat məbləğində pul vəsaitinə ehtiyacının olduğunu bildirmiş, ən geci 10 (on) gün ərzində, yəni malları aptekə təhvil verib pulu aldıqdan sonra iddiaçıya borcunu tam edəyəcəyini öhdəsinə götürmüşdür. O, Cavabdeh uzun müddət tanıdığına, əvvəllər də bir nəçə dəfə cavabdehə borc pul vəsəiti verdiyinə və cavabdehin “Zeytun” Aptekdə daimi iş yerinin olmasına görə ona kömək etmək qərarına gəlmiş, borc təklifini qəbul etmiş və xx.xx.2020-ci il tarixində saat 13:02-də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Talıblı küçəsi, 24 B ünvanındakı “Bazarstore” supermarketinin ərazisində yerləşən “Milli Ön” ödəniş terminalından Cavabdeh “xxxxxxxxxxxx” ASC-də mövcud olan şəxsi bank hesabına 2000 manat məbləğində pul vəsaitini borc olaraq köçürmüşdür. Lakin tərəflərin razılaşmasına uyğun olaraq borcun qaytarılmalı olduğu tarixdən 10 (on) gün keçdikdən sonra Cavabdeh tərəfindən borc ona geri qaytarılmamışdır. Buna görə onun tərəfindən Cavabdeh borcur qaytarılması tələb olunsa da, Cavabdeh müxtəlif bəhanələrlə borcun geri qaytarılmasından yayınmağa çalışmış, maddi vəziyyətinin pis olduğunu, işlərinin uğurlu getmədiyini bildirmiş, borcun zamanla hissə-hissə qaytarıla biləcəyini bildirmişdir. Çoxsaylı tələblərdən sonra xx xxxxx 2020-ci il tarixində Cavabdeh 500 manat məbləğində borc vəsaitini onun bank hesabına köçürmə yolu ilə geri ödəmişdir. Lakin 1500 manat məbləğində borc məbləği cavabdeh Ağayev tərəfindən bugünə qədər hələ də ödənilməmiş olaraq qalır. Buna görə də o. pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh borc müqaviləsinə görə 1500 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən hazırki borcundan 500 manat ödəniş edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə xəbərdar edilmiş) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmişdir. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, lakin qapı açılmadığına görə bildirişi təqdim etmək mümkün olmamışdır. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh ******************** nömrəli hesabına 2000 manat məbləğində pul vəsaitit köçürülmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əlavə edilmiş şifahi razılaşmaya əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh ******************** nömrəli hesabına borc kimi 2000 manat məbləğində pul vəsaitit köçürülmüşdür. Cavabdeh həmin borc məbləğindən iddiaçıya ümumilikdə 500 manat məbləğini iddiaçıya geri qaytarmışdır. Geri ödənilmiş 500 manat məbləğində ödəniş iddiaçının etirafı ilə öz təsdiqi tapmışdır. Cavabdehin hal-hazırda iddiaçıya ödənilməmiş 1500 manat məbləğində borcu qalmışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək iddiaçıya olan borcunu ödəməkdən yayınmış, bugünə kimi həmin borcunu ödəməmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh X1 xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq X2na ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq X2na ödənilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3957/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-3957/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver