Məhkəmə qərarları › İş №2(004)-3957/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3957/2025

23.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3957/2025 23.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı "xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə sığorta ödənişinin verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı "xxxx" KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X10 xx.xx.2022-ci il tarixdə öldüyündən, həmin tarixdən sonrakı ödəmələrin, yəni 52057,27 manat məbləğində pulun və ödənilmiş 247 manat dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2022-ci il tarixli, MLİ-FM-UB-0003447 nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli, 02ik/22SU nömrəli kredit müqaviləsi üzrə "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X10 xx.xx.2022-ci il tarixdə 02ik/22SU nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı ASC-nin Sumqayıt filialından 52500 manat kredit götürmüşdür. X2 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında xx.xx.2022-ci il tarixli, MLİ-FM-UB-0003447 nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli, 02ik/22SU nömrəli ipoteka müqaviləsi ilə ünvan 1 ünvanında olan mənzili almışdır. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə borclu X10 öhdəliklərini yerinə yetirərək, həmin müqavilənin əlavəsində nəzərdə tutulan aylıq ödənişləri vaxtında ödəmişdir. Lakin xx.xx.2022-ci il tarixdə X10 qəfildən rəhmətə getmişdir. "xxxx" KB ASC Cavabdeh Sığorta Şirkəti ASC-yə UB-SUM- RB/867 nömrəli məktubla müraciət edərək borcalan öldüyü üçün Məhərrəmov Kamil Vaqif oğlu ilə Cavabdeh Sığoıta Şirkəti ASC arasında olan xx.xx.2022ci il tarixli müqaviləyə əsasən sığorta ödənişinin ödənilməsi xahiş olmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, həmin sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Səbəb isə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədə ölüm səbəbi “ürəyin hipertensiv” xəstəliyi olmuşdur. Bundan başqa ölüm haqqında tibbi şəhadətnamədə ölümə səbəb olan xəstəlik kimi ürək çatışmazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəliyinin X6 8 il davam etdiyi qeyd edilmişdir. Buna görə də guya Kamil əvvəllər uzun müddətli xəstəliyi ola-ola bu məlumatları sığorta şirkətindən gizlətmişdir. Qeyd olunanlar reallığı əks etdirmədiyi üçün o, Sumqayıt Şəhər Məhkəməsində cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X18rşı iddia qaldıraraq ölüm haqqında tibb şəhadətnaməsində dəyişiklik edilməsi tələbinə dair iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-335/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, “Sumqayıt Tibb Mərkəzi” X20 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********27 saylı ölüm haqqında tibbi şəhadətnamədə qeyd edilən ölüm səbəbinin dəyişdirilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə göndərilmiş və qətnamə icra olunmuşdur. Hazırda mərhum həyat yoldaşı X7 ölüm haqqında tibbi şəhadətnaməsində ölüm səbəbi dəqiqləşdirilməmiş arteriyalarının emboliya və trombozu kimi qeyd olunmuşdur. Yəni burda hansısa uzun müddətli xəstəlikdən söhbət gedə bilməz. Bundan başqa X10 hərbiçi olmuş və hərbi nizamnaməyə uyğun olaraq ildə bir dəfə tibbi dispanser müayinəsindən keçmiş və müayinələr zamanı şəkərli diabet, onkoloji və xroniki ürək-damar xəstəlikləri aşkar olmamışdır. Bu faktı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli, 8746 saylı arayışı da təsdiq edir. Mərhum əri X7 ölüm haqqında şəhadətnaməsindən göründüyü kimi o, xx.xx.2022-ci il tarixdə öldüyündən, həmin tarixdən sonrakı ödəmələri Cavabdeh Sığorta Şirkəti ASC xx.xx.2022-ci il tarixli, MLİ-FM-UB-0003447 nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli, 02ik/22SU nömrəli kredit müqaviləsi üzrə "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödəməlidir. Eyni tələblə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Cavabdeh 13 mart 2025-ci il tarixli, 0088-25 saylı cavab məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-in 30.05-xx.xx.2024-cü il tarixlərdə ekspertiza keçirilmiş və KEŞ 536 nömrəli ekspert rəyinə əsasən Kamil Məhərrəmov bir çox xəstəliklərlə yanaşı xx.xx.2018-ci il tarixdən “Hər iki asası ətraf venalarının varikoz genişlənməsi” xəstəliyinin olması qeyd edilmişdir. Bu ekspert rəyini də cavabdeh əlində əsas tutaraq bildirmişdir ki, Kamil Məhərrəmov xx.xx.2022-ci il tarixli, MLİ-FM-UB-0003447 nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsini imzalayarkən ciddi xəstəliklərinin olmasını gizlətmişdir, buna görə də sığorta ödənişinin verilməsindən imtina etmişlər. Əvvəla bildirmişdir ki, yuxarıda qeyd olunan ekspertiza Kamilin ölümündən sonra keçirilmişdir. Təbii ki, burada meyidin fiziki ekspertizasından söhbət gedə bilməz. Ekspert əldə olan sənədlər əsasında ekspertiza keçirmiş və rəy vermişdir. Həmin rəyin tarixindən də görünür ki, ekspert birinci verilən ölüm haqqında tibbi şəhadətnaməyə əsaslanmışdır. Halbu ki, o şəhadətnamə ekspert rəyinin verilməsindən 4 ay sonra məhkəmə qətnaməsinə əsasən tamamilə dəyişdirilmişdir. Bundan başqa X10 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında xx.xx.2022-ci il tarixli, MLİ-FM-UB- 0003447 nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası (müqaviləsi) şəhadətnaməsinin sığorta ödənişinin həddi bölməsində birinci sırada qeyd olunmuşdur ki, sığorta olunanın istənilən səbəbdən ölümü halında - sığoıta ödənişinin 100%-i həcmində sığorta ödənişi verilir. Bu arqument bir daha təsdiq edir ki, müqavilə öhdəliyinin yerinə yetirilməməsi üçün cavabdeh müxtəlif variantlara istinad edir. Qeyd olunan (müqavilənin) şəhadətnamənin sığorta məbləği bölməsində isə qeyd olunmuşdur ki, kredit məbləği 52500 manat müəyyən edilmişdir, lakin növbəti aylar üçün ipoteka krediti müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə və sığorta hadisəsinin baş verməsi tarixinə uyğun müəyyən edilir. X4 öldüyü vaxtdan sonra qalan məbləğ sığorta tərəfindən qarşılanmalıdır. X10 öldüyü vaxtdan sonra qalan məbləğin nə qədər olmasını müəyyən etmək üçün "xxxx" ASC-yə sorğu göndərmişdir. xx.xx.2025-ci il tarixli, İMŞİEŞ/04052-2025 saylı cavab məktubuna əsasən həmin məbləğin 52057.27 manat olduğu bildirilmişdir. Qeyd etmişdir ki, mərhum əri xidmət etdiyi dövr ərzində 10 il qüsursuz xidmətə görə, 15 il qüsursuz xidmətə görə, 20 il qüsursuz xidmətə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyinə görə, 1918-2018 - 90 illiyə görə, 1919-2019 - 90 illiyə görə, 1918-2013 - 95 illiyə görə, 1919- 2014 - 95 illiyə görə, 1919-2019 - 100 illiyə görə və sonda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X8 xx.xx.2025-ci il tarixdə iddia tələbinə dövlət rüsumunun tutulması hissəsində dəqiqləşmə verərək, ödənilmiş dövlət rüsumunun İddiaçı ödənilməsini xahiş etmişdir. Cavabdeh Sığorta şirkəti ASC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir: Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X10 arasında xx.xx.2022-ci il tarixində MLİ-FM-UB-0003447 ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixli AZ-li 484901 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixində ölümünə səbəb “Dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu” olmuşdur. xx.xx.2024-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamədə də ölümə səbəb olmuş əvvəlcə mövcud olan xəstəlik kimi aşağı ətraf venalarının iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi göstərilmiş və patoloji xəstəliyin başlanması ilə ölüm arasındakı vaxtın 4 il olduğu qeyd edilmişdir. Bildirmişdir ki, sığorta hadisəsinin hərtərəfli araşdırılması və sığorta ödənişinin verilməsi (və ya bundan imtina) barədə qərarın qəbul olunması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş ölümün səbəbi üzrə mövcud olan hallar haqqında məlumatların əldə edilməsi zərurəti yarandığından bununla bağlı sorğumuz əsasında verilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi 2 nömrəli ASM-nin xx.xx.2025-ci il tarixli 92 nömrəli cavab məktubu ilə təqdim olunmuş “Məhkəmə-tibbi Ekspertiza və X11” X20 X7 adına tərtib edilmiş 536/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyinə əsasən K.Məhərrəmovun bir çox xəstəliklərlə yanaşı xx.xx.2018-ci il tarixindən “Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliyinin olduğu qeyd edilmişdir. (Ekspertiza 30.05-xx.xx.2024-cü il tarixlərində keçirilmişdir). Qeyd etmişdir ki, K.Məhərrəmovda 2018-ci il tarixindən mövcud olan ətraf venalarının varikoz genişlənməsi xəstəliyi onun ölümünə səbəb olan arteriyaların emboliya və trombozu xəstəliyinə səbəb olmuşdur. Beləliklə, ölümə səbəb olan xəstəliyin başlanma tarixi xx.xx.2022ci il tarixli MLİ-FM-UB-0003447 nömrəli sığorta müqaviləsi bağlanmamışdan əvvələ təsadüf edir. Digər tərəfdən qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli MLİ-FM-UB-0003447 nömrəli sığorta şəhadətnaməsinin “Sığortalı və ya sığortaolunan adından ərizə” hissəsində K.Məhərrəmov xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmədiyini bəyan edərək qeyd olunanlarla razı olduğunu ifadə etmiş, orada göstərilən məlumatların doğruluğunu təsdiq etmiş, yanlış və natamam məlumatların təqdim olunmasının, həmçinin məlumatları təqdim etməkdən imtinanın baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Həmçinin həmin şəhadətnamənin ayrılmaz tərkib hissəsi olan ərizə formasına 1 saylı Əlavənin (Tibbi məlumat) “a” bəndində qan damarlarının xəstəliklərindən əziyyət çəkmədiyini bildirmişdir. Beləliklə, K.Məhərrəmovun ölümünə səbəb olan xəstəliyin başlanma tarixi xx.xx.2022-cı il tarixli MLİ-FM-UB-0003447 nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanılmasından öncə) təsadüf etdiyindən, həmçinin sığortalı tərəfindən yalnış məlumat verilməsi səbəbindən sığorta ödənişi verilməsindən imtina edilmişdir. Digər tərəfdən, Cavabdeh Sığorta Şirkəti ASC ilə K.Məhərrəmovun arasında bağlanan “ipoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi könüllü sığorta müqaviləsi növü olduğundan, müqavilə bağlanan zaman onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsəydi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3-cü maddəsinə əsasən sığortaçının sığortalı ilə rnüqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Beləliklə, sığortalı yalnış məlumat verməklə sığortaçını sığorta risklərini düzgün qiymətləndirməkdən (sığorta risklərinə müvafiq olaraq sığorta haqlarını müəyyən etməkdən) məhrum etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 52057,27 manat məbləğində pulun ödənilməsini tələb edir. Lakin baş vermiş hadisə sığorta təminatına düşsəydi belə iddiaçı həmin məbləği tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin İMŞİEŞ/ 04052-2025 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 02ik/22SU saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixi üçün ümumi borcu 52057,27 manat təşkil edir ki, bununda 51924,56 manat əsas borc, 132,71 manat faiz borcu təşkil etmişdir. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Q-21 saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nı rəhbər tutaraq “Qala Həyat’’ Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsi öhdəliyi yaranmadığından iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-və qarşı pul tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, etirazı müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Mübahisə barəsində müstəqil tələb iurəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Qala Həyat’’ Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış 0088-25 saylı, 13 mart 2025-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh Sığorta Şirkəti ASC ilə X10 arasında xx.xx.2022-ci il tarixində MLİ-FM-UB-0003447 nömrəli fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır. Məktuba əlavə olunmuş 25 yanvar 2025-ci il tarixli AZ-İİ 484901 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmişdir ki, X7 26 iyun 2022ci il tarixində ölümünə səbəb “Dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu” olmuşdur. xx.xx.2024-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamədə də ölümə səbəb olmuş əvvəlcə mövcud olan xəstəlik kimi aşağı ətraf venalarının iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi göstərilmiş və patoloji xəstəliyin başlanması ilə ölüm arasındakı vaxtın 4 il olduğu qeyd edilmişdir. Bildirmişdir ki, bununla bağlı sorğuları əsasında verilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi 2 nömrəli ASM-nin xx.xx.2025-ci il tarixli 92 nömrəli cavab məktubu ilə təqdim olunmuş X7 ölümü ilə “Məhkəmə-tibbi Ekspertiza və X11” X20 KEŞ 536 nömrəli ekspert rəyinə əsasən K.Məhərrəmovun bir çox xəstəliklərlə yanaşı xx.xx.2018-ci il tarixindən “Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliyinin olduğu qeyd edilmişdir (Ekspertiza 30.05xx.xx.2024-cü il tarixlərində keçirilmişdir). Göründüyü kimi, K.Məhərrəmovun ölümünə səbəb olan xəstəliyin başlanılma tarixi xx.xx.2022-ci il tarixli, MLİ-FM-UB-0003447 nömrəli sığorta müqaviləsi sığorta müqaviləsi bağlanmamışdan əvvələ təsadüf edir. K.Məhərrəmov xx.xx.2022-ci il tarixində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən ona qoyulan diaqnozlar və müalicəsi barədə şifahi və ya yazılı məlumat təqdim etməmiş, bəyannamədə qeyd olunanlarla razı olduğunu ifadə etmiş, orada göstərilən məlumatların doğruluğunu təsdiq etmiş, yanlış və natamam məlumatların təqdim olunmasının, həmçinin məlumatları təqdim etməkdən imtinanın baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Bu səbəbdən K.Məhərrəmovun ölümünə səbəb olan xəstəliyin başlanma tarixi xx.xx.2022-ci il tarixli, MLİ-FM-UB-0003447 nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanılmasından öncə) təsadüf etdiyindən sığorta ödənişi verilməsindən imtina edilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsini və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nı rəhbər tutaraq bildirmişdir ki, baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsi qanunvericiliyə uyğun deyildir. - Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş İ-42771 saylı vəsiqəyə əsasən X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. - "xxxx" KB ASC tərəfindən İddiaçı ünvanlanmış İMŞİEŞ/ 04052-2025 saylı, 26 may 2025-ci il tarixli cavab məktubuna əsasən X9 "xxxx" Kommersiya Bankı ASC-də xx.xx.2022-ci il tarixində 02ik/22SU saylı müqavilə üzrə 240 ay müddətinə 52500 manat məbləğində ipoteka krediti rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqavilələri və təqdim edilmiş ödəniş şərtləri razılaşdırılaraq onun imzası ilə təsdiqlənmişdir. Bildirilmişdir ki, 02ik/22SU saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixi üçün ümumi borcu 52057,27 manat təşkil edir ki, bununda 51924,56 manat əsas borc, 132,71 manat faiz borcu təşkil etmişdir. - X13 (satıcı), X10 (alıcı və borcalan) və "xxxx" KB ASC (ipoteka saxlayan) arasında bağlanmış 18 fevral 2022-ci il tarixli 02ik/22SU saylı ipoteka müqaviləsinə əsasən satıcı Sumqayıt şəhəri, 19-cu məhəllə, Heydər Əliyev prospekti, ev 154A, mənzil 174; Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 154A, M11, m3 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi 3Z**********-05301-093098 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən daşınmaz əmlakın satış qiyməti 75000 (yetmiş beş min) manatdır, daşınmaz əmlakın dəyərinin 22500 (iyirmi iki min beş yüz) manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 52500 (əlli iki min beş yüz manat) manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditoripoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış tərəfindən “17” fevral 2022-ci il tarixli 02ik/22SU nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. - “Qala Həyat’’ Sığorta Şirkəti ASC-nin MLİ-FM-UB-0003447 nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən Borcalanın, yəni xx.xx.1977-ci il təvəllüdlü X7 həyatının ölüm halından və əmək qabiliyyəyinin itirilməsi halından 16 fevral 2022-ci il tarixində ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta olunmuşdur. Sığorta müqaviləsinin qüvvədə olduğu vaxt xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci il tarixədək müəyyən olunmuşdur. Sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 52500 manat təşkil edir. Növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə və sığorta hadisəsinin baş verməsi tarixinə uyğun olaraq müəyyən edilir. İllik sığorta haqqı 40,82 manat müəyyən edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-335/2024 saylı qətnaməsinə əsasən iddia təmin olunaraq, “Sumqayıt Tibb Mərkəzi” X20 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********27 saylı ölüm haqqında tibbi şəhadətnamədə qeyd edilən ölüm səbəbinin dəyişdirilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd olunmuşdur ki, X10 2000-ci ilin iyun ayından 2022-ci il iyun ayının 26-dək (vəfat edənədək) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olduğu zaman Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında tibbi qeydiyyatda olmuşdur. Tibbi qeydiyyatda olduğu dövrdə nizamnaməyə uyğun olaraq hər il tibbi dispanser müayinəsindən keçmiş və müayinələr zamanı şəkərli diabet, onkoloji və xroniki ürək-damar xəstəlikləri aşkar olunmamışdır. Beləliklə ölüm haqqında tibbi şəhadətnamədə sözügedən xəstəliklərin ölüm səbəbi kimi qeyd edilməsinin hər hansı tibbi əsası olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 xx.xx.2024-cü il tarixli, 536/KEŞ saylı ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü X7 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. 3400 saylı Hərbi Hissədə Kamil Məhərrəmovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə qədər “Kəskin respirator virus infeksiyası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Eyni zamanda xx.xx.2011-ci il tarixdə onda “Qaraciyərin piy distrofıyası. Öd kisəsinin polipi. Pəncənin varikoz genişlənməsi", xx.xx.2014-cü il tarixdə “Öd kisəsinin öd daşı xəstəliyi. Xroniki daşlı xolesistitin kəskinləşməsi”, xx.xx.2018-ci il tarixdə isə “Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliklərinin olduğu müəyyən edilmişdir. 2 . 3 4 0 0 saylı Hərbi Hissədə Kamil Məhərrəmovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun ürəyin hər hansı bir xəstəliyindən əziyyət çəkdiyi qeyd edilməmişdir. - “Sumqayıt Tibb Mərkəzi” X20 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********202 saylı ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə evdə ölümünə səbəb olmuş xəstəlik kimi dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu qeyd edilmişdir. - 1 saylı Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin AZ-İİ № 484901 nömrəli, xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X10 xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu səbəbindən ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 333 nömrəsi ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın 8746 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən həqiqətən Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, mərhum polkovnik-leytenant X10 2000-ci ilin iyun ayından 2022-ci il iyun ayının 26-dək (vəfat edənədək) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olduğu zaman Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında tibbi qeydiyyatda olmuşdur. Tibbi qeydiyyatda olduğu dövrdə nizamnaməyə uyğun olaraq hər il tibbi dispanser müayinəsindən keçmiş və müayinələr zamanı şəkərli diabet, onkoloji və xroniki ürək-damar xəstəlikləri aşkar olunmamışdır. - “Qala Həyat’’ Sığorta Şirkəti ASC tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış 0184-22 saylı, 18 iyul 2022-ci il tarixli cavab məktubuna əsasən “Qala Həyat" Sığorta Şirkəti ASC ilə X10 arasında xx.xx.2022 il tarixli, MLİ-FM-UB-0003447 saylı Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən sığorta olunanın xx.xx.2022-ci il tarixində “ürəyin hipertenziv” xəstəliyi səbəbi ilə vəfat etdiyi göstərilmişdir. Təqdim edilən **********27 saylı ölüm haqqında tibbi şəhadətnamədə ölümə səbəb olan xəstəlik kimi göstərilən “(durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi”nin K.V.Məhərrəmovda 8 il davam etdiyi qeyd edilib. Lakin, sığortalı (sığorta olunan) ML1-FM-UB- 0003447 saylı sığorta müqaviləsində şəkərli diabet, onkoloji və/yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmədiyini, sığorta müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli ərizə formasında ürək xəstəliyinin olmamasını göstərərək ərizədə qeyd olunanlarla razı olduğunu və burada olan məlumatların doğruluğunu təsdiq etmiş, sığortalı, ərizədə tibbi müayinədən keçmədiyinə görə və ya yalnış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Həmçinin qeyd edilmişdir ki, ölümə səbəb olan xəstəliyin başlanma tarixi xx.xx.2022-ci il tarixli, MLİ-FM-UB-0003447 saylı sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanmamışdan əvvəl) təsadüf edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsini və Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarını rəhbər tutaraq baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir. - "xxxx" KB ASC-nin 02 sentyabr 2025-ci il tarixli maliyyə arayışına əsasən "xxxx" KB ASC ilə X10 arasında bağlanılmış 02ik/22SU saylı kredit müqaviləsinə əsasən X7 xx.xx.2022ci il tarixinə ümumi borcu 52057,27 manat təşkil edir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın “Qala Həyat’’ Sığorta Şirkəti ASC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən mərhum X10 xidmət etdiyi müddət ərzində Dövlət Sərhəd Xidməti Hərbi Hospitalında stasionar müalicə almamışdır. xx.xx.2019-cu il tarixində hər iki aşağı ətrafın doppler müayinəsi olunmuş, “aşağı ətrafların varikoz xəstəliyi” diaqnozu qoyulmuş, tromb aşkarlanmamışdır. Xidmət etdiyi müddət ərzində ölümə səbəb ola biləcək hər hansı bir hal qeydə alınmamışdır. - “Məhkəmə-tibbi Ekspertiza və X11” X20 X7 adına tərtib edilmiş 536/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyinə əsasən K.Məhərrəmovun bir çox xəstəliklərlə yanaşı xx.xx.2018-ci il tarixindən “Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliyinin olduğu qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, fiziki şəxs X10 ilə "xxxx" KB ASC arasında xx.xx.2022-ci il tarixində 02ik/22SU saylı kredit müqaviləsi və 18 fevral 2022-ci il tarixli 02ik/22SU saylı ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, kredit müqaviləsi üzrə "xxxx" KB ASC tərəfindən 52500 manat məbləğində pul vəsaiti 240 ay müddətinə Borcalana verilmişdir. İpoteka müqaviləsinə əsasən satıcı Sumqayıt şəhəri, 19-cu məhəllə, Heydər Əliyev prospekti, ev 154A, mənzil 174; Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 154A, M11, m3 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi 3Z**********-05301-093098 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, daşınmaz əmlakın dəyərinin 22500 (iyirmi iki min beş yüz) manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 52500 (əlli iki min beş yüz manat) manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditoripoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış tərəfindən “17” fevral 2022-ci il tarixli 02ik/22SU nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına həm mənzilin "xxxx" KB ASC-nin xeyrinə ipotekaya qoyulması ilə, həm də Borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi halından sığortası vasitəsilə təminat verilmişdir. Belə ki, Borcalanın həyatının ölüm halından və əmək qabiliyyəyinin itirilməsi halından sığortası üzrə Cavabdeh Sığorta Şirkəti ASC ilə 17 fevral 2022-ci ildə müqavilə bağlanmış və həmin müqavilənin bağlanmasının təsdiqi olaraq Borcalana MLİ-FM-UB- 0003447 saylı sığorta şəhadətnaməsi təqdim edilmişdir. X1 26 iyun 2022-ci ildə evdə “dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu” səbəbindən vəfat edib və bu onun AZ- İİ № 484901 nömrəli, xx.xx.2025-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnaməsində qeyd olunub. X1 iddiaçının həyat yoldaşı olub. Hal-hazırda iddiaçı banka qalıq qalan borcun sığorta şəhadətnaməsinə əsasən cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir; Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir; Maddə 884.6 Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır; Maddə 884.6-2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır; Maddə 885. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür; Maddə 885.2. Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir; Maddə 885.3. Həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir; Maddə 903.7. Elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir; Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir; Maddə 917.2. Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir; Maddə 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina edilməsi hallarından biridir; Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” Maddə 4.3. Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır: 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; İ və İİ qrup əlillər; narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr; 4.4-cü bəndinə əsasən sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: sığorta olunanın ölməsi; sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması; Maddə 6.7. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər; Maddə 13.6. Sığorta müqaviləsi üzrə sığorta məbləği kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla sığortaçı ilə sığortalının razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir: kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində; kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində; Maddə 18.1.3. Bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir; Maddə 18.2. Bu Qaydaların 18.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Belə ki, cavabdeh tərəfin məhkəmə iclasında verdiyi izahatından, məhkəməyə təqdim etdiyi iş materiallarından müəyyən olunmuşdur ki, həyat sığortası müqaviləsinin bağlanması proseduru aşağıdakı kimidir: həyat sığortası müqaviləsi bağlanmazdan öncə sığortalıya həyat sığortası üzrə ərizə forması və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə (tibbi məlumat) təqdim olunur. Müvafiq həyat sığortası üzrə ərizə və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavə doldurulduqdan sonra sığortaçı və sığortalı arasında müvafiq sığorta müqaviləsi bağlanır, yəni sığortaçı tərəfindən sığortalıya həyat sığortası şəhadətnaməsi təqdim olunur. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə mərhum X10 tərəfindən doldurulmuş həyat sığortası üzrə ərizə forması və həyat sığortası üzrə ərizə formasına 1 saylı əlavəyə (tibbi məlumata) əsasən X10 “aşağıdakı xəstəliklərdən hər hansı birinə tutulmusunuz?” sualına “qan damarlarının xəstəliyi” bəndinə “Xeyr” cavabı qeyd etmişdir. Cavabdeh iddia edir ki, mərhum K.Məhərrəmov “hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliyindən əziyyət çəkir, hətta K.Məhərrəmovla sığorta müqaviləsi bağlanmamışdan əvvəl mövcud idi, yəni o, 4 il həmin xəstəlikdən əziyyət çəkib və mərhum bu məlumatı gizlətmişdir. Lakin K.Məhərrəmovun ölüm səbəbi dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozudur. Yəni onun ölümü ilə “hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” ilə birbaşa əlaqəsinin olduğuna dair sübut təqdim edilməmişdir. Ən əsası isə sığorta şirkəti tərəfindən tərtib olunmuş əlavədə “xeyr” qeyd edilən qrafada “ürək xəstəliyi və ya ürəyin fəaliyyətinin pozulması, yüksək arterial təzyiq, qan damarlarının xəstəlikləri, qan dövranının pozulması, insult” qeyd edilmişdir. Mərhumun ölüm səbəbi isə“dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu”dur. Tibbi şəhadətnamədə əvvəlcədən mövcud olan səbəb qismində “aşağı ətraf venalarının iltihabı ilə birgə müşahidə olunan varikoz genişlənməsi” göstərilmişdir. Cavabdehin təqdim etdiyi Səhiyyə Nazirliyinin xəstəliklərin təsnifatı ilə bağlı siyahıda “aşağı ətraf venalarının varikoz genişlənməsi” ayrıca yarımbaşlıq kimi “venaların, limfa damarlarının və limfatik düyünlərin digər rubrikalarda təsnif olunmayan xəstəliklə” aid edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə sığortalının sığortaçıya sığorta predmeti, sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halı sığorta ödənişinin verilməsinin əsaslarından biri kimi müəyyən edilmiş, lakin bununla belə bu yanlışlıq sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslanması imperativ qaydada qadağan edilmişdir. Məhkəmə, eyni zamanda vurğulayır ki, cavabdeh qeyd edilən hala istinad etsə də, sığortalının xəstəliyi ilə bağlı qəsdən yalnış məlumat verməsi (xəstə olması barədə məlumat verməməsi) halını və bunun nəticəsində sığorta riskini qiymətləndirilməsindən məhrum olmasını sübuta yetirməli idi. Çünki sığorta qanunvericiliyində sığorta ödənişindən imtinanın əsası kimi yanlız sığortalı tərəfindən qəsdən yanlış məlumat verilməsi halı nəzərdə tutulmuşdur. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, cavabdeh mərhumun “aşağı ətraf venalarının iltihabı ilə birgə müşahidə olunan varikoz genişlənməsi” xəstəliyindən uzun müddət əziyyət çəkməsini və bu barədə cavabdehə qəsdən məlumat verilməməsini əsas gətirsə də, sığortalı Kamil Məhərrəmov xx.xx.2022-ci il tarixdə “dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu”ndan vəfat etmişdir. Həyat sığortası müqaviləsi bağlanmasından imtina edilməsini şərtləndirə biləcək xəstəliklərin siyahısında da “dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu” xəstəliyinin adı konkret olaraq çəkilməmiş, ümumi olaraq “qan damar xəstəlikləri” formasında təsbit olunmuşdur. Məhkəmə vurğulayır ki, mərhum hərbçi olmuşdur. Hərbi Hospitalın sığorta şirkətinə cavabından da görünür ki, son müayinə zamanı, yəni 2019cu ildə xəstədə “aşağı ətraf venalarının varikoz genişlənməsi” diaqnozu qoyulsa da, tromb aşkarlanmamışdır. Nəzərə alsaq ki, sığorta şirkətinin imtina əsası hazırki halda yeganə olaraq sığortalının müqavilə bağlanan anda qəsdən məlumat verməməsi və ya yalnış məlumat verməsi göstərildiyindən, sığortalıda qəsdən məlumat verilməməsi halı müəyyən olunmur. Belə ki, şəxs son müayinəsində də onda tromb aşkarlanmamış, eləcə də əmək qabiliyyətli hərbçi olmuşdur. Bundan əlavə sığorta şirkəti etirazında X5 xəstəliklərin təsnifatına dair siyahıya istinad etmişdir. Mərhumun sözügedən elmi təsnifatda olan yarımbaşlıqları bilib, onun xəstəliyinin həmin yarımbaşlıq və başlığa aid olmasını müəyyən etməsi və qəsdən bunu sığorta şirkətindən gizlətməsi ağlabatan deyildir. Ən azından mərhum tibbi savada malik şəxs deyildi. Belə olan halda sığorta şirkətinin imtina əsası kimi “Həyat sığortası üzrə ərizə formasına 1 saylı Əlavəni” sığortalının görüb anlaya biləcəyi – hal-hazırda istinad etdikləri həmin X5 xəstəliklərin təsnifatına uyğun daha dəqiq və ətraflı qeyd etməsi məqsədəmüvafiq olardı. Belə ki, sözügedən əlavə və həmin əlavəyə daxil edilən xəstəlik siyahısı hər kəs üçün anlaşılan və tam olmalı idi. Göründüyü kimi sığortalının müqavilə bağlanan anda xroniki xəstəlik barədə qəsdən məlumat verməməsi və ya yalnış məlumat verməsi müəyyən olunmadığından Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişindən imtina əsaslı olmamışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, mərhum X7 həyat yoldaşı olan İddiaçı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə X1nun həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından xx.xx.2022-ci il tarixli MLİ-FM-UB- 0003447 nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” Şəhadətnaməsi üzrə sığortalandığına istinad edərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın vərəsəsi kimi onun "xxxx" KB ASC-yə olan qalıq borcunun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq üçüncü şəxs "xxxx" KB ASC-yə ödənilməsi və borcalanın vərəsəsi kimi onun tərəfindən borcalanın ölümündən sonra ödəniş cədvəlinə əsasən "xxxx" KB ASC-yə ödənilən pulun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq ona ödənilməsi barədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" KB ASC ilə X10 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 52500 manat məbləğində ipoteka krediti verilmişdir. Bu baxımdan sığorta ödənişinin bank tərəfdən təqdim edilmiş arayışa əsasən sığortaçı tərəfindən banka ödənilməsi qanuni və əsaslıdır. Belə ki, X7 xx.xx.2022-ci il tarixinə həmin ipoteka krediti üzrə ümumi borcu 52057,27 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia "xxxx" KB ASC-yə olan qalıq borcun Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq üçüncü şəxs "xxxx" KB ASC-yə ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, MLİ-FM-UB-0003447 saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən 52057,27 (əlli iki min əlli yeddi manat iyirmi yeddi qəpik) manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə ödənilməsi öhdəliyi Cavabdeh Sığorta şirkəti ASC-nin üzərinə qoyulmalıdır. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, MLİ-FM-UB- 0003447 saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən 52057,27 (əlli iki min əlli yeddi manat iyirmi yeddi qəpik) manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə ödənilməsi öhdəliyi Cavabdeh Sığorta şirkəti ASC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 247 (iki yüz qırx yeddi) manat Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. MLİ-FM-UB-0003447 saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən 52057,27 (əlli iki min əlli yeddi manat iyirmi yeddi qəpik) manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə ödənilməsi öhdəliyi Cavabdeh Sığorta şirkəti ASC-nin üzərinə qoyulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 247 (iki yüz qırx yeddi) manat Cavabdeh Sığorta şirkəti ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar