Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3958/2020 17.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3iddia tələbinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçının tanışı olan Cavabdeh ona müraciət edərək kompyuter avadanlıqlarının alınması və satışının təşkili üçün 10000 manat məbləğində pul lazım olduğunu bildirmiş, xx.xx.2019-cu il tarixində Cəfərov X4 Mehdi Mais oğlu ilə razılaşıb şifahi müqavilə bağlayaraq ona 10000 manat məbləğində borc pul vermişdir. Razılaşmaya əsasən cavabdeh xx.xx.2020-ci il tarixədək iddiaçıdan aldığı borcu tam şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixində Cavabdeh şahid X2 iştirakı ilə verdiyi yazılı iltizamda da aldığı 10000 manat məbləğində pul vəsaitini xx.xx.2020-ci ildə qaytaracağını bildirmişdir. Lakin Cavabdeh bu günə kimi borcunu qaytarmamışdır. Qeyd olunan tarixdə borcunu qaytarmadığına görə dəfələrlə ondan müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi və borc məbləğinin qaytarılması tələb olunsa da, cavabdeh, öhdəliyin icrasından yayınmışdır. Göstərilənləri nəzərə alaraq, iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddiaçıdan aldığı 100xx xxxxxxxx 4000 manatını qaytardığını, 6000 manat borcunun qaldığını göstərərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli iltizama əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı kompyuter avadanlıqlarının alınması və satışının təşkili üçün 10000 manat pul aldığını göstərmiş və xx.xx.2020-ci il tarixində qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən cavabdehə 10.000 manat məbləğində pul verilmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi pozmuş, bugünə kimi borc məbləği üzrə ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, borc məbləği ödənilmədiyindən iddia tələbi təmin edilməli, cavabdehdən 10.000 manat məbləğində borc pul tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının MPM-nın 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu mənada Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı kompyuter avadanlıqlarının alınması və satışının təşkili üçün 10000 manat pul alması və xx.xx.2020ci il tarixində qaytarmağı öhdəsinə götürməsinə dair iltizam mövcud olduğundan, həmin borc məbləğindən 4000 manatının qaytarılmasını sübut etmək yükü iddiaçıdan cavabdehə keçmişdir. Lakin Cavabdeh həqiqətən də həmin pulun iddiaçıya qaytarılmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3958/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3958/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver