Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3959/2020 15.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, X1 İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, borclu Cavabdeh xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən 2.300 manat borcun, həmin məbləğdən üç illik faizlər və dəbbə pulunun məhkəmənin rəyi əsasında təyin edilməklə onun xeyrinə tutulması, borclu Cavabdeh özünün imzası ilə təsdiq etdiyi xx.xx.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən aldığı 600 manat borcun və dəymiş mənəvi zərərə görə 1.000 manat pulun, telefon danışıqları üçün ödənilmiş 161 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh məhkəmə mübahisələrinin həll edilməsi üçün ona nümayəndə kimi hüqunqi yardım göstərmişdir. O, cavabdehə buna görə vəsait ödəmişdir. Cavabdeh 2015-ci ildə ondan 1.500 manat, sonrakı iki il ərzində 500 manat və 300 manat olmaqla, cəmi 2.300 manat borc almışdır. Vəkiliin ödənişlərini etmək üçün o, “VTB” bankdan kredit götürərək ödənişləri vaxtında etsə də, üç il keçməsinə baxmayaraq qeyd olunan məsələ ilə bağlı bir nəticə əldə olunmamışdır. O, Cavabdeh pulların qaytarılmasını tələb etmiş, cavabdeh isə borcu qaytarmamışdır. Bu səbəbdən notariat kontoruna gedərək, aralarında xx.xx.2017-ci il tarixli 3M-229 nömrəli borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışlar və cavabdeh 2.300 manat borcu xx.xx.2017-ci ilə kimi ona qaytarmağı öhdəsinə götürsə də, bu məbləği hazırkı vaxta kimi ona qaytarmamışdır. Sonradan isə xx.xx.2019-cu il tarixdə sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən ondan 600 manat borc almışdır. Həmçinin cavabdehə onun işin aparılması məqsədilə “Azercell” və “Bakcell” mobil operatorlarından olan nömrələrinə pul yükləmişdir. Köçürülən vəsaitlərin məbləği 161 manat təşkil edir. Eyni zamanda cavadehin yükləmə kartlarından da ayrı-ayrı vaxtlarda nömrəsinə yüklədiyi cəmi 100 manat pul məbləğini ona ödəmişdir. Bütün bunlar ona dərin mənəvi zərbə vurmuşdur. Dəyən mənəvi zərəri 1000 manat qiymətləndirir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, onun İddiaçı hər hansı bir borcu yoxdur. İddiaçı ona xx.xx.2013-cü il tarixdə 2.300 manat pul vermişdir. Bunun müqabilində o, iddiaçıya və onun tanışlarına və iş yoldaşlarına uzun müddətdir ki, hüquqi yardım göstərir. İddiaçı həmin məbləği ona xidmət haqqı kimi ödəmişdir. Sonradan iddia tələblərinin və şikayətlərinin uğurlu olmadığını görərək, onu şantaj etməyə başlamış və ödədiyi pulları geri qaytarmağı tələb etmişdir. O, məcbur olaraq notariat kontoruna gedərək iddiaçı ilə xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında mücərrəd müqavilə bağlamış və 2.300 manat borcu xx.xx.2017-ci ilə kimi iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Hesab edir ki, həmin müqavilədə göstərilən vəsait ona xidmət haqqı kimi ödənilmişdir. Həmçinin iddiaçı üç illik iddia müddətini ötürdükdən sonra, xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunan iddiaçı tərəfindən əlavə olaraq 600 manat ödənilməsi tələb edilmişdir. Bu barədə iddiaçının hazırkı tələblərinə dair Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə bir müddət əvvəl müraciət etmiş, inzibati orqanların araşdırmasından sonra tərəfindən dəfələrlə iddiaçıya müxtəlif məsələlərdə hüquqi, tərcümə və digər yardımlar etmişdir. İddia ərizəsinin əsassız olmasına və iddia müddəti keçməsinə görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddiaqismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 3M-229 reyestr nömrəli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən borclu Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı xx.xx.2013-cü il tarixdən yaranmış 2.300 manat borcu olduğunu bəyan və tam etiraf etmiş və həmin məbləği müqavilədə göstərilən 2 ay müddətinə, xx.xx.2017-ci il tarixə kimi borc verənə tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən İddiaçı 600 manat borc almış və xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən aldığı 600 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 630 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - “2.300 manat miqdarında borc məbləği və həmin məbləğdən üç illik faizlər və dəbbə pulu hesablanması” hissəsində rədd edilməlidir. Çünki, borcun etirafı haqqında müqavilə xx.xx.2017-ci tarixdə tərtib olunmuş və həmin müqavilədə Cavabdeh xx.xx.2013-cü il tarixdən yaranmış 2.300 manat borcunu 2 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixə kimi İddiaçı qaytamağı öhdəsinə götürmüşdür. İddiaçı üç illik iddia müddətini ötürdükdən sonra xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair yazılı ərizə təqdim etmişdir. İddia müddəti keçdiyinə görə, iddia tələbi bu hissədə rədd edilməlidir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən-kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş və mənəvi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yəni iddiaçı öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. O cümlədən telefon danışıqları üçün ödənilmiş 161 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi əsasızdır. Çünki, bu məbləğin geri qaytarılması ilə bağlı cavabdeh heç bir öhdəlik götürməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əssən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə əsasən aldığı 600 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 630 (altı yüz otuz) manat pul tutularaq İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3959/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3959/2020
15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver