Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3963/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, və X1 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, və X1 qarşı "pul" tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət edərək, 18000 manat borc pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2016-cı ildə tanış olmuş, onunla möhkəm dostluq münasibətləri olmuşdur. Həmin vaxt Cavabdeh1 ona şəxsi pul probleminin olduğunu bildirmiş və ondan 18000 manat borc pul istəmişdir. Cavabdeh1 bildirmişdir ki, aldığı pulu qısa müddət ərzində qaytaracaq. Ona inanaraq və etibar edərək düşdüyü çətin vəziyyətdən onu çıxartmaq üçün 18000 manat pulu Cavabdeh1 işlədiyi Ş.Mehdiyev küçəsində yerləşən Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində vermişdi. Müəyyən zaman keçəndən sonra Cavabdeh1 xəbər çıxmamışdı. Onunla dəfələrlə görüşmüş və söhbət edərək bildirmişdir ki, əgər pulu tam məbləğdə verə bilmirsə, hissə-hissə versin. Hər görüşdə o pulu tezliklə qaytaracağını söz versə də, sonradan göründü ki, o yalan vədlər verir. Hətta 2021-ci ilin aprel ayında Cavabdeh1la görüşən zaman ondan pulu tələb etdikdə, Anar öz imzası ilə pulu hissəhissə qaytaracağına dair qəbz vermişdir. Bu barədə Anarla dəfələrlə delefon danışıqları da olmuşdur. Cavabdeh1 yaxın qohumu X2 onunla görüşərkən cavabdeh Anarın borcunu öz üzərinə götürməsi barədə qəbz yazmışdır. Yazdığı qəbzdən görünür ki, pulun son ödəmə tarixini 22 mart 2019-cu il tarix göstərmişdir. Ancaq nə Anar, nə də Zaur pulu ona ödəməmişdirlər. Hər ikisi onu aldadaraq yalan vədlər vermişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2016-cı ildə keçmiş zabit yoldaşı iddiaçı ilə onu tanış etmişdir. Bu tanışlıqdan sonra iddiaçı müxtəlif vətəndaşlardan pul vəsaiti alaraq ona təqdim etmişdir. Bu vətəndaşlardan bəzilərinin məsələləri həll olunmuş, bəzilərininki isə həll olunmamışdır. Bununla bağlı həmin vətəndaşlar onun barəsində Yasamal rayon polis şöbəsinə şikayət etmişdir. Həbs olunmuş və bir ilə yaxın gedən istintaq müddətində İddiaçı bildirmişdir ki, onun Cavabdeh1 qarşı heç bir iddia tələbi yoxdur. İstintaq müddəti başa çatdıqda bu məsələ ilə əlaqədar 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, birinci instansya məhkəməsinin hökmündən cəzasının ağır olması ilə əlaqədar apellyasia şikayəti vermiş və Apellyasiya məhkəməsi hökmü dəyişdirərək, ona 8000 min manat cərimə cəzası təyin etmişdir. 2018-2020-ci illərdə İddiaçı özü barəsində rüşvət təklif etməsi ilə əlaqədar prosessual qərar qəbul olunmuş, lakin o ərizə verdiyinə görə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. Onun 18000 min manatı tələb etməsi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh X1 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: X2 tərəfindən yazılmış, Lənkəran RİH başçısının Vilvan kənd inzibati ərazi vahidinin nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, qohumu Cavabdeh1 İddiaçı Yarımməd oğlu və digərlərinə olan 30000 (otuz min) manat pulun ödənilməsini öz üzərinə götürür, son ödəmə tarixi 22 mart 2022-ci ilə kimidir, bu öhdəliyi yazmaqda ona heç kim tərəfindən heç bir təzyiq göstərilməyibdir. Cavabdeh1 tərəfindən İddiaçı Yarımməd oğlunun adına yazılmış, Lənkəran RİH başçısının Vilvan kənd inzibati ərazi vahidinin nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, ailə vəziyyəti və sağlamlığında olan çətinliklərlə bağlı aralarında olan borc məsələsini hissə ilə bu ilin sonunadək qaytaracaqdır. Xahiş edir üzürlü saysın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-6/2020 saylı xx.xx.2020ci il tarixli qərarına ilə məhkum Cavabdeh1 apellyasiya şikayəti qismən təmin olunmuş, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Hərbi Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh1 AR CM-nin 32.4, 312.2-ci maddəsi ilə ittiham olunduğu əməli AR CM-nin 32.4, 312.1-ci maddəsi ilə tövsif olunmuş və həmin maddə ilə ona 8000 manat məbləğində cərimə cəzası təyin edilmiş, ona AR CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4000 manat məbləğində cərimə cəzası ilə əvəz olunmuş, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cərimə cəzalarının tam toplanması yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12000 manat məbləğində cərimə cəzası təyin olunmuşdur. AR CM-nin 69.4-cü maddəsinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 10 ay 15 gün müddət nəzərə alınaraq, təyin edilmiş cəza yüngülləşdirilmiş və Cavabdeh1 üzərində qəti olaraq 8000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. İddiaçı Yarımməd oğlunun notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh1 ona vurduğu maddi və mənəvi ziyan tam ödənilmişdir, onunla barışıblar, ondan heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 18000 manat məbləğində pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdehlər tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2019-cu il və xx.xx.2021-ci il tarixli qəbzlərlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən Cavabdeh1 verilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinin qərarından və iddiaçı tərəfindən yazılmış ərizədən isə görünür ki, həmin ərizə Cavabdeh1 İddiaçı dələduzluq yolu ilə mənimsədiyi 6000 manat məbləğində pulun ödənilməsi ilə əlaqədar verilmişdir. Belə ki, sözügedən ərizə Bakı Apellyasiya Məhkəməsinin qərarından 21 gün əvvəl, məhz həmin cinayət işi ilə əlaqədar vurulmuş zərərin ödənilməsi ilə bağlı verilmişdir. Hazırda Cavabdeh1 məhkəməyə 18000 manat pulun iddiyaçıya ödənilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 18000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı pulu ona geri qaytarmalıdır. Məhkəmə, iddia tələbinin digər cavabdeh X1 aid hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 18000 (on səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 18000 (on səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3963/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3963/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver