Məhkəmə qərarları › İş №2(004)-3972/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3972/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3972/2023 28.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh MMC-yə və maraqlı tərəf Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh MMC-yə və maraqlı tərəf Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən pozulmuş öhdəliyin bərpası, yəni müqavilə üzrə nəzərdə tutulmuş 144,06 kv.m olan 2 təmirli mənzilin (51 kv.m olan 1 otaqlı və 93,6 kv.m olan 2 otaqlı mənzil olmaqla) İddiaçı təhvil verilməsi və ya cavabdeh tərəfindən təqdim edilmiş (1 otaqlı sahəsi 44 kv.m, 2 otaqlı sahəsi 77,46 kv.m olmaqla, ümumi sahəsi 121,46 kv.m olan, 2 mənzil) 2 mənzilin sahəsi ilə müqavilə üzrə razılaşdırılmış sahə arasında yaranmış 20,6 kv.m (əlavə razılıq üzrə 2 kv.m pulu ödənilmədiyi üçün həmin sahə istisna edilir və tələb xaricindədir) sahə üçün nəzərdə tutulan 32.960 manat maddi zərərin və ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı Mehdi zadǝ Altay Haşım oğluna ödənilməsi barədə qətnamə, Cavabdeh MMC-nin fəaliyyətinin araşdırlması üçün (vergidən yayınma və digər pozuntulara dair) xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Odur ki, iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti göstərmiş və VÖEN ********** olmasını qeyd etmişdir. Lakin VÖEN ********** nömrəsini internet vergi idarəsində və “AZEMİS” sistemində yoxlayarkən VÖEN ********** nömrəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinə məxsus olması müəyyən edilir. Yəni, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda hüquqi şəxs kimi mövcud olmasına və ya Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Mənzil Tikinti Kooperativinə çevrilməsinə dair vergi orqanının rəsmi sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda hüquqi şəxs kimi mövcud olmasına dair sənədlər (reyestrdən çıxarış, şəhadətnamə və sair) məhkəməyə təqdim edilmədiyinə görə, hazırkı iş üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh tərəf kimi elektron məhkəmə informasiya sistemində qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 151.1, 152, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə və maraqlı tərəf Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" KB ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 190 (yüz doxsan) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar