Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3981/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun cavabdehdən borc almasını və həmin borcun əvəzi olaraq 600 manatı cavabdehin kart hesabına köçürməsi barədə cavabdehin nümayəndəsinin mülahizəsi ilə razılaşmır. Belə ki, cavabdehin nümayəndəsi iddiaçının cavabdehdən borc almasını iddia edirsə bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının baldızı onun qardaşı Cavabdeh ilə nikahda olmuşdur. Transfer olunan pul iddiaçı tərəfindən alınmış borcdur. Cavid həmin pul ilə qaynanasının yaşadığı evin kirayə pulunu ödəmişdir. Cavabdeh onun ögey qardaşıdır. İddiaçı Cavabdeh borc olaraq 600 manat pul almış və Cavidə məxsus kart hesabına həmin borcu qaytarmaq məqsədilə pul köçürmüşdür. Əlavə olaraq bildirmişdir ki, kartın qardaşına məxsus olmasını mübahisələndirmir. İş materiallarında olan Xalq Bank “20 Yanvar” filialının 07.05.2021-ci il tarixli 392 №li məktubundan görünür ki, müştəri İddiaçı AZ30HAJCFPRAZN**********6001 saylı kart hesabına bağlı olan **********534367 nörməli kartından 30.12.2020-ci il tarixində Yelo Bankın (əvvəlki adı Nikoil Bank) **********206209 saylı kartına sahib müştərisinə X3 to Card funksiyasından istifadə edərək 600 (altı yüz) manat pul köçürmüşdür. Məhkəmə iddaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı tərəfindən Yelo Bankın (əvvəlki adı Nikoil Bank) **********206209 saylı kartına sahib müştərisinə X3 to Card funksiyasından istifadə edərək 600 (altı yüz) manat pul köçürmüşdür. Cavabdehin nümayəndəsi həmin kartın cavabdehə məxsus olmasını mübahisləndirmədiyini və kartın Cavabdeh məxsus olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi tərəfindən iddiaçının cavabdehdən borc almasını və həmin borcu qaytarmaq məqsədilə iddiaçının cavabdehə məxsus kart hesabına pul köçürməsini göstərən hallar məhkəməyə təqdim edilməmiş və iş materiallarından belə hallar aşkar edilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3981/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3981/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver