Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-401/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "İddiaçı” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predimetinə yönəldilməsi, ipoteka predimetinin açıq hərracda satılması və ipoteka predimetinin boşaldılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predimetinə yönəldilməsi, ipoteka predimetinin açıq hərracda satılması və ipoteka predimetinin boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Tariel qızından və Cavabdeh2 21.01.2019-cu il tarixli, RBSB-6362 saylı kredit müqaviləsi üzrə əsas borca görə 44920,36 manat, faiz brcuna görə 10842,34 manat, cərimə borcuna görə 12000 manat olmaqla, cəmi 67762,70 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m 2 mərtəbəli 64 kv.m yaşayış sahəsi, 140 kv.m yardımçı sahəsi olan bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməklə, bu əmlakın satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh1 və Cavabdeh2ov oğlundan 21.01.201 RBSB-6362 saylı kredit müqaviləsi üzrə cəmi 67762,70 manat və 61 manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 qızma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m 2 mərtəbəli 64 kv.m yaşayış sahəsi, 140 kv.m yardımçı sahəsi olan bağ evinə tutmanın yönəldilməsi, o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 112a ünvanında yerləşən sahəsi 204.0 kv.m mərtəbəliyi 2, yaşayış otaqlarının sayı 4, yaşayış sahəsi 64 yardımçı sahəsi 140.0 kv.m olan bağ evinin cavabdehlər tərəfindən boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.01.2019-cu il tarixli, RBSB-6362 saylı kredit müqaviləsinə əsasən illik 20 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 60000 manat məbləğində kredit verilmişdir. 21.01.2019-cu-ci il tarixli, RBSB-6362 saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu ərimə, penya, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bundan başqa Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2ov oğlu ilə İddiaçı ASC asında 21.01.2019-cu il tarixli, RBSB-6362 saylı zaminlik müqaviləsi bağlanılmışdır. 21.01.2019cu-ci il tarixli, RBSB-6362 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 112a ünvan yerləşən ümumi sahəsi 204.0 kv.m mərtəbəliyi 2, yaşayış otaqlarının sayı 4, yaşayış sahəsi 64.0 kv.m, yardımçı sahəsi 140.0 kv.m olan bağ evi İddiaçı ASC qarşısında 21.01.2019-cu il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpotekalar notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat vermiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə X1 (borc alan) arasında 21.01.2019-cu il tarixli RB/SB-6362 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə illik 20 faiz olmaqla 60000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında 21.01.2019-cu il tarixli RB/SB-6362 saylı zaminlik müqaviləsi də bağlanılmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. 26.01.2021-ci il tarixli, 9/5974 saylı ekspert rəyinə əsasən Cavabdeh1 – borc alanın banka 07.10.2020-ci il tarixə 47051,49 manat əsas borcu, 4384,78 manat faiz borcu, 20.09.2020-ci il tarixə (ekspert rəyi verilən tarixə) 47051,49 əsas borc, 7234,01 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış 21.10.2019-cu il tarixli, RBSB-6362 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında cərimənin necə hesablandığı dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə hesablanmamışdır. Lakin ekspert rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı tərəfindən bir neçə dəfə iddia tələbinin həcminin artırılmasına dair ərizələr verilmiş, hazırda iddiaçı cavabdehdən 29.04.2021-ci il tarixə 44920,36 manat əsas borc, 10842,34 manat faiz borcu, 12000 manat cərimə borcuna görə tələb etmişdir. İş materiallarında olan 29.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 21.01.2019-cu il tarixli müqavilə üzrə 44920,36 manat əsas, 10842,34 manat faiz, 12000 manat cərimə, cəmi 67762,7 manat borcu vardır. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Eyni zamanda digər cavabdeh Aslanov Babək Aslan oğlu da zaminlik müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliklərə görə borclu Cavabdeh1 ilə eyni məsuliyyəti daşıyır. Beləliklə, iddiaçı cavabdehlərdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlər isə müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdehlər öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPMnin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi 44920.36 manat əsas borc və 10842.34 manat faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və yüksək məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 12000 manat məbləğində deyil, 3000 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış 21 yanvar 2019-cu il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m 2 mərtəbəli 64 kv.m yaşayış sahəsi, 140 kv.m yardımçı sahəsi olan bağ evi ipoteka ilə yüklü edilmişdir. MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdehlər əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. 12.03.2021-ci il tarixli Legal Prime MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağ evi 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m 2 mərtəbəli 64 kv.m yaşayış sahəsi, 140 kv.m yardımçı sahəsi olan bağ evinin hazırki bazar dəyəri 172000, likvid dəyəri 151000 manat təşkil edir. Cavabdeh tərəf ipoteka predmetinin dəyərini mübahisələndirməmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31 manat xərcin cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, 08.02.2021-ci il tarixli, 9/5975 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatlarının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 44920,36 manat əsas borc, 10842,34 manat faiz borcu, cərimə borcuna görə 3000 manat, ümumilikdə cəmi 58762,70 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m olan bağ evinə yönəldilərək açıq hərracda satılmalı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m olan bağ evinin ilkin satış qiyməti 151000 (yüz əlli bir min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m olan bağ evinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilməli, ipoteka predmeti olan daşınmaz əmlak satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 44920,36 (qırx dörd min doqquz yüz iyirmi manat otuz altı qəpik) manat əsas borc, 10842,34 (on min səkkiz yüz qırx iki manat otuz dörd qəpik) manat faiz borcu, cərimə borcuna görə 3000 (üç min) manat, ümumilikdə cəmi 58762,70 (əlli səkkiz min yeddi yüz altmış iki manat yetmiş qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsumun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m olan bağ evinə yönəldilərək açıq hərracda satılsın. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m olan bağ evinin ilkin satış qiyməti 151000 (yüz əlli bir min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 112a ünvanında yerləşən ümumi sahəsi 204 kv.m olan bağ evinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilsin. İpoteka predmeti olan daşınmaz əmlak satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-401/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-401/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver