Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4018/2020 14.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Ərizəçi Əbdül qızının iştirakı ilə Ərizəçi Əbdül qızının Maraqlı şəxs qismində cəlb etdiyi “doğum haqqında akt qeydinin bərpa edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Əbdül qızı Maraqlı şəxs qismində cəlb etdiyi “doğum haqqında akt qeydinin bərpa edilməsi barədə” ərizə, daha sonra dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək bacısı X2 xx xxxxxx 1939-cu il tarixdə Xızı rayonu Biləsən kəndində doğulması, ata qrafasında X11, ana qrafasında X7 yazılmaqla, doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Əbdül qızı ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, bacısı X6xx.xx.1939-cu il tarixdə Xızı rayonu Biləsən kəndində anadan olmuş və xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.Atası X8r, anası isə X5r. Vərəsəliklə bağlı lazımi sənədlər toplanmış, lakin bacısının doğum haqqında şəhadətnaməsini əldə etmək üçün müvafiq dövlət orqanlarına müraciət etsə də, əldə edə bilməmişdir.Maraqlı şəxs 63/09/013 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən X2 doğumu haqqında akt qeydi şöbənin arxivində aşkar olunmamışdır.Göstərilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq da Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki,X6 onun anası olub, lakin xəstəlikdən əziyyət çəkidyi üçün Rəhmətə getmişdir. Xızırayonunda anadan olmuşdur, Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşamışdır. Atası X11, anası isə X7 olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki,X6 onun bacısıdır. Xızı rayonunda anadan olmuşdur, lakin Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşamışdır. Mərhumun 5 uşağı vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki,X6 onun xalası olub, 1939-cu ilin fevral ayında, Xızı rayonunda anadan olmuşdur. Lakin Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşamışdır. Atası X11, anası isə X7 olub. Mərhumun 5 uşağı olub. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki,X9 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-479/69 saylı məktubundan müəyyən olunur ki, X3 doğumu haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə müraciətə baxılmış, Xızı rayonunun X10 qeydə alınmış vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dair sənədlər xidmətin arxivində 1940-cı ildən saxlanıldığından xahişin təmin edilməsi mümkün olmamışdır. Göstərilənlərlə əlaqədar F.Nəcəfovanın doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə yaşadığı ərazinin qeydiyyat şöbəsinə, akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmazsa, məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 63/09/013 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, X2 doğumu haqqında akt qeydi şöbənin arxivində aşkar olunmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizətəmin olunmalıdır. Belə ki, ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün şöbəyə müraciət etmiş, lakin qeydiyyat şöbəsi doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsini zəruri edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən ərizə təmin edilməli, X2 doğum haqqında akt qeydində xx xxxxxx 1939-cu il tarixdə Xızı rayonu Biləsən kəndində doğulması, doğum akt qeydinin ata qrafasında X11, ana qrafasında X7 yazılmaqla, doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.2-cimaddəsinə görəAzərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə görə isə itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. X2 doğum haqqında akt qeydi bərpa edilsin. X2 doğum haqqında akt qeydində xx xxxxxx 1939-cu il tarixdə Xızı rayonu Biləsən kəndində doğulması, doğum akt qeydinin ata qrafasında X11, ana qrafasında X7 yazılmaqla, doğum akt qeydi bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4018/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4018/2020
14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver