Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4019/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxx 2020-ci il tarixli 312/K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməklə əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirir ki, Cavabdeh xx xxx 2010-cu il tarixli 28/K saylı Əmri ilə Bakı şəhərində “Atatürk” prospektində yerləşən mağazasında pərakəndə satış üzrə satıcı vəzifəsinə qəbul edilmişdir. xx xxxxxxxx 2015-ci ildə cavabdehin 726/k nömrəli əmri ilə Pərakəndə satış direktorluğunun Qara Qarayevdə yerləşən mağazasına satıcı işinə keçirilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehin 102/U nömrəli əmri ilə Bakı şəhəri Qara Qarayevdə yerləşən “Madeyra Brendi“ mağazasına satıcı işinə keçirilmişdir. Həmin iş sahəsində cavabdeh tərəfindən qeyriqanuni, əsassız, əmrin verildiyi günədək, yəni ki, xx.xx.2020-ci il tarixədək satıcı vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı 100 manat olmuşdur. xx xxxxxx 2019-cu ıl tarixdən isə tərəflərin razılaşması ilə əmək müqaviləsinə əlavə edilmiş və əmək haqqı 260 manat təyin edilmişdir. Əmək müqaviləsini və əmək müqaviləsinə əlavəni imzalasa da, bir nüsxəsi ona təqdim edilməmişdir, müqaviləyə xitam verilənədək buna ehtiyac duyulmamışdır. İşlədiyi müddət ərzində nümunəvi işçı kimi tanınmış və peşə vəzifəsi göstəricilərinə uyğun olaraq 2019-cu ilin nəticələrinə görə “ilin aktiv mağaza əməkdaşı” nominasiyası üzrə cavabdeh tərəfindən ona təşəkkürnamə verilmişdir. İşlədiyi müddət ərzində əmək intizamına riayət etmiş, əmək müqaviləsi üzrə əmək funksiyalarını, öhdəliklərini yerinə yetirmişdir. Əmək funksiyalarını yerinə yetirməyinə baxmayaraq, onunla cavabdeh arasında son zamanlar yaranmış münasibətlər, qanunsuz əmrin verilməsi ilə nəticələnmişdir. Belə ki, bütün dünyada, o cümlədən, ölkəmizdə COVİD-19 pandemiyası ilə əlaqədar iş yerlərində işçilərin tam şəkildə işləməməsi, əmək haqqının verilməsində problemlərin yaranması, süni şəkildə narazılıqların yaradılması, uzun müddət işləməyinə baxmayaraq, işçilər arasında ayrıseçkiliyə yol verilməsi və nəhayət hamilə olması, işi davam etdirə bilməməyi kimi hallar cavabdeh tərəfindən barəsində belə əmrin verilməsi ilə nəticələnmişdir Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirir ki, audit yoxlaması keçirilmişdir. İşçinin əmək qanunvericiliyinin tələblərini pozması ilə əlaqəli rəhbərlik təqdimat vermişdir. Pulun mənimsənilməsi halı olmuşdur. Hətta bu hal 1-2 dəfə təkrarlanışdır. İddiaçının bununla bağl izahatı alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, xx.xx.2020-ci il tarixli, 312 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən İddiaçı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə işçinin əmək vəzifələrini kobud şəkildə pozması və 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması səbəbilə tutduğu vəzifədən azad edilmişdir İş materiallarında olan Cavabdeh MMC ilə X3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 585 saylı əmək müqaviləsindən müəyyən edilir ki, X3 xx.xx.2010-cu il tarixdən Cavabdeh MMC-nin Nərimanov rayou, Atatürk PR, 37 A ünvanında yerləşən mağazada satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər 7 nömrəli doğum evi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 815458 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, İddiaçıq qızı doğuşdan qabaq və sonraki analıq məzuniyyətindən istifadə etməklə xx.xx.2020-ci il tarixdə işə başlamalıdır. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, işəgötürən iddiaçının işdən azad edilməsi barədə əmrdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə istinad etmişdir. Həmin maddəyə əsasən işçininin təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi zayan vurulmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya inzibati tənbeh tətbiq edilməsi barədə qərar olmadığı halda işəgötürənin Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verməsi qanunsuz olmuşdur. AR Əmək Məcələsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxx 2020-ci il tarixli 312/K nömrəli əmri ləğv olunaraq, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən işə bərpa olunan günədək hər ay müvafiq əmək haqqı və əmək qabiliyyətinin olmaması səbəbi ilə nəzərdə tutulmuş ödəniş ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxx 2020-ci il tarixli 312/K nömrəli əmr ləğv olunsun. İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən işə bərpa olunan günədək hər ay müvafiq əmək haqqı və əmək qabiliyyətinin olmaması səbəbi ilə nəzərdə tutulmuş ödəniş ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4019/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4019/2020
07.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver