Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4026/2020 20.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı “TBC X8 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “TBC X8 Kredit Təşkilatı” MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra ödənişinin geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “TBC X8 Kredit Təşkilatı” MMC cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra ödənişinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatında olan 2(103)-7706/16 saylı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin verdiyi icra vərəqəsi üzrə borclu X2 tələbkar “xxxx” MMC-nin xeyrinə 94206,16 ABŞ dolları əsas borc, 44 886,63 ABŞ dolları faiz borcu və 3000 ABŞ dolları dəbbə borcu, cəmi 142092,79 ABŞ dollarının məcburi qaydada alınması, borcluya məxsux Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzilin ilkin satış qiymətinin 130000 manat və eyni ünvanda 3 otaqlı 34 nömrəli mənzilin ilkin satış qiymətinin 135000 manat müəyyən edilməklə açıq hərracdan satılması müəyyən edilmişdir. İcra vərəqəsi, hərrac keçirilməsi üçün “X1” MMC-yə göndərilmiş, hərracda iştirakçı olmadığına görə xx xxxxxx 2018-ci il tarixli, 361 nömrəli məktubla ipoteka predmetləri tələbkara təklif edilmiş və tələbkar xx xxxxxx 2018-ci il tarixli 325 nömrəli məktubu ilə ipoteka predmetlərini balansına qəbul edəcəyi barədə öhdəlik qəbul etmiş və hər iki mənzilin hərracda satılması üzrə bütün xərcləri, yəni xx.xx.2018-ci il tarixdə hər iki mənzil üçün cəmi 8446,88 manat xidmət haqqı ödəmişdir. Tələbkarın razılığı ilə Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 468-469-cu məhəll 21 nömrəli binada ümumi sahəsi 97,8 kv.m olan 3 otaqlı 34 nömrəli mənzili xx xxxx 2018-ci il tarixdə alqısatqı edilmiş, əldə edilən vəsait 119850 manat (70500 ABŞ dolları) tələbkara ödənilmiş və ipoteka predmeti girovdan azad edilmişdir. Məhkəmə qərarı ilə hərracdan satılmalı olan digər mənzil, yəni Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzil isə balansa keçirilməsi üçün hərrac protokollarının imzalanması tələb edilmiş, lakin icra məmuru qətnamənin izah edilməsi bəhanəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Tələbkarın razılığı ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada ümumi sahəsi 97.8 kv.m olan 3 otaqlı 34 nömrəli mənzili xx xxxx 2018-ci il tarixdə alqı-satqı edilmiş, əldə edilən vəsait 119850 manat (70500 ABŞ dolları) tələbkara ödənilmiş və ipoteka predmeti girovdan azad edilmişdir. Məhkəmə qərarı ilə hərracdan satılmalı olan digər mənzil, yəni Bakı şəhəri, Yasamal rayonu. Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzil isə balansa keçirilməsi üçün hərrac protokollarının imzalanması tələb edilmiş, lakin icra məmuru qətnamənin edilməsi bəhanəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bundan sonra borclu Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzilin satılması hesabına borcun bir hissəsini ödəyəcəyini bildimiş və tələbkarın razılığı ilə mənzil satılmış, daha sonra isə ipoteka ilə yüklülükdən azad edilmişdir. Beləliklə, X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 və 3 otaqlı 34 nömrəli mənzilləri hərracda satılmadığına görə hərracın nəticələrinə dair protokol icra məmura tərəfindən imzalanmamış və ipotekasaxlayan tərəfindən balansa qəbul edilməmişdir. Göründüyü kimi hərracın keçirilməsi baş tutmamış, ipoteka predmetləri tələbkar-iddiaçı tərəfindən balansa götürülməmişdir. Buna görə də, xx.xx.2019-cu il tarixdə ödənilmiş 5801.25 manat icra ödənişinin geri qaytarılması tələbi qanuni və əsaslıdır. İddiaçı xx xxxx 2020-ci il tarixdə cavabdehə müraciət edərək icra ödənişinin geri qaytarılmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən vəasit qaytarılmamışdır. Göstərilənlərə əsasən cavabdeh Bakı şəhəri Cavabdehndən 5801.25 manat icra ödənişinin alınaraq “xxxx” MMC-yə qaytarılması və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “TBC X8 Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh, üçüncü şəxslər X7 və “X1” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş və eyni zamanda məhkəmə tərəfindən bildiriş üçüncü şəxs X4 qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdeh və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraatında olan 2(103)-7706/16 saylı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin verdiyi icra vərəqəsi üzrə borclu X2 tələbkar “xxxx” MMCnin xeyrinə 94206.16 ABŞ dolları əsas borc, 44886.63 ABŞ dolları faiz borcu və 3000 ABŞ dolları dəbbə borcu, cəmi 142092.79 ABŞ dolları məcburi qaydada alınması, borcluya məxsus Bakı şəh, Yasamal rayonu, Ə. Haqverdiyev küç, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzilin ilkin satış qiymətinin 130000 manat və eyni ünvanda 3 otaqlı 34 nömrəli mənzilin ilkin satış qiymətinin 135000 manat müəyyən edilməklə açıq hərracdan satılması müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən icra vərəqəsi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqənda qərar qəbul edilmiş, icra vərəqəsi, hərrac keçirilməsi üçün “X1” MMCyə göndərilmiş, hərracda iştirakçı olmadığına görə xx xxxxxx 2018-ci il tarixli 361 nömrəli məktubla ipoteka predmetləri tələbkara təklif edilmiş və tələbkar xx xxxxxx 2018-ci il tarixli 325 nömrəli məktubu ilə ipoteka predmetlərini balansına qəbul edəcəyi barədə öhdəlik qəbul etmiş və hər iki mənzilin hərracda satılması üzrə bütün xərcləri, yəni xx.xx.2018-ci il tarixdə hər iki mənzil üçün cəmi 8446.88 manat ödəmişdir. Tələbkarın razılığı ilə Bakı şəh, Yasamal rayonu, Ə. Haqverdiyev küç, 468-469-cu məhəllə, 21 nömrəli binada ümumi sahəsi 97.8 kv.m olan 3 otaqlı 34 nömrəli mənzili xx xxxx 2018-ci il tarixdə alqı-satqı edilmiş, əldə edilən vəsait 119850 manat (70500 ABŞ dolları) tələbkara ödənilmiş və ipoteka predmeti girovdan azad edilmişdir. Məhkəmə qərarı ilə hərracdan satılmalı olan digər mənzilin balansa qəbul edilməsi üçün xx.xx.2019-cu il tarixdə Cavabdeh hesabına 5801.25 manat icra ödənişi köçürülmüş və Bakı şəh, Yasamal rayonu, Ə.Haqverdiyev küç, 468- 469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzilin iddiaçının balansına keçirilməsi üçün hərrac protokollarının imzalanması tələb edilmiş, lakin icra məmuru protokollarının imzalanmasından imtina edərək, qətnamənin izah edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bundan sonra borclu Bakı şəh, Yasamal rayonu, Ə.Haqverdiyev küç, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 nömrəli mənzilin satılması hesabına borcun bir hissəsini ödəyəcəyini bildirmiş və tələbkarın razılığı ilə mənzil satılmış, daha sonra isə ipoteka ilə yüklülükdən azad edilmişdir. Beləliklə, X5 məxsus Bakı şəh, Yasamal rayonu, Ə.Haqverdiyev küç, 468-469-cu məhəllə, 21 nömrəli binada 3 otaqlı 33 və 3 otaqlı 34 nömrəli mənzilləri hərracda satılmadığına görə hərracın nəticələrinə dair protokol icra məmuru tərəfindən imzalanmadığından ipotekasaxlayan tərəfindən balansa qəbul edilməmiş və tələbkarın razılığı ilə borclu tərəfindn hərracdan kənar satılaraq borc ödənilmişdir. Daha sonra isə tələbkarın ərizəsi əsasında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən xx.xx.2020-ci il tarixdə icra olunmadan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə rərar qəbul edilmişdir. İş materialları ilə eyni zamanda o da, müəyyən edilmişdir ki, “xxxx” BOKT MMC tərəfindən Bakı şəhəri Cavabdehnə xx.xx.2020-ci il tarixli, 504/HO-out saylı ərizə ünvanlanaraq borc məbləğinin 7%-i həcmində ödənilmiş 5801.25 manat məbləğində icra ödənişinin geri qaytarılmasını xahiş etsə də, cavabdeh tərəfindən MMC-nin müraciətinə hər hansı bir münasibət bildirilməmişdir. “İcra haqqında” haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” haqqında Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri hesab olunur. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Qeyd edilən Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Sözügedən Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə borcludan tutulmalı olan pul məbləğinin 7 faizi həcmində icra ödənişinin tutulması nəzərdə tutulmuşdür. Lakin hazırki işin hallarından məlum olur ki, icra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7706/2016 saylı icra sənədi üzrə borclu olan tərəfdən deyil, tələbkar tərəfdən, yəni “xxxx” BOKT MMC-dən tutulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” BOKT MMC-nin hesabından Dövlət Xəzinədarlıq Agentliyinin hesabına 5801.25 manat məbləğində pul köçürülmüşdür. Eyni zamanda məhkəmə bildirir ki, məcburi icra ödənişinin iddiaçıdan tutulmasına baxmayaraq bununla bağlı icra şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış hər hansı bir sənəd təqdim edilməmişdir. Bundan başqa işin halları ilə o da, müəyyən edilmişdir ki, tələbkarın ərizəsinə əsasən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən xx.xx.2020-ci il tarixdə icra olunmadan icra sənədinin məhkəməyə və digər orqana qaytarılması barədə rərar qəbul edilməklə, müvafiq icra sənədi Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə, belə olan halda, yəni icra məmuru tərəfindən icra sənədinin icra olunmadan məhkəməyə və digər orqana qaytarılması barədə qərar qəbul edildiyi halda, “İcra haqqında” haqqında Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən borcludan tutulmalı olan pul məbləğinin 7 faizi həcmində icra ödənişinin tələbkardan tələb olunması və tələbkar tərəfindən ödənilməsini əsasız sayır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yəni, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçı “TBC X8 Kredit Təşkilatı” MMC-nin xeyrinə 5801 (beş min səkkiz yüz bir) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçı “TBC X8 Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçı “TBC X8 Kredit Təşkilatı” MMC-nin xeyrinə 5801 (beş min səkkiz yüz bir) manat 25 (iyirmi beş) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçı “TBC X8 Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulsun Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4026/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4026/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver