Məhkəmə qərarları › İş №2(004)-404/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-404/2021

09.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-404/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin orderinin etibarsız hesab edilməsi, order əsasında verilmiş qeydiyyat vəsiqəsinin və qeydiyyat vəsiqəsi əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin orderinin etibarsız hesab edilməsi, order əsasında verilmiş qeydiyyat vəsiqəsinin və qeydiyyat vəsiqəsi əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzilinə dair Cavabdeh adına verilmiş xx.xx.1993-cü il tarixli 017372 nömrəli orderin, həmin order əsasında mənzilin özəlləşdirilməklə xx.xx.1994-cü il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçməsinə dair qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Şuşa şəhəri 1992-ci ildə işğal olunandan sonra Bakı şəhərinə gəlmişdir. Məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 67 nömrəli mənzilində məskunlaşmış və hazırkı vaxta kimi orada yaşayırlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X1 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Ələt qəsəbəsi 1537-ci keçid 2 nömrəli evin sahəsi 17,82 kv.m olan bir otaqlı 49 nömrəli mənzilinə köçürülməsi şərti ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin yaşayış sahəsi 46,73 kv.m olan 3 otaqlı 68 nömrəli mənzilində çıxarılması qət edilmişdir. O, X1 ailə üzvüdür. Sonradan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 67 nömrəli mənzilinin nömrəsinin 68 olması barədə qərardad çıxarılmışdır. Hesab edir ki, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzilinə dair xx.xx.1993-cü il tarixdə Cavabdeh adına 017372 nömrəli order verilərkən və həmin order əsasında mənzil xx.xx.1994-cü il tarixdə Cavabdeh adına özəlləşdirilərkən qanqunvericiliyin tələbləri pozulmuşdur. Çünki, order yalnız boş olan mənzilə verilə bilərdi. Bu səbəbdən hesab edir ki, Cavabdeh adına order və qeydiyyat vəsiqəsi qanunsuz verilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi - inzibati orqan olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzilinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh adına verilmiş xx.xx.1993-cü il tarixli 017372 nömrəli orderin etibarsız hesab edilməsi, xx.xx.1993-cü il tarixli 017372 nömrəli order və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 066/30 nömrəli sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzilinin Cavabdeh adına DƏDRX tərəfindən özəlləşdirilərək ilkin qeydiyyata alınması və bunun əsasında verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbindən ibarət olan inzibati tələb olduğuna və bu tələbi inzibati məhkəmə tərəfindən baxılmalı olduğuna görə, Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, işdə olan sənədlərdən və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏMDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin 22.010.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993cü il tarixli sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzilinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh adına xx.xx.1993-cü il tarixli 017372 nömrəli order verilmişdir. xx.xx.1993-cü il tarixli 017372 nömrəli order və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 066/30 nömrəli sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzili Cavabdeh adına DƏDRX tərəfindən özəlləşdirilmiş, ilkin qeydiyyata alınmış və bunun əsasında xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzili hazırda da Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 67 nömrəli mənzilinin qeydiyyatdan keçməsinə dair İdarənin arxivində məlumat aşkar edilməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X1 digər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Ələt qəsəbəsi 1537-ci keçid 2 nömrəli evin sahəsi 17,82 kv.m olan bir otaqlı 49 nömrəli mənzilinə köçürülməsi şərti ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin yaşayış sahəsi 46,73 kv.m olan 3 otaqlı 68 nömrəli mənzilində çıxarılması qət edilmişdir. İnzibati orqan olan icra hakimiyyətinin sərəncamı əsasında verilmiş orderin etibarsız hesab edilməsi, həmin order və digər sərəncam əsasında digər inzibati orqanın verdiyi qeydiyyat vəsiqəsinin ləğv edilməsi inzibati tələb olmaqla, baxılması inzibati məhkəmənin səlahiyətinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci maddəsinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 7.1-ci bəndinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçıya izah edilir ki, inzibati orqan olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzilinə dair Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh adına verilmiş xx.xx.1993-cü il tarixli 017372 nömrəli orderin etibarsız hesab edilməsi, xx.xx.1993-cü il tarixli 017372 nömrəli order və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 066/30 nömrəli sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzilinin Cavabdeh adına DƏDRX tərəfindən özəlləşdirilərək ilkin qeydiyyata alınması və bunun əsasında verilmiş xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbləri üzrə, həmin inzibati aktları qəbul etmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin və özəlləşdirməni həyata keçirmiş DƏDRX-nə qarşı aidiyyəti üzrə səlahiyyətli inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 262.4, 262.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 9 nömrəli evin 68 nömrəli mənzilinə dair Cavabdeh adına verilmiş xx.xx.1993-cü il tarixli 017372 nömrəli orderin, həmin order əsasında mənzilin özəlləşdirilməklə xx.xx.1994-cü il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçməsinə dair qeydiyyat vəsiqəsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar