Məhkəmə qərarları › İş №2(004)-4048/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4048/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4048/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddaçı İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları xx xxxxxx 2009-cu il təvəllüdlü X10 və xx xxxx 2014-cü il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməyi və həmin yaşayış evinin 1 otağından və mətbəxindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, onunla X14 arasında xx xxxxxxx 2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat şöbəsində rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahdan xx xxxxxx 2009-cu il təvəllüdlü X10 və xx xxxx 2014-cü il təvəllüdlü X13 dünyaya gəlmişdir. 2013-cü ildən o, ailəsi ilə birlikdə sözügedən Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Bir həyətdə torpaq sahəsində 2 ev inşa olunmuşdur. Onlardan biri 3 mərtəbəli, digər o yaşadığı isə 2 otaqlı ümumi sahəsi 50 kv.m, çıxışı çölə olan fərdi yaşayış evidir. Daha sonra münasibətləri pozulmuş, cavabdehin ailə münasibətlərinə məsuliyyətsiz yanaşması nəticəsində aralarında olan nikah rəsmi qaydada pozulmuşdur. Nikahın pozulması ilə bağlı Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixli, 347 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Artıq uzun müddətdir ki, o, anası və qardaşı ilə birgə yaşayır. Dəfələrlə uzun müddət övladlarında birgə yaşadığı və pasport qeydiyyatında olduğu Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı fərdi yaşayış evinə köçərək yaşamaq istəsə də, keçmiş qayınatası müxtəlif bəhanələrlə buna mane olmuşdur. Belə ki, keçmiş həyat yoldaşının atası onu aldadaraq məhkəməyə müraciət etməməyini, özləri ona uşaqlarında birgə yaşamaq hüququ verəcəklərini bildirmişdir. O, onların vədlərinə inansa da, daha sonra evi satdıqları barədə xəbər tutmuşdur. Ev tam sənədsiz olmuşdur. Özünə məxsus cehiz, əşyaları, mebelləri də mübahisəli fərdi yaşayış evində olsa da, onun xəbəri olmadan keçmiş həyat yoldaşının atası tərəfindən əşyaları evdən çıxarılaraq başqa yerə aparılmışdır. Artıq neçə vaxtdır ki, iki övladı ilə birlikdə anası və qardaşının yanında qalmağa məcbur olmuşdur. Neçə müddətdir ki, bu halın düzələcəyinə və köçüb yaşadığı evə yenidən qayıdacağına ümid etsə də, bu hal düzəlməmiş və ona iki övladı ilə birlikdə həmin evə köçüb yaşamağıma imkan verilməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Xanağa qızının Yasamal rayonu, R.Tağıyev 28 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı əvvəllər mübahisəli əmlak üzrə eyni iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və buna dair Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018 tarixli qərardadı mövcuddur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarından 2 ilə yaxın vaxt keçdikdən sonra eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəməyə müraciət etmiş İddiaçı iddiası qanunsuzdur və qəbul edilə bilməz. O, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev, 28A mənzili 192.168.65.1 №-il xx xxx 2018-ci tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən X1 almış və evin dəyərini satıcıya tam ödəmişdir. Qeyd olunan müqavilə bağlandığı zaman evdə qeydiyyatda olan şəxslər, o cümlədən cavabdeh İddiaçı evin satılmasına etiraz etmədiklərinə dair notarial ərizə vermişlər. Eyni zamanda, o və iki övladı - 17 yaşlı Leyla və 11 yaşlı Ləman göstərilən ünvandakı evdə qeydiyyatdadır. Müqavilə bağlandıqdan sonra ev ona təhvil verilmişdir. Bu evi əsaslı təmir etdirmiş və bu təmirə 25000 manat pul xərcləmişdir. Buna baxmayaraq cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh göstərilən ünvandakı evdə yaşamasa da, habelə 2 dəfə həmin evin satışına notarial qaydada razılıq versə də, formal olaraq orada qeydiyyatda qalmışdır. Cavabdeh iş üzrə mübahisəli evdən istifadə etmək hüququnu itirmişdir. Həmçinin onda olan məlumata görə, İddiaçı əvvəlki iddiası üzrə Yasamal Rayon Məhkəməsində işə baxılarkən 30000 manat məbləğində pulu həmin işdə cavabdehlər olmuş X6 və X2 almış, bunun müqabilində məhkəməyə iddiadan imtina etdiyinə və mülki iş üzrə icraata xitam verilməsinə dair ərizə vermişdir. İddiaçı üçün Xırdalan şəhərində 28-ci küçədə yerləşən 4 saylı evdə tikintisi başa çatmaq üzrə olan binada ilkin ödəniş kimi 14000 manat ödənilməklə 46 kv.metrlik mənzil də alınıb. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, İddiaçı hazırki iddiası əsassız varlanma məqsədi daşıyır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, o, ilkin iddia ərizəsini müdafiə edir, qarşılıqlı iddia ərizəsini qəbul etmir. Belə ki, iddiaçı X14 ilə xx xxxxxxx 2008-ci ildə rəsmi nikaha daxil olmuş və Bakı Şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Onların uşaqları da həmin evdə dünyaya gəlmiş və yaşamışdırlar. Tərəflər arasında nikah xx xxxx 2019-cu il tarixdə pozulmuşdur. Həsənov Hacı və onun ailəsi iddiaçıya evin satıldıqdan sonra əldə olunan pul ilə hər ikisinə ayrılıqda ev alacaqlarına söz verərək, evin satılmasına razılıq verməsini tələb etmiş, lakin iddiaçı imtina etmişdir. Bir torpaq sahəsində iki ev inşa olunmuşdur. Həmin ev özbaşına tikintidir. Onlardan biri üç mərtəbəli, digəri isə iddiaçının yaşadığı iki otaqlı ümumi sahəsi 50 kvadratmetr olan fərdi yaşayış evidir. İddiaçı sahəsi kiçik olan evə köçülməsini istəyir. İddiaçı qeyd olunan evdə qeydiyyatdadır və başqa yaşayış yeri yoxdur. Həsənov Hacı iddiaçını evlə təmin edəcəyini bildirsə də, müxtəlif bəhanələrlə bunu təmin etməmiş və ev də satılmışdır. İddiaçı isə iki uşağı ilə birlikdə anasının yanında qalır. İddiaçı evin satılmasına razılıq verməmişdir. X24 iddiaçını evlə təmin edəcəyinə inandıraraq notariusda müvafiq sənədlərə imza atdırmış, iddiaçı növbəti gün həmin razılıq ərizəsini ləğv etdirmişdir. Onlarda olan məlumata əsasən, iddiaçı razılıq ərizəsini ləğv etdirənə kimi evə dair alqı-satqı müqaviləsi bağlanmamışdır. Odur ki, o, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı ev satılarkən birinci dəfə satılmasına razılıq vermiş və bundan bir müddət sonra ərizədən imtina etmişdir. İkinci dəfə ona Xırdalan şəhərində yeni tikilidən mənzil alınandan sonra o, evin satışına razılıq barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir, həmçinin hazırki iddia tələbi ilə eyni olan iddia tələbindən imtina etmiş, məhkəmənin qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı bir neçə ildir ki, qeyd olunan mənzildə yaşamır və həmin evə gəlin köçərkən ev qayınatasına məxsus olmuşdur. Həmin evdə tək iddiaçı və onun həyat yoldaşı deyil başqa şəxslər də yaşamışdır. Bundan əlavə iddiaçı birinci dəfə razılıq ərizəsi verdikdən dərhal sonra deyil, 20 gün sonra ərizəsindən imtina etmişdir. İkinci dəfə qayınatası ona Xırdalan şəhərində mənzil aldıqdan sonra o, evin satışına razılıq barədə notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Qaynatası mənzili İddiaçının adına almaq istəmiş, lakin mənzil kreditlə alındığı üçün MTK tərəfindən onun dövlət qulluqçusu olması tələb olunmuş, ona görə də mənzil iddiaçının anasının adına alınmışdır. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X14 ilə İddiaçı arasında bağlanmış nikah xx xxxx 2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İlkin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı mənzil X12 tərəfindən Cavabdeh 90000 manata satılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı mənzilin satılmasına etiraz etməmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-6289/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X7, X3, X4, X8, X5, X9 və X11 qarşı “mənzilə köçürülməyə dair” mülki işin icraatına iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı mənzil X12 tərəfindən Cavabdeh 90000 manata satılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı mənzilin satılmasına etiraz etməmişdir. Həmçinin iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)- 6289/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X7, X3, X4, X8, X5, X9 və X11 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra isə iddia ərizəsindən imtina etdiyindən icraata xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə ki, iddiaçının müvafiq evdə yaşaması üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin iddiaçı tərəfindən satılmasına razılıq verildiyindən, həmçinin iddiaçının həmin mənzildən istifadə hüququnun yaranması üçün hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda ilkin iddia ərizəsi üzrə iddaçı İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, övladları xx xxxxxx 2009-cu il təvəllüdlü X10 və xx xxxx 2014-cü il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı 2 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməyi və həmin yaşayış evinin 1 otağından və mətbəxindən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə hesab edir ki, qarşılıqlı iddia ərizəsi də təmin edilməməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli İlkin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı mənzil X12 tərəfindən Cavabdeh satılsa belə, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ona çıxarış verilməmişdir və onun mülkiyyətçi olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar