Məhkəmə qərarları › İş №2(004)-4049/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4049/2020

28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4049/2020 28.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayənsəi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmək və X2 Nazirliyi yanında Dövlət X3rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Əmək və X2 Nazirliyi yanında Dövlət X3rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə, saat 09:45-ə təyin edilmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizəsinin baxılmamış saxlanılmasını, ərizəni və əlavə edilmiş sənədlərin ona qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayənsəi X4 ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsini geri götürdüyünə, maraqlı şəxs isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə məhkəmə ərizəni baxılmamış saxlamalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Əmək və X2 Nazirliyi yanında Dövlət X3rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair 2(004)-4049/2020 nömrəli mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar