Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4065/2023 27.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və "xxxx" ASC-nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X2 və "xxxx" QSC cəlb edilməklə "müqavilə öhdəliklərinin icrası və s." tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və "xxxx" ASC-nə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X2 və "xxxx" QSC cəlb edilməklə "müqavilə öhdəliklərinin icrası və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1 saylı blokun 11-ci mərtəbəsində ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzili və binanın altında 1 avtomobil üçün qaraja sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin və qarajın naturada təhvil verilməsi və həmin mənzildə təmir işlərinin aparılması üçün şəraitin yaradılması, maneəsiz istifadənin məhjdudlaşdırılmasına son qoyulmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 mart 2010-cu il tarixində onunla Cavabdeh1 MTK arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, L. Tolstoy, Zərgərpalan, S. Tağızadə və M. Muxtarov küçələrinin kəsişməsində yerləşən binanın 11-ci mərtəbəsində, 50 nömrəli, 115 kv.m olan 2 otaqlı mənzili müqavilədə göstərilmiş məbləği tam ödəməyi və mənzili qəbul etməyi iddiaçı öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə dəyəri 55 200 manat olan mənzilin ödənişini tam həyata keçirmişdir. Bununla bağlı, 10 mart 2010-cu il tarixində Cavabdeh1 MTK tərəfindən maliyyə arayışı təqdim olunmuşdur. Bundan başqa 15 noyabr 2014-cü il tarixdə Cavabdeh1 MTK-dan 1 avtomobil üçün qaraj almış və bunun üçün 25 000 manat ödəmişdir. Bunu Cavabdeh1 MTK-nın sədri öz imzası və möhürü ilə təstiq etmişdir. Sonradan Cavabdeh1 MTK-nın rəhbəri barəsində cinayət işi açıldığından Bakı şəhəri, L. Tolstoy, Zərgərpalan, S. Tağızadə və M. Muxtarov küçələrinin kəsişməsində yerləşən bina "xxxx" ASC-nin tabeçiliyinə verilmişdir. Müqavilənin şərtlərinə əsasən tikinti işləri başa çatdıqdan sonra payçı mənzili tam təhvil almalıdır. Lakin, buna baxmayaraq mənzilin təhvil-təslim prosesi cavabdehlər tərəfindən həyata keçirilmir. Həmin yaşayış sahəsindəki digər mənzillər təmir olunub təhvil verildiyi halda iddiaçının mənzili və qarajı hələ də təhvil verilməmişdir. Hazırda həmin bina tam tikilib qurtarmış və sakinlər yaşayırlar, buna baxmayaraq yuxarıda qeyd olunan məsələlər öz həllini tapsa da, cavabdehlər tərəfindən mənzilə istifadə və sahiblik hüquqlarım bərpa edilmir, mənzil iddiaçıya verilmir, eləcə də mənzilin təmiri ilə bağlı şərait yaradılmır. Bu səbəbdən Bakı şəhəri, L. Tolstoy, Zərgərpalan, S. Tağızadə və M. Muxtarov küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa olunmuş yaşayış binasının 1 saylı blokun 11-ci mərtəbəsində, ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzili və binanın altında 1 avtomobil üçün qaraja sahiblik, istifadə hüquqlarının bərpa edilməsi, mənzilin və qarajın naturada iddiaçıya təhvil verilməsi və həmin mənzildə təmir işlərinin aparılması üçün şəraitin yaradılması, maneəsiz istifadənin məhdudlaşdırılmasına son qoyulmasına cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində məhkəməyə cavabdeh "xxxx" ASC tərəfindən etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin Cavabdeh1 MTK-nm problemli borcu üzrə tələb hüququ "xxxx" QSC-yə təhvil verilmişdir. Sözügedən Fərmanla tələb hüququnun "xxxx" QSC-yə keçdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 mart 2017-ci il tarixli 2-2(81 )-100/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin tələbi təmin edilmiş, Cavabdeh1 MTK-dan 31892.827,51 manat və 6.510.672,99 ABŞ dolları kredit borcunun və məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6.943 kv.m olan mənzillər, ümumi sahəsi 2.780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, sonuncunun həmin əmlaklar üzərində hüquqlarına xitam verilməsi və iddiaçının bu əmlaklar üzərində hüquqlarının tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın iddiaçının mülkiyyətinə təhvil verilməsi öhdəliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin üzərinə iddiaçının göstərilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin yuxarıda qeyd edilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20.728.800 manat dəyəri çıxdıqdan sonra, borcun 21.647.513,16 manat məbləğində hissəsinin cavabdehin digər əmlaklarına yönəldilməsi və həmin əmlakların hesabına borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamənin icrası çərçivəsində hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrinin 31 may 2018-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252- ci məhəllədə 0,346904 ha torpaq sahəsində olan çoxmərtəbəli yaşayış binası "xxxx" QSC-nin xüsusi mülkiyyətinə verilmişdir. Bundan sonra, "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının icrası ilə bağlı Cavabdeh1 MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC-nin mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair 16 sentyabr 2019-cu il tarixli razılaşmaya, eləcə də bu Fərmanın icrası çərçivəsində ASK” ASC-nin və "xxxx" QSC-nin nümayəndələrindən ibarət yaradılmış Təhvil-Təslim Komissiyasının 18 sentyabr 2019-cu il tarixli 23 nömrəli protokoluna əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0.346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən ümumi sahəsi 6.713 kv.m. olan, satılmamış 58 ədəd mənzil, 55 ədəd qaraj, 2.740 kv.m. ticarət zalları (qeyriyaşayış) müvafiq qaydada "xxxx" ASC-nin balansına verilmişdir Etirazdan (işin faktiki hallarına dair) və başlıca olaraq ona əlavə edilən təsdiqedici sənədlərdən (sübutlar) görünür ki, sözügedən dövlət əmlakının (mənzil və qaraj sahələri daxil olmaqla) "xxxx" ASC-nin mülkiyyətinə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və bu mübahisə doğurmayan faktdır. İddiaçı tərəfindən irəli sürülmüş iddianın Cavabdeh1 MTKya tikinti üçün material pulu əvəzinə verdiyi 25.000 (iyirmi beş min) manat vəsaitin əvəzinə qarajın ona verilməsi tələbinə dair hissəsi ilə razılaşmırlar. Belə ki, iddia ərizəsinə əlavə edilən 15 dekabr 2014-cü il tarixli müvafiq ərizəsinə əsasən iddiaçının heç bir hüquqi əsas olmadan yalnız Cavabdeh1 MTK-nın sədrinin müraciəti əsasında qarajın ona verilməsinə razılıq verilməsi mübahisə yaradan mühüm məqamlardan biridir. Tələbin həmin hissəsi ilə bağlı qeyd edirik ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırıimasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında bildirmişdir ki, sözgedən mənzil ilk olaraq Elvin Bağırova satılmış, sonradan o evini iddiaçıya satmışdır. Sənədləşdirmənin həyata keçirilməsi üçün X2 tərəfindən mənzildən imtina barədə ərizə verilmiş və iddiaçı ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında müqavilə bağlanılmışdır. Sözügedən mənzil iddiaçıya məxsusdur. Cavabdehlər tərəfindən təhvil verilməlidir. Əslində həmin mənzil satılmış mənzillərə aiddir, cavabdeh "xxxx" ASC-yə isə satılmamış mənzillər təhvil verilmişdir. Hər bir halda hər iki cavabdeh tərəfindən mənzil iddiaçıya təhvil verilməlidir. Qaraj barədə isə qeyd edir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 25000 manat borcu var idi və həmin borcun əvəzləşdirilməsi üçün iddiaçıya qaraj təhvil verilmiş və qarajın ona verilməsi razılaşdırılmışdır. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, hansı kv.m ölçüdə, hansı nömrəli qarajın verilməsi bildirilməmişdir. Qaraja görə pul ödənilməmişdir, müqavilə və maliyyə arayışı verilməmişdir. Cavabdeh "xxxx" ASC-yə və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və "xxxx" QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdeh "xxxx" ASC-yə və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi (sifarişçi) ilə X2 (payçı) arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən sifarişçi müqavilədə sadalanan tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun qüsursuz və Dövlət-Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə yerinə yetirməyi və payçı 112 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinin hər kvadrat metri üçün 480 manat olmaqla, cəmi 53760 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1 saylı blokun 11-ci mərtəbəsində ümumi sahəsi 112 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilin tam dəyəri payçı X2 tərəfindən ödənilmişdir və onun Cavabdeh1 MTK -ya borcu yoxdur. İş materiallarında olan X2 tərəfindən verilmiş 10 mart 2010-cu il tarixli ərizədən görünür ki, Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11 mərtəbədə 2 otaqlı 50 saylı mənzilini İddiaçı razılaşma yolu ilə satdığı üçün onu payçılıqdan azad etməsini xahiş etmişdir. İş materiallarında olan X2 tərəfindən notarial qaydada verilmiş verilmiş 04 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11 mərtəbədə 2 otaqlı 50 saylı mənzilindən və payından imtina edir. Həmin mənzilin İddiaçı adına yeni müqavilə bağlanmaqla rəsmiləşdirilməsinə etiraz etmir. Mənzildən imtina ilə bağlı Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı şikayəti və tələbi yoxdur. Ərizənin məzmunu ona məlum və iradəsinə uyğundur. İş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi (sifarişçi) ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən sifarişçi müqavilədə sadalanan tikinti-quraşdırma işlərini layihə-smeta sənədlərinə uyğun qüsursuz və Dövlət-Tikinti Komitəsi tərəfindən təsdiq edilmiş tikinti norma və qaydalarına uyğun yüksək keyfiyyətlə yerinə yetirməyi və payçı 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinin hər kvadrat metri üçün 480 manat olmaqla, cəmi 55200 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, L.Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yaşayış binasının 1 saylı blokun 11-ci mərtəbəsində ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilin tam dəyəri payçı İddiaçı tərəfindən ödənilmişdir və onun Cavabdeh1 MTK -ya borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzvü İddiaçı tərəfindən verilmiş 15 dekabr 2014-cü il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh1 MTK-nın tikintisi üçün material pulu olaraq verdiyim 25000 manat pulun əvəzində təklifi qəbul edərək, bir avtomobil yeri olaraq qaraj verilməsinə razıdır. Ərizədə “İddiaçı avtomobil dayanacağı üçün qaraj verilsin” qeydi aparılmış və Cavabdeh1 MTK-nın sədri A.S.Mədətov tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(81)- 100/2017 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının iddiası təmin edilmiş, Cavabdeh1 Mənzil Tikinti Kooperativindən 31.892.827,51 manat və 6.510.672,99 ABŞ dolları kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehin istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə, Zərgərpalan küçələrinin kəsişdiyi 252 saylı məhəllədə 0,5380 ha torpaq sahəsində yerləşən və cavabdehə məxsus olan binaya (ümumi sahəsi 6.943 kv.m olan mənzillər, ümumi sahəsi 2.780 kv.m olan qeyri-yaşayış sahəsi, 120 ədəd yeraltı dayanacaq) yönəldilməsi, Cavabdeh1 MTKnın yuxarıda qeyd edilən əmlaklar üzərində hüquqlarına xitam verilməsi və ‘Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində hüquqlarının tanınması, cavabdehin üzərinə qeyd edilən əmlakın "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə təhvil verilməsi öhdəliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, borc tələbinin yuxarıda göstərilən əmlakların "xxxx" MMC tərəfindən qiymətləndirilmiş cəmi 20.728.800 manat dəyəri çıxıldıqdan sonra, borcun 21.647.513,16 manat məbləğində qalan hissəsinin Cavabdeh1 MTK digər əmlaklarına yönəldilməsi və həmin əmlakların hesabına borcun tutularaq "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. İş materiallarında olan hüquqların qabaqcadan dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasına dair hüquqlar xx.xx.2018-ci il tarixdə dövlət reyestrində "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiya ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2017-ci il tarixli, 1704 nömrəli fərmanın icrası ilə bağlı Cavabdeh1 MTKnın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş əmlakların "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindən "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair xx.xx.2019-cu il tarixli razılaşma bağlanmış, Abidə” MTK-nın problemli aktivlərinin əvəzində məhkəmə qərarı ilə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarox, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsi, 252-ci məhəllədə istifadədə olan 0,346904 ha torpaq sahəsində olan yaşayış binasında yerləşən satılmamış 6713 m2 olan 58 ədəd mənzil, 55 ədəd qaraj, 2740 m2 ticarət zalları (qeyri-yaşayış) qiymətləndirici şirkət tərəfindən müəyyən edilmiş ümumi 13025000,00 manat dəyərindən kreditor və vergi borcları (razılaşmanın 2-ci və 3-cü bəndlərinə əsasən) çıxıldıqdan sonra xalis dəyərində "xxxx" QSC tərəfindən "xxxx" ASC-nin balansına verilmişdir. İş materiallarında olan "xxxx" QSC, Cavabdeh1 MTK və "xxxx" ASC arasında bağlanmış 16 sentyabr 2019-cu il tarixli razılaşmaya əsasən bina Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X2 bacanağının oğludur. Yaşadığı evi isə 2010-cu ildə Telman adlı şəxsə satmışdır. O, evin satılması zamanı iştirak etməmişdir, buna görə də prosesin necə olduğunu ətraflı bilmir. Evin kimə satılmasını isə ona Elvinin özü bildirmişdir. Həmin vaxt notariusa da bu məsələ ilə bağlı getmişlər. Hazırda bunu qeyd edə bilər ki, Elvinin həmin evə hər hansı iddiası yoxdur və ev Telman adlı şəxsə məxsusdur. Satış məbləği və s. barədə isə məlumatı yoxdur. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, mənzili X2 2010-cu il tarixdə satmışdır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 ilə Cavabdeh1 MTK Cavabdeh1 MTK ilə 06 yanvar 2009-cu il tarixdə Yasamal rayonu Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11-ci mərtəbədə 2 otaqlı 50 saylı mənzilin tikintisinə dair müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək 53760 manat məbləğində ödəniş etmişdir. MTK tərəfindən müqavilə üzrə borcun olmamasına dair maliyyə arayışı verilmişdir. Daha sonra İddiaçı Cavabdeh1 MTK ilə 10 mart 2010-cu il tarixdə mənzilin tikintisinə dair müqavilə bağlamış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək 55200 manat məbləğində ödəniş etmişdir. Cavabdeh1 MTK tərəfindən müqavilə üzrə borcun olmamasına dair maliyyə arayışı verilmişdir. 10 mart 2010-cu il tarixdə Elvin Bağırov ərizə ilə mənzilini İddiaçı satdığından onun payçılıqdan azad edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən mənzil üzrə iki müqavilə mövcud olsa da, X2 öz razılığı ilə iddiaçının xeyrinə payçılıqdan azad edildiyindən Yasamal rayonu Tolstoy küçəsi ilə Zərgərpalan küçəsinin kəsişməsində yerləşən binada 11-ci mərtəbədə 2 otaqlı 50 saylı mənzil iddiaçıya təhvil verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, həmin binaya dair hüquqların qabaqcadan qeydiyyatı dövlət reyestrində xx.xx.2018-ci il tarixdə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adına qeydiyyata alınmış, "xxxx" QSC BOKT, "xxxx" ASC və Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən bina Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilmişdir. Göründüyü kimi, bina hal-hazırda "xxxx" ASC balansındadır və Cavabdeh1 MTK-nın həmin bina üzərində hər hansı hüquqları mövcud deyil və ona dair hissə rədd olunmalı, Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinə İddiaçı sahiblik və istifadə hüquqları bərpa edilməli, həmin mənzilin İddiaçı naturada təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Məhkəmə, proses iştirakçıları ilə 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasınının 1-ci blok 11-ci mərtəbə 50 saylı mənzilini yerində müayinnə edərək müəyyən etmişdir ki, iddiaçının təhvil verilməsini tələb etdiyi 50 saylı mənzil hər hansı 3-cü şəxslərin istifadəsində deyildir, təmirsizdir. Məhkəmə 1 ədəd qarajın təhvil verilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi qaraja dair MTK ilə iddiaçı arasında, eləcə də cavabdeh "xxxx" ASC ilə hər hansı müqavilə bağlanmamışdır, Cavabdeh1 MTK tərəfindən razılıq ərizəsi verilmişdir. Həmin razılıq ərizəsində hansı kv.m ölçüdə, hansı mərtəbədə, hansı nömrəli qarajın verilməsi göstərilməmişdir. Eləcə də hər hansı maliyyə arayışı da mövcud deyildir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 MTK-nın həmin bianaya dair hər hansı mülkiyyət hüquqları mövcud olmadığından, eləcə də digər cavabdeh "xxxx" ASC ilə iddiaçı arasında qarajla bağlı hər hansı müqavilə mövcud olmadığından, iddia tələbi qarajın təhvil verilməsi hissəsində əsassızdır və rədd edilməlidir. Həmçinin, İddiaçı razılıq ərizəsində qeyd edilən hallarla əlaqədar vurulmuş hər hansı maddi ziyan və s. mövcud olduğu təqdirdə, bununla bağlı məhkəməyə müraciət hüququnun olması izah olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, 146.1 Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinə İddiaçı sahiblik və istifadə hüquqları bərpa edilməli, həmin mənzilin İddiaçı naturada təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ilə Tolstoy küçəsinin kəsişməsi, 252ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv.m, 2 otaqlı, 50 nömrəli mənzilinə İddiaçı sahiblik və istifadə hüquqları bərpa edilsin, həmin mənzilin İddiaçı naturada təhvil verilməsi, mənzildə təmir işlərinin aparılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması öhdəliyi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4065/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4065/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver