Məhkəmə qərarları › İş №2(004)-4073/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4073/2020

01.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4073/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X14, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “432/4 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşmanın etibarsız hesab edilməsi, əvvəlki işinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “432/4 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşmanın etibarsız hesab edilməsi, əvvəlki işinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2020‑ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə onun arasında bağlanmış 432/4 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşmanın etibarsız hesab edilməsi, onun əvvəlki işinə, yəni “Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X20 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 432/4 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya təsir altında ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. Həmin xəbərdarlıq məktubunda göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 432/4 nömrəli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam veriləcəkdir. Daha sonra, iddiaçı şirkətin kadrlar şöbəsinə dəvət olunmuş və iddiaçı ilə cavabdeh arasında 432/4 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşma imzalanmışdır. Qoşmanın şərtlərinə əsasən İddiaçı yeni vəzifəsi “Təmizlik Şöbəsində Qrup Rəhbəri” adlandırırdı, onun illik əmək haqqının məbləği 14.400 manata bərabər olunmuş və işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günü təşkil etmişdir. İddiaçı yeni vəzifəsinə təyin olunmasına məcburi qaydada razılıq vermiş, ərizəyə və qoşmaya təsir altında imza etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində olmamışdır, xx.xx.2020-ci il tarixli razılıq ərizəsinə xx.xx.2020-ci il tarixdə iddiaçıya imza etdirmişlər. Çünki, iddiaçıya bildirilmişdir ki, əks halda o, işdən çıxarılacaq. İddiaçı həyat yoldaşı, övladı və anası ilə birlikdə yaşayır. İddiaçının əri ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyində mühafizəçi vəzifəsində işləyir. X15 Eminoviç adlı bir qardaşı var, lakin qardaşı öz ailəsi ilə başqa ünvanda yaşayır. Birinci qrup əlil olan anası X11 iddiaçının himayəsində yaşayır. İddiaçıya anasına qulluğa görə ömürlük 50 manat Prezident təqaüdü təyin olunmuşdur. İddiaçı işdə olan zaman anasına dayə qulluq edir və iddiaçı dayəyə xidmət haqqı ödəyir. İddiaçı himayəsində birinci qrup əlil anası olması barədə cavabdehə məlumat vermişdir, lakin bu məlumata əhəmiyyət verilməmiş, ona qəyyum təyin olunması barədə məhkəmə qətnaməsi olduğu təqdirdə bu imtiyazdan istifadə edə biləcəyi bildirilmişdir. Halbu ki, Əmək Məcəlləsinin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Kadrlar şöbəsində iddiaçıya bildirilmişdir ki, onun əvvəlki işlədiyi ştat vahidi ixtisar olunmuşdur. Bu səbəbdən iddiaçı başqa vəzifəyə keçməyə məcburi olaraq razılaşmışdır. Əgər razılıq verməsəydi, tamamilə işsiz qala bilərdi. İddiaçıya xx.xx.2020-ci il tarixdə bildiriş verilən zaman, xx.xx.2020-ci il tarixli ərizəyə də imza etdirilib. Lakin Şirkətinin departamentlər üzrə personalın sayı üzrə aylıq hesabatında göstərilir ki, iddiaçının əvvəlki işlədiyi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsi 2 ştat vahidi olub, onlardan iddiaçının işlədiyi ştat ixtisar olunub, digər işçi isə ixtisar olunmayıb. Bu isə şatatların ixtisarı deyil, işçilərin sayının azaldılması hesab olunur. İddiaçını aldadaraq, razılıq ərizəsi almaqla iddiaçını başqa işə keçiriblər. Hesab edir ki, iddiaçı ilə təsir altında bağlanmış 432/4 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşma etibarsız hesab edilməli və iddiaçı əvvəlki vəzifəyə bərpa olunmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 432/4 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsində işləmişdir. Dünyada baş vermiş pandemiya (COVİD-19) ilə bağlı ölkəyə turist axını kəskin azaldığı üçün xərclərə nəzarət edilməsi və azaldılması məqsədilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyi Şirkətin işçilərinin və ştat vahidlərinin sayını ixtisar etmək qərarına gəlmişdir. Çünki, Əmək Məcəlləsinin 11-ci maddəsinin 1ci hissəsinin “ə” bəndinə əsasən Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. Bu səbəbdən, Şirkətdə “Təmizlik Şöbəsində Menecer Asistenti” vəzifəsinin iki mövcüd olan yerdən biri ixtisar olunmuşdur. X1 “Təmizlik Şöbəsində Menecer Asistenti” vəzifəsində saxlanmasına qərar verilmiş, digər “Təmizlik Şöbəsində Menecer Asistenti” vəzifəsində işləyən İddiaçı xx.xx.2020-ci il tarixdə ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilmişdir. Həmin xəbərdarlıq məktubunda göstərilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 432/4 nömrəli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam veriləcəkdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Kadrlar Şöbəsində olmuşdur, xx.xx.2020-ci il tarixdə kadrlar şöbəsində İddiaçı iştirakı ilə iclas keçirilmiş ona “Təmizlik Şöbəsində Qrup Rəhbəri” vəzifəsinə keçməsi təklif edilmiş, yeni vəzifəsi və əmək haqqının 1.200 manat olacağı onunla müzakirə olunmuşdur. İddiaçı yeni vəzifəyə keçməyə və əmək haqqının 1.200 manat olacağına razı olmasına dair xx.xx.2020-ci il tarixdə ərizə yazaraq kadrlar şöbəsinə təqdim etmişdir. İclasın nəticələrinə dair xx.xx.2020-ci il tarixdə protokol tərtib edilmiş və İddiaçı protokola imza etmişdir. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Kadrlar Şöbəsinə dəvət edilmiş və onunla Şirkətinin “Təmizlik Şöbəsində Qrup Rəhbəri” vəzifəsinə keçməsi və əmək haqqının 1.200 manat müəyyən edilməsi barədə tərəflər arasında bağlanmış 432/4 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşma imzalanmışdır. xx.xx.2020-ci il tarixdə saat 11:31:44-də əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron qaydada portala yerləşdirilmiş, yeni vəzifəsi əmək haqqının məbləği öz əksini tapmışdır. Tərəflər arasında həmin qoşma könüllü şəkildə bağlanmış və iddiaçıya heç bir təsir göstərilməmişdir. Bunu iddiaçının xx.xx.2020-ci il tarixdə cavabdehə ünvanladığı təşəkkür məktubu bir daha təsdiq edir. İddiaçıya təklif olunmuş yeni vəzifəsi onun əvvəlki vəzifəsinə oxşar olan vəzifə olmaqla, rəhbər vəzifədir. İddiaçıya başqa iş təklif olunarkən onun himayəsində birinci qrup əlil anası X4ması faktı və iddiaçının xx.xx.1996-cı ildən şirkətdə işləməsi və təcrubəli işçi olması nəzərə alınmışdır. Bu səbəbdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmiş, əksinə iddiaçının əmək hüquqularının qorunması məqsədilə ona yeni vəzifə verilmişdir. Ştatların və işçilərin sayının azaldılması zamanı, işçilərin peşəkarlıq səviyyəsinin təyin edilməsi və hansına üstünlük verilməsi Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işəgötürənin müstəsna hüququdur. Hesab edir ki, iddiaçının vəzifəsinin və əmək haqqının dəyişdirilməsinə dair tərəflər arasında bağlanmış əmək 432/4 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşma (əmək müqaviləsinin dəyişdirilməsi) tərəflərin iradəsini əks etdirdiyinə və bu dəyişiklik edilən zaman qanunvericiliyin tələblərinə əməl edildiyinə görə iddia əsassızdır. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında bağlanmış xx.xx.2013-cü il tarixli 432/4 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsində işləmişdir. Dünyada baş vermiş pandemiya (COVİD-19) ilə bağlı ölkəyə turist axını kəskin azaldığı üçün xərclərə nəzarət edilməsi və azaldılması məqsədilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbərliyi Şirkətin işçilərinin və ştat vahidlərinin sayını ixtisar etmək qərarına gəlmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Şirkətin Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixdə ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilməklə bildirilmişdir ki, ştat vahidinin ixtisarı ilə bağlı İddiaçı ilə imzaladıqları xx.xx.2013-cü il tarixli 432/4 nömrəli əmək müqaviləsinə, xəbərdarlıq müddətini nəzərə alaraq (9 təqvim həftəsi) xx.xx.2020-ci il tarixdən xitam veriləcəkdir. Əmək Məcəlləsinin 77.4-cü maddəsini nəzərə alaraq, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli əmək haqqını bir dəfəyə götürmək hüququna malikdir. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi üzrə xx.xx.2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Kadrlar Şöbəsində xx.xx.2020-ci il tarixdə Təmizlik Şöbəsində X17 Məmmədova, Kadrlar Şöbəsinin X21, Otaqlar Bölməsinin X12 iştirakı ilə iclas keçirilmişdir. Görüş zamanı İddiaçı vəzifəsinin və maaşının dəyişdirilməsi izah və təklif edilmişdir. Görüş zamanı İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən Təmizlik Şöbəsində Qrup Rəhbəri vəzifəsinə keçməsinə və maaşının ümumi 1.200 manat təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. Hazırkı protokolla iştirakçılar tanış olmuşlar və onlar protokolun mətninin doğruluğunu və düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Kadrlar Şöbəsinə yazılı bildiriş (ərizə) təqdim edərək bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Təmizlik Şöbəsində Qrup Rəhbəri vəzifəsinə keçirilməsinə və maaşının ümumi 1.200 manat təyin edilməsinə etiraz etmir. İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Kadrlar Şöbəsinə dəvət edilmiş və tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 432/4 nömrəli əmək müqaviləsinə əsasən dəyişiklik edilməklə, E.X13” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin “Təmizlik Şöbəsində Qrup Rəhbəri” vəzifəsinə keçirilməsi və əmək haqqının 1.200 manat müəyyən edilməsi barədə tərəflər arasında xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşma imzalanmışdır. Qoşmada “razılıq” bəndində İddiaçı xüsusilə qeyd etmişdir ki, o, müqaviləyə bu qoşmanı şəxsən oxuyub onun məzmununu dərk etmişdir. Müqavilənin və yuxarıda qeyd olanın qoşmanın bütün müddəalarına və həmçinin müqaviləyə və onun əlavələrinə vaxtaşırı ediləcək əlavə və dəyişikliklərə əməl edəcəkdir. İşəgötürənin və onun müştərələrinin maraqlarına, şirkətdaxili qayda və təlimatlara uyğun olaraq işəgötürənin müəyyənləşdirdiyi şöbədə öz əmək funksiyalarını yerinə yetməyə razılıq verir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2020-ci il tarixdə saat 11:31:44-də elektron qaydada portala yerləşdirilmiş, işçinin yeni vəzifəsinin Təmizlik Şöbəsində Qrup Rəhbəri və əmək haqqının 1.200 manat olması, əvvəlki əmək haqqının 1793 manat olması barədə məlumatlar portalda öz əksini tapmışdır. İşçi ilə xx.xx.1996-cı il tarixdən müddətsiz əmək müqaviləsi bağlanması qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi tərəfindən verilmiş tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan müəyyən edilir ki, İddiaçı doğma anası X8 xx.xx.2017-ci il tarixdən müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və X16 Nazirliyi yanında Dövlət X19 Bakı şəhəri Xətai rayon Şöbəsin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********1 nömrəli arayışından müəyyən edilir ki, 006005 nömrəli iş üzrə 1-ci qrup əlilliyi olan şəxs X2 görə ömürlük 50 manat Prezident təqaüdü təyin olunmuşdur. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin departamentlər üzrə personalın sayı üzrə xx.xx.2020-ci il tarixə olan aylıq hesabatında göstərilir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təmizlik Şöbəsində 1 ştat vahidi Menecer Asistenti vəzifəsi vardır, həmin vəzifədə X3 işləyir, İddiaçı isə Təmizlik Şöbəsində Qrup Rəhbəri vəzifəsində işləyir. Göründüyü kimi, işçilərin və ştat vahidlərinin ixtisarı ilə əlaqədar Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təmizlik Şöbəsində olan iki ştat vahid Menecer Asistenti vəzifəsinin biri ixtisara düşmüş, bu səbəbdən Menecer Asistenti vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixdə ştat vahidinin ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilməklə, ştat vahidinin ixtisarı ilə bağlı onunla bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Xəbərdarlıq müddəti ərzində İddiaçı “Təmizlik Şöbəsində Qrup Rəhbəri” vəzifəsinə keçməsi təklif olunmuş, İddiaçı yeni vəzifənin əmək şərtləri ilə tanış olmuş və yeni vəzifəyə keçməsinə öz razılığını könüllü şəkildə vermişdir. Bu fakt iddiaçının xx.xx.2020-ci il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Kadrlar Şöbəsinə ünvanlandığı ərizə və xx.xx.2020-ci il tarixdə kadrlar şöbəsində keçirilmiş iclasın protokolu, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşma(əmək müqaviləsinə dəyişiklik), əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişi, həmçinin iddiaçının xx.xx.2020-ci il tarixdə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin kadrlar şöbəsinin rəhbəri Arzu Əsgərovaya ünvanladığı müraciətlə tamamilə sübuta yetirilir. Əmək müqaviləsinə dəyişiklik edilməsi tərəflərin iradəsi ilə baş vermişdir. İddiaçı könüllü şəkildə digər vəzifəyə keçməyə razılıq vermişdir. İddiaçı kadrlar şöbəsinin rəhbəri Arzu Əsgərovaya ünvanladığı yazılı müraciətdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyinə və başqa vəzifəyə keçirilməsinə görə öz minnətdarlığını bildirmişdir. Yəni, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir təsir göstərilməmiş, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyin İddiaçı qarşı əmək münasibətlərindən irəli gələn hərəkətlərdə hər hansı qanun pozuntusuna yol verilməmiş və İddiaçı əmək hüquqları pozulmamışdır. Əksinə, işəgötürən iddiaçının öhdəliyində birinci qrup əlil ailə üzvünün olmasını, onun 1996-cı ildən işləməsini və iş təcrübəsini nəzərə almaqla, onunla bağlanmış əmək müqaviləsinə xitam verməmiş, iddiaçının razılığı ilə onun eyni xarakterli başqa işə keçirmişdir. İşin qeyd olunan halları tərəflərin məhkəməyə təqdim etdikləri rəmi sənədlərlə sübuta yetirilir. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında bağlanmış 432/4 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 nömrəli qoşmanın etibarsız hesab edilməsi, İddiaçı əvvəlki işinə, yəni “Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təmizlik Şöbəsində Menecer Asistenti vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar