Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4078/2024 30.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair mülki iş (açar sözlər: əmək müqaviləsi, xitam) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Foodmart’’ MMC ilə imzalanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilərək qüvvədən düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, 2021-ci ildə ərizəçi tərəfindən "xxxx" MMC təsis edilmişdir. Ərizəçi təsisçi olaraq MMC-nin Direktoru kimi özünü təyin etmiş və bu barədə "xxxx" MMC ilə onun arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi imzalanmışdır. Lakin daha sonra biznes planlarının dəyişməsi və MMC-nin fəaliyyətsizliyi səbəbilə "xxxx" MMC-nin ləğv etmək məqsədi ilə Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsinə müraciət etmiş və 26 yanvar 2023-cü il tarixində Direktoru olduğu "xxxx" MMC ləğv edilmişdir. Başqa bir sözlə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin işəgötürən tərəf kimi çıxış edən "xxxx" MMC hüquq subyektliyini də itirdiyi üçün, həmin müqavilə artıq işəgötürən qismində çıxış edən "xxxx" MMC-nin ləğv edilməsi faktı səbəbilə sonlandırılmış oldu.Bununla bərabər bir müddət sonra müəyyən etmişdir ki, elektron dövlət sistemində "Əmək və Məşğulluq" alt sistemində onun adında hələ də etibarlı kimi görsənən əmək müqaviləsi mövcuddur, belə ki həmin müqavilədə onun vəzifəsi tam ştatlı "Direktor", işəgötürən qismində isə "xxxx" MMC çıxış edir.Bu hal da oan başqa bir yerdə işə girməyinə mane olduğuna görə, vəziyyəti aradan qaldırmaq, qüvvədə olan əmək müqaviləsi barədə qeydin ləğv edilməsi üçün ƏƏSMN yanında X2 Xidmətinə müraciət etmişdir.DƏMX ona ünvanlandığı 30 Aprel 2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, Əmək Məcəlləsinin 49-cu və 12-ci maddələrinə görə əmək müqaviləsinə xitam verilməsi ancaq işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə mümkündür bu səbəblə də xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam vermək onların səlahiyyəti xaricindədir. Qeyd etmişdir ki, o, DƏMX-ə müraciət edərkən, əmək müqaviləsinə xitam verilməsini deyil, qüvvədən düşmüş əmək müqaviləsinə dair elektron dövlət sistemində qeyd aparılmasını istəmişdir. ; habelə DƏMX AR Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 nömrəli Qərarına istinad edərək bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi işəgötürən tərəfindən "Elektron hökümət" portalında gücləndirilmiş elektron imza ilə "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə həyata keçirir.DƏMX ona ünvanlandığı məktubun son hissəsində tövsiyə etmişdir ki, işəgötürənin bu vəzifəsini icra etməsi artıq mümkün deyilsə və məsələnin başqa həlli yolu mümkün deyilsə, bu səbəblərlə qüvvədən düşmüş əmək müqaviləsinin elektron hökümət portalında hələ də qüvvədə olan müqavilə kimi qeydinin silinməsi üçün o, rayon məhkəməsinə müraciət etsin və DƏMX-i müstəqil tələb etməyən üçüncü şəxs kimi prosesə cəlb edilsin.Ərizəçi müvafiq prosedura başlatmaq məqsədi ilə 9 saylı Bakı Mediasiya Təşkilatına müraciət etmişdir. 01 İyul 2024-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasına DƏMX əməkdaşları iştirak etməmişdirlər. II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəni müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh MMC bağlandıqda əmək müqaviləsinə də avtomatik xitam verildiyini zənn etdiyi üçün direktor kimi özü ilə bağlanmış əmək müqaviləsinə xitam verməmişdir. Hazırda isə şirkət ləğv olunduğuna görə həmin şirkətlə bağlı heç bir sənədləşmə işini apara və əmək müqaviləsinə xitam verə bilmir.
4. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
III.Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən çıxarılmış əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də (VÖEN **********) direktor vəzifəsində işləyir. Əmək haqqısı isə 300 manat təşkil edir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********63 nömrəli bildirişdən görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixində ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır.
9. Ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciətinə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir.
10. Məhkəmə ərizəçinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
11. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır.
12. Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək münasibətləri sahəsində əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifəsidir.
13. Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
14. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Nazirlər Kabinentinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarının 1-ci bəndindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir.
15. Həmin qərarın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.
16. Göründüyü kimi, ərizəçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 müraciət etmiş, lakin həmin orqan bu hüquq onlarda olmadığını əsas gətirərək imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yalnız müvafiq məhkəmə onlara bu hüququ verdiyi təqdirdə əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil ediə bilərlər. Ərizəçi əmək müqaviləsinə xitam verilməsini və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini məhkəmədən kənar başqa qaydada həyata keçirə bilmir.
17. Məhkəmə sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməli, İddiaçı Cavabdeh MMC-də (VÖEN: **********) direktor işləməsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə verilməlidir. V. Nəticə:
18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. İddiaçı Cavabdeh MMC-də (VÖEN: **********) direktor işləməsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə verilsin. Qətnamənin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Xəlil