Məhkəmə qərarları › İş №2(004)-4085/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4085/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4085/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Oqtay qızı, Cavabdeh9 və Cavabdeh10 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Oqtay qızı, Cavabdeh9 və Cavabdeh10 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri - xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü X1 onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 500-cü məhəllədə yerləşən 4 nömrəli evin 28 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8 Oqtay qızı və Cavabdeh10 isə istifadə hüququ olmayan şəxslər hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 500-cü məhəllədə yerləşən 4 nömrəli evin 28 nömrəli mənzilini Cavabdeh1 satın almışdır. xx.xx.2008-ci il tarixli çıxarışa əsasən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh1 ailə üzvləri mənzilin satılmasına razılıq vermişlər. Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü X3 mənzildən qeydiyyatdan çıxmamışlar. Digər cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8 Oqtay qızı və Cavabdeh10 isə heç vaxt iddiaçıya məxsus mənzildə yaşamayıblar və onun ailə üzvləri deyillər, formal olaraq qeydiyyata alınmışlar. Həmin cavabdehlər iddianı qəbul etmələrinə dair məhkəməyə notarial qaydada ərizə göndərmişlər. Çünki, həmin cavabdehlər faktiki olaraq başqa mənzildə yaşayırlar, iddiaçının mənzilitnə hər hansı bir hüquqları yoxdur. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadığına görə bildirişi onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə Poçt Şöbəsi tərəfindən bildirişin üzərində müvafiq qeyd yazılmaqla, bildirişlər məhkəməyə qaytarılmışdır. Digər cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Oqtay qızı, Cavabdeh9 və Cavabdeh10 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər. Lakin onlar məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, iddia tələbini qəbul etdiklərini bildirmiş və onların iddiaçının mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 500-cü məhəllədə yerləşən 4 nömrəli evin 28 nömrəli mənzilinə olan istifadə hüququ olmayan şəxs hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 iddianı etiraf etmələrinə dair notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli birgə ərizələrini, Cavabdeh8 Oqtay qızı və Cavabdeh10 iddianı etiraf etmələrinə dair notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli birgə ərizələrini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları və rəsmi sənədlərlə təsdiq edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 500-cü məhəllədə yerləşən 4 nömrəli evin 28 nömrəli mənzilini Cavabdeh1 satın almışdır. xx.xx.2008-ci il tarixli çıxarışa əsasən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh1 ailə üzvləri mənzilin satılmasına razılıq vermişlər. Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri - xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü X3 mənzildən qeydiyyatdan çıxmamışlar. Digər cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8 Oqtay qızı və Cavabdeh10 isə heç vaxt iddiaçıya məxsus mənzildə yaşamayıblar və onun ailə üzvləri deyillər, formal olaraq qeydiyyata alınmışlar. Həmin cavabdehlər iddianı qəbul etmələrinə dair məhkəməyə notarial qaydada ərizə göndərmişlər. Çünki, həmin cavabdehlər faktiki olaraq başqa mənzildə yaşayırlar, iddiaçının mənzilitnə hər hansı bir hüquqları yoxdur. Cavabdehlərin qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onları sərbəst şəkildə həyata keçirməsinə mane olur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyət hüququ hazırda iddiaçıya keçdiyinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzili satdığına, digər cavabdehlərin isə iddiaçının mülkiyyətindəki mənzilə hər hansı bir hüquqları olmadığına və həmin cavabdehlər iddianı etiraf etmələri barədə məhkəməyə ərizə təqdim etdiklərinə, cavabdehlərin qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnu pozduğuna görə iddia təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri - xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü X1 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 500-cü məhəllədə yerləşən 4 nömrəli evin 28 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8 Oqtay qızı və Cavabdeh10 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 500-cü məhəllədə yerləşən 4 nömrəli evin 28 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxslər hesab edilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan ailə üzvləri - xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2012-ci il təvəllüdlü X1, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh8 Oqtay qızı və Cavabdeh10 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Mikayıl Müşviq küçəsi 500-cü məhəllədə yerləşən 4 nömrəli evin 28 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar