Məhkəmə qərarları › İş №2(004)-4087/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4087/2025

25.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4087/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5rşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5rşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2025-ci il tarixli, 3-17-1/3-4-258/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 yanvar 2023-cü il tarixində İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin Sığortaedənlərlə dəstək şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 14 fevral 2025-ci il tarixdə cavabdeh Fondun əmri ilə onunla bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsasına (AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi) istinad edilərək xitam verilmişdir. Lakin həmin xitam qanunvericiliyin imperativ tələblərinə zidd olaraq həyata keçirilmişdir və onun əmək hüquqları ciddi şəkildə pozulmuşdur. Müddətli əmək müqaviləsi müddəti bitdikdə özözünə xitam verilmir. Tərəflərdən biri müqavilənin müddətinin başa çatmasına ən azı bir həftə qalmış qarşı tərəfə bu barədə yazılı şəkildə məlumat verməzsə, həmin müqavilə: ya əvvəlki müddətə avtomatik olaraq uzadılmış, -ya da Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətsiz hesab olunur. Nəzərə alınmalıdır ki, bu norma imperativ xarakterlidir, yəni tərəflərin razılığı ilə dəyişdirilə bilməz və işəgötürənin bu məsuliyyətdən birtərəfli şəkildə yayınması hüquqi nəticə doğurmur. Halbuki cavabdeh orqan tərəfindən ona əmək müqaviləsinin müddətinin bitdiyinə dair heç bir yazılı bildiriş təqdim olunmamış, yalnız xitam verilən gün, daha dəqiq desək xx.xx.2025 tarixində axşam saat 17:00-17:30 raddələrində ona bu barədə məlum olmuşdur. Göründüyü kimi cavabdeh tərəf bu münasibətlərə birtərəfli qaydada son verməklə, qanuni xəbərdarlıq etmədən, onu əvvəlcədən məlumatlandırmadan və hüquqi müdafiə imkanlarını məhdudlaşdıraraq əmək hüquqlarını pozmuşdur. Hesab edir ki, barəsində qəbul edilmiş əmr ləğv olunmalı və onun işə bərpa olunmağı təmin olunmalıdır. AR ƏM-nin 300-cü maddəsinə görə işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddia tələbi üzrə bütün faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə aktı çıxarır. Göründüyü kimi əmək münasibətlərini tənzimləyən qanunvericilik məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini nəzərdə tutmuşdur. Bu prinsip əsasında mübahisələndirilən əmrin ləğvi ilə yanaşı, həmçinin onun məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati orqanın təbii haldır ki, dövlət qulluqçusu, xüsusi rütbəli şəxs və ya hərbi qulluqçu statusunda olan şəxslərə münasibətdə qəbul etdiyi aktların və ya faktiki xarakterli hərəkət və hərəkətsizliyin publiklik əlaməti xüsusiyyətinə malik olması şübhə doğurmamaqla hazırkı icraat qaydasında baxılması üçün də əsas yaratmış olur. Səbəb isə onunla bağlıdır ki, inzibati orqan qeyd olunan statusa malik şəxslərə münasibətdə bərabərtərəfli subyekt hesab edilmir, hakimiyyət səlahiyyətinə malikdir, tərəflər arasında tənzimlənən mübahisə publiklik əlaməti daşıyır. Lakin, işəgötürən inzibati orqan olsa belə hərbi qulluqçu, xüsusi rütbəli şəxs olmayan, dövlət qulluqçusu və ya bələdiyyə qulluqçusu statusunda olmayan işçiləri kimi mülki işçilərinə münasibətdə hər hansı hakimiyyət səlahiyyətinə malik olmur, münasibət publiklik əlaməti daşımır və ən əsası da həmin münasibətlərin, eləcə də aralarında yaranmış mübahisənin tərəfləri kimi hər ikisi bərabərtərəfli subyekt qismində, yəni işəgötürən və işçi qismində çıxış edir. Qeyd olunmalıdır ki, ilkin mərhələdə onun işə qəbulu dövlət qulluğu üzrə müsahibə əsasında həyata keçirilmişdir. Lakin daha sonra işlədiyi Dövlət Sosial Müdafiə Fondu təşkilati-hüquqi statusuna dəyişiklik edərək publik hüquqi şəxs formasında fəaliyyətini davam etdirmişdir. Bu dəyişiklik nəticəsində fondun işçiləri, o cümlədən o, artıq dövlət qulluqçusu deyil, əmək münasibətləri əsasında çalışan işçi statusuna malik olmuşlar. Bu mənada artıq onun və işəgötürənin arasında yaranmış münasibətlər inzibati-hüquqi deyil, əmək və mülki hüquqi münasibətlər xarakteri daşıyır. Nəticə etibarilə, bu münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmə deyil, mülki məhkəmə baxmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsi məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, İddia ərizəsinin məzmunundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat ona xx.xx.2025-ci il tarixində verilmişdir. Bundan başqa iş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/3/2025-00200 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, müvafiq mübahisə üzrə mediasiyanın tətbiqi barədə təklif xx.xx.2025-ci il tarixində, ilkin mediasiya sessiyası üçün ərizə isə xx.xx.2025-ci il tarixində Fonda göndərilmişdir. Bundan sonra həmin mediasiya təşkilatı tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Sonda iddia ərizəsindən görünür ki, iddiaçı hazırki tələblə Fonda qarşı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iş üzrə araşdırılmış hallarla müəyyən edilir ki, hazırki mübahisə üzrə iddia müddətinin axımı xx.xx.2025-ci tarixindən başlanmış, iddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 22 gün sonra, yəni xx.xx.2025-ci il tarixində müvafiq mübahisə üzrə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, xx.xx.2025-ci il tarixində isə mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından arayış verilmiş və həmin tarixdən iddia müddətinin axımını bərpa olunmuşdur. Hazırki iddia tələbi üzrə iddia müddətinin 1 ay olması əsas götürüldükdə, hələ mediasiya təşkilatına müraciət edənədək 22 günü ötmüş iddiaçının mediasiya işi yekunlaşdıqdan sonra məhkəməyə müraciət etməsi üçün təxmini olaraq 8-9 günü qalmasına baxmayaraq o, xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini təxmini olaraq 2 ay ötürmüşdür. Odur ki, 2(004)-4087/2025 nömrəli iş üzrə İddiaçı "əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsi məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki cavabdeh tərəfindən iddiaçının hazırki iddia tələbinə iddia müddətinin lətbiq edilməsi üzrə ərizə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir.İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yuxarıda qeyd olunan Nizamnamənin 4.11.11 -ci bəndinə əsasən, X19 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, onun iddia tələbinin hüquqi əsası onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı işəgötürən Fond tərəfindən Məcəllənin 73-cü maddəsinin tələblərinin pozulması, daha dəqiq desək, maddənin dispozisiyasının şərtlərinə əmək edilməməklə əmək müqaviləsinə xitam verilən xx.xx.2025-ci il tarixə azı bir həftə qalmış ona bu barədə xəbərdarlıq edilməməsidir. İddiaçının iddia tələbi ilə razılaşmayaraq bildiririk ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin müvafiq tələbləri gözlənilərək bu barədə xx.xx.2025-ci ii tarixində e-sosial.gov.az informasiya sistemində olan “işəgötürən və işçilər arasında rəsmi yazışmalar’’ bölməsi vasitəsilə rəsmi şəkildə məlumat verilmişdir (çıxarış əlavə edilir). Göründüyü kimi, hazırki mübahisə üzrə cavabdeh-işəgötürən Fond tərəfindən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət olunmuşdur. Odur ki, 2(004)-4087/2025 nömrəli iş üzrə İddiaçı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia müddətinin ötürülməsini üzrlü hesab edilməsi barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, 2(004)-4087/2025 nömrəli mülki iş üzrə işə bərpa olunmağı ilə bağlı hüquqlarımın müdafiəsi üçün Vəkil1lə müqavilə bağlamışdır. Müqavilə 26 fevral 2025-ci il tarixdə bağlanılmışdır. (Müqavilənin bağlanması üçün köçürülmüş pul vəsaitini təsdiq edən məxaric qəbzi və xx.xx.2025-ci il tarixli vəkilə verilən etibarnamə qoşma olaraq ərizəyə əlavə edilir). O, mütəmadi olaraq işlərin gedişi ilə maraqlanırdı və vəkili hər şeyin yolunda getdiyini və iddia ərizəsinin göndərildiyini deyirdi. Aila vəziyyəti ilə əlaqədar işlərin icrasını özüm apara bilmirdi və hüquqlarından istifadə edib nümayəndə, vəkil ilə müqavilə bağlamışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, əslində sənədlər qarşıq salınaraq göndərilmiş hesab edilmiş, əslində göndərilməmiş və gec göndərilmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Qeyd edir ki, o, vaxtında müraciət etmişdir və vacib əhəmiyyətli yanılmanın səbəbkarı o deyildir. Mülki iş isə birbaşa onun hüquqlarının müdafiəsi ilə əlaqədar olduğu üçün vəkilin səhlənkarlığı onun hüquqlarının pozulması səbəbi kimi əsas götürülməli deyil. Çünki, tərəfindən bütün addımlar zamanında atılmışdır. Bundan əlavə, Vəkil1lə müqaviləmə xitam verib, etibarnaməni ləğv etmişdir. Hal-hazırda hüquqlarının müdafiəsi üçün "Alyans" Vəkil Bürosunun vəkili Vəkil2 ilə yeni müqavilə bağlamışdır. Odur ki, iddia müddətinin ötürülməsi səbəbi bilavasitə onun səhvindən qaynaqlanmadığı və onun hüquqlarının pozulmasına səbəb olduğu üçün üzürlü hesab edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə elektron kabinet vasitəsilə iddia müddətinin ötürülməsini üzrlü hesab edilməsi barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, İddiaçı iş üzrə ilk olaraq 26 fevral 2025-ci il tarixində Vəkil1 ilə müqavilə bağlayaraq, hüquqlarının mediasiya qurumu və məhkəmədə müdafiəsini Vəkil1 həvalə etmişdir. Vəkil tərəfindən mediasiyaya vaxtında müraciət edilse de, mediasiya arayışını aldıqdan sonra məhkəməyə gec müraciət edilmiş. nəticədə isə iddia müddəti ötürülmüşdür. Lakin müddətin ötürülməsi İddiaçının təqsirindən baş verməmişdir. İddiaçı vəkillə maraqlandıqda iş üzrə lazımi hərəkətlərin edildiyi və hər şeyin qaydasında olduğu bildirilmişdir. Daha sonra iddiaçı bir müddət heç bir məktub gəlmədiyini görərək özünə elektron məhkəmə profili yaratmış və ona məlum olmuşdur ki, ərizə məhkəməyə gec göndərilmişdir. Bu barədə məlumat aldıqdan sonra Vəkil1lə müqaviləni ləğv edərək, mənimlə müqavilə bağlamış və məhkəmədə hüquqlarının müdafiəsini mənə tapşırmışdır. Qeyd olunanlarla bağlı iddiaçı və Vəkil1 də məhkəməyə ərizə ilə müraciət edərək, bu halı qeyd etmiş və təsdiq etmişlər. Bundan əlavə məhkəməyə təqdim edilmiş etibarnamə, qəbz və "whatsapp" tətbiqi vasitəsilə yazışmalardan da müəyyən olunur ki, iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı vaxtında vəkilə müraciət etmişd və müqavilə bağlamış, lakin vəkil tərəfindən müqavilə gec rəsmiləşdirilmiş və ərizə məhkəməyə gec göndərilmişdir. Hesab edir ki, iddiaçı iddia müddətini ötürməmək üçün üzərinə düşən bütün hərəkətləri etmişdir, vəkil məsuliyyətsizliyi iddiaçının haqsız olaraq işdən azad edilməsi halını gözardı edə bilməz. Belə ki, İddiaçı daimi dövlət qulluğunda olmuş, onun müqaviləsi müddətsiz hesab olunmalı müqavilə olduğundan iddiaçı haqsız olaraq işdən azad edilib və qanunsuz olaraq onunla əmək müqaviləsinə xitam verilib. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4262/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından da görünür ki, Ali Məhkəmə iddiaçı ilə eyni filialda işləmiş və işdən azad edilmiş işçinin müqaviləsinin müddətsiz müqavilə olduğu qənaətinə gəlmişdir. Həmin işin halları hazırki işin halları ilə eynilik təşkil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı AR ƏƏSMN "Dövlət Sosial Müdafiə Fondu" PHŞ-yə qarşı "əmrin ləğvi, işə bərpa və s." tələbinə dair mülki iş üzrə buraxılmış iddia müddətini üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia müddətinin ötürülməsi üzrlü hesab olunmalıdır. Belə ki, iddiaçının niyyətini sübut etmək məqsədilə məhkəməyə yazışmaların surətləri təqdim olunmuşdur və əvvəlki vəkilə əmək müqaviləsi verilmişdir. 26 fevral tarixində həmin vəkilə iddiaçı tərəfindən etibarnamə verilib. İddiaçı işə dövlət qulluğu vasitəsilə qəbul olmuş, daha sonra isə işlədiyi qurumun hüquqi-təşkilati forması dəyişmişdir. Bu halda isə Ali Məhkəmənin mövqeyinə əsasən iddiaçı ilə müddətsiz müqavilə bağlanmalı idi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, 6 aylıq müddətə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarmasına 1 həftə qalmış iddiaçıya məlumat verilib. İddiaçı müddətin artırılması ilə bağlı müraciət etməyib. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli əmrinə əsasən, “Dövlət Qulluğu haqqında” AR Qanununun 28.7-ci maddəsinə əsasən, X3 – stajçı kimi 6 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin Məlumatlandırma, sorğuların və müraciətlərin cavablandırılması sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmrinə əsasən, “Dövlət Qulluğu haqqında” AR Qanununun 28.7-ci maddəsinə əsasən, X9 2 aprel 2020-ci il tarixdən 3 ay müddətinə müddətinə sınaq müddəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin Məlumatlandırma, sorğuların və müraciətlərin cavablandırılması sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********75 nömrəli əmrinə əsasən, “Dövlət Qulluğu haqqında” AR Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə uyğun 01 may 2020-ci il tarixdən X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsində böyük məsləhətçi vəzifəsinə sınaq müddəti ilə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmrinə əsasən, X9 03 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin Məlumatlandırma müraciətlərin cavablandırılması sektorunda böyük məsləhətçi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmiş və ona dövlət qulluqçularının inzibati vəzifələrinin yeddinci təsnifatı üzrə “kiçik dövlət qulluqçusu” ictisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrinə əsasən, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İdarələrinin və yerli bölmələrinin işçilərinin 2020-ci il 28 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilmələri və müvafiq olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi (sıyahı əlavə olunur), Əmək müqaviləsinə xitam verilmiş dövlət qulluqçuları ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. Həmin əmrə əsasən, X9 tutduğu vəzifədən azad edilmiş və dövlət qulluğuna xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsin ixtisaslaşdırılmış mərkəzi filiallarında müvafiq vəzifələrə təyinatların aparılması haqqında xx.xx.2020-ci il tarixli, **********3 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddesinin "f” bəndinə və 51ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq X9 2020-ci il 6 avqust tarixindən Azəbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə X1 və müraciətlərin qəbulu departamentinin "Çağrı mərkəzi” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Dövlət Sosial Müdafiə X22 şəxsi (işəgötürən) ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Sosial Sığorta və Fərdi uçot üzrə X2 və müraciətlərin qəbulu departamentinin Sığortaolunanlara dəstək şöbəsinin Əsas baş mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi "47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə xx.xx.2020 tarixindən xx.xx.2024 tarixinədək 4 il 1 gün müddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 2600 manat məbləğdə əmək haqqı ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 xx.xx.2025-ci il tarixli 3-17-1/3-4-258/2025 nömrəli əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. 0119554 nömrəli əmək kitabçasından görünür ki: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********5 nömrəli əmrinə əsasən, X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən DSMF-nin SSFUMF-nın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin "Çağrı mərkəzi” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmrinə əsasən, X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun SSFUMF-nın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin Sığortaedənlərə dəstək şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. Dövlət Sosial Müdafiə X22 Şəxsi tərəfindən İddiaçı e-sosial.gov.az saytı vasitəsilə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cu maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Bununla alaqədar bildirilmişdir ki, onunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında bağlanmış 2020-ci il 14 avqust tarixli müddətli əmək müqaviləsinin müddətinin 2025-ci il 14 fevral tarixində bitdiyini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 2025-ci il 14 fevral tarixində xitam veriləcəkdir. Nəzərə alınması xahiş olunmuşdur. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini X4, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə X14, kadrlarla iş və təhlil departarnentinin müdiri X7 və Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə X1 və müraciətlərin qəbulu departamentinin müdiri X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini X4 tərəfindən Filialın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin Sığortaedənlərə dəstək şöbəsinin baş mütəxəssisi X9 dəvət olunmuş, Filialın Hüquq, kadrlarla iş və təhlil departamentinin müdiri X7 və Filialın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin müdiri X8 iştirakı ilə G.Səlimovaya Fondun 14 fevral 2025-ci il tarixli 3-17-1/3-4-258/2025 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilməsi elan edilmişdir. Aktın doğruluğunu öz imzaları ilə təsdiq edirlər. "xxxx" ASC tərəfindən verilmiş 528 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Dövlət Sosial Müdafiə X22 Şəxsi tərəfindən X3 hesabına 2039,85 (iki min otuz doqquz manat səksən beş qəpik) manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya X12 X20 tərəfindən İddiaçı elektron poçt vasitəsilə ünvanlanmış məktubdan görünür ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) daxil olmuş 17 fevral 2025-ci il tarixli elektron müraciətunə Fondda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə muəyvən edilmiş vəzifələrin, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. Eyni zamanda, intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Bununla əlaqədar olaraq, davamiyyətlə bağlı əmək və icra intizamını pozduğuna gorə 2024-cü iİ 11 iyun tarixində ona yazılı xəbərdarlıq edilmiş, "Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları"nın tələbləri ilə bağlı əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə isə 2024-cü il 11 dekabr tarixində ona töhmət intizam tənbeh tədbiri tətbiq olunmuşdur. Eyni zamanda bildiririlmişdir ki, onunla 2020-ci il 14 avqust tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-cı maddəsinin “f" bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış müddətli əmək müqaviləsinə 2025-cı il 14 fevral tarixində həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq müddətinin qurtarması əsası ilə xitam verilmiş və son haqq-hesabın aparılması təmin edilmişdir. Ona dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə Nazirliyin tabeliyində X6 yaşadığı ərazi üzrə regional məşğulluq filialına müraciət etməsi tövsiyə olunmuşdur. Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00200 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışına əsasən, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Vəkil1 məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, 2(004)-4087/2025 nömrəli mülki iş üzrə İddiaçı hüquqları əvvəllər onun tərəfindən müdafiə olunurdu. İş üzrə məlumat olaraq qeyd edir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmədə əmək münasibətlərindən irəli gəlkən hüquqlarının qorunması ilə razılığa gələrək müqavilə bağlanması üçün müraciət etdi. İlk öncə mediasiya mərhələsindən keçmək zərurəti olduğu üçün onlara mediasiyanı həll edib, sonra məhkəmə üçün müraciət edilməsi gərəkdiyini bildirdi. Bu səbəbdən ödənişi və vəkil etibarnaməsini aldı və orderi götürməmişdi. Daha sonra Orderi əldə etmişdir, lakin müddətlərə diqqət etməmiş və köməkçisə də məlumat vermədiyindən ərizənin sistemə yüklənməsi zamanı məsuliyyətsiz davranmışdır. Üzərlərinə düşən öhdəliyi düzgün icra etməmələri nəticəsində müvəkkili İddiaçı hüquqları pozulmuşdur, bunu etiraf edirlər. Belə ki, göründüyü kimi də, İddiaçı vaxtında vəkilə müraciət etmiş, lazım olan sənədləri təqdim etmiş və inanmışdır. Qeyd edilən hallar, müddət ötürmə onun iradəsindən aslı olmamışdır. Hesab edir ki, hazırda iddiaçının məsuliyyəti, vaxtında müraciəti və lazımı addımları atması və iradəsindən aslı olan və olmayan hallar qiymətləndirilərməli, iddia müddətinin ötürülməsi üzürlü səbəb kimi nəzərə alınmalıdır. Vətəndaşın üstün müdafiə hüququ vardır və bu hüququn reallaşması üçün addımlar onun tərəfindən atılmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı üzürlü hesab edilərək, iradəsindən aslı olmayan səbəblərdən müddətin ötürülməsi hissəsində məsul tutulmamasını, müddətin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 12.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən, Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3-cü maddəsinə əsasən, Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. 73.1-ci maddəsinə əsasən, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 83-cü maddəsinin 1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında qeyd olunur ki: “... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.” Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli əmrinə əsasən, X9 – stajçı kimi 6 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin Məlumatlandırma, sorğuların və müraciətlərin cavablandırılması sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmrinə əsasən, X9 2 aprel 2020-ci il tarixdən 3 ay müddətinə müddətinə sınaq müddəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər İdarəsinin Məlumatlandırma, sorğuların və müraciətlərin cavablandırılması sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020ci il tarixli **********75 nömrəli əmrinə əsasən, 01 may 2020-ci il tarixdən X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsində böyük məsləhətçi vəzifəsinə sınaq müddəti ilə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmrinə əsasən, X9 03 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin Məlumatlandırma müraciətlərin cavablandırılması sektorunda böyük məsləhətçi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmiş və ona dövlət qulluqçularının inzibati vəzifələrinin yeddinci təsnifatı üzrə “kiçik dövlət qulluqçusu” ictisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İdarələrinin və yerli bölmələrinin işçilərinin 2020-ci il 28 iyul tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilmələri və müvafiq olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi (sıyahı əlavə olunur), Əmək müqaviləsinə xitam verilmiş dövlət qulluqçuları ilə təhvil-təslim işlərinin və son haqqhesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. Həmin əmrə əsasən, X9 tutduğu vəzifədən azad edilmiş və dövlət qulluğuna xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 şəxsin xx.xx.2020-ci il tarixli, **********3 nömrəli əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddesinin "f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq X9 6 avqust 2020-ci il tarixindən Azəbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə X1 və müraciətlərin qəbulu departamentinin "Çağrı mərkəzi” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********5 nömrəli əmrinə əsasən, X9 DSMFnin SSFUMF-nın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin "Çağrı mərkəzi” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********7 nömrəli əmrinə əsasən, X9 Azərbaycan Fondun SSFUMF-nın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin Sığortaedənlərə dəstək şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 xx.xx.2025-ci il tarixli 3-17-1/3-4-258/2025 nömrəli əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayədəsi və vəkili isə məhkəməyə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə ünvanlayaraq, iş üzrə buraxılmış iddia müddətinin üzrlü hesab edilməsini xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, iddia tələbinin mahiyyəti üzrə araşdırmaya başlamazdan və əsaslılığına qiymət verməzdən əvvəl, cavabdeh tərəfindən tətbiqi xahiş olunan iddia müddətinin ötürülməsinin üzrlü olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi zəruridir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 14 fevral 2025-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı aldığı halda, məhkəməyə 23 iyun 2025-ci il tarixində müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, işə bərpa tələbi ilə məhkəməyə müraciət üçün müddət 1 aydır. Bu müddət Mediasiya haqqında Qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesinin gedişatında mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2025-ci il tarixdən mediasiya arayışının verildiyi xx.xx.2025-ci il tarixinədək dayandırılmışdır. Müəyyən edilir ki, iddiaçı öz hüquqlarının pozulduğu xx.xx.2025-ci il tarixdən 10 gün sonra xx.xx.2025-ci il tarixdə Vəkil1 müraciət etmiş və xx.xx.2025-ci il tarixdə ona etibarnamə vermiş, beləliklə də hüquqi yardım almaq üçün qətiyyətli addım atmışdır. İş materiallarında olan yazışmalardan və etibarnamanin surətindən qeyd olunan fakt öz təsdiqini tapır. Lakin məhkəməyə təqdim edilmiş sənədlər və iddiaçının birinci vəkili Vəkil1 etiraf xarakterli ərizəsi ilə sübut olunur ki, iddia müddətinin ötürülməsi məhz vəkilin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir. Belə ki, iş materiallarında olan “Fides Vəkil Bürosu” tərəfindən verilmiş ******* nömrəli orderdən də görünür ki, tərəflər arasında müqavilə xx.xx.2025-ci il tarixdə bağlanılmış, xx.xx.2025-ci il tarixdə isə Vəkil1 hüququ yardım göstərilməsi üçün order verilmişdir. Vəkil öz ərizəsində də qeyd etmişdir ki, o məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət edilməsini zəruri görərək əvvəlcə sadəcə etibarnamə almaqla kifayətlənmiş, daha sonra isə order almış, lakin onun səhlənkarlığı nəticəsində məhkəməyə iddia ərizəsilə vaxtında müraciət edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 133.1-ci maddəsinə əsasən, Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.4-cü maddəsinə əsasən, Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının məhkəməyə müraciət üçün buraxdığı iddia müddəti üzrlü hesab edilməli və tələbin mahiyyəti üzrə araşdırılmasına başlanılmalıdır. Məhkəmə iddia tələbini əsaslı hesab edərək, qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunub ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Müəyyən olunur ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. Belə ki, iddiaçı 2019-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda stajçı kimi işə başlamışdır. Daha sonra xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmrlə dövlət qulluqçusu kimi işə qəbul edilmiş, lakin Fondun publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli əmrlə dövlət qulluğuna xitam verilmiş və bundan qısa müddət sonra, yəni xx.xx.2020-ci il tarixindən etibarən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir. İddiaçı faktiki olaraq daimi dövlət qulluğundan mülki işçi statusuna keçid etmiş və 4 ildən artıq eyni funksiyanı icra etmişdir. Onun faktiki olaraq işləməyə başladığı xx.xx.2019-cu il tarixdən isə 5 ildən çox müddət keçmiş, beləliklə də işçi fasiləsiz olaraq 5 ildən artıq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda işləmişdir. Məhkəmə qeyd edir ki, həmin müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Uzun müddət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur və ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməlidir. Müqavilə müddətsiz sayıldığına görə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanuna uyğun deyil. Odur ki, qeyd olunan əmr ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 İddiaçı tutduğu vəzifədən azad olunması haqqında 14 fevral 2025-ci il tarixli 3-17-1/3-4-258/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsində əvvəlki vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsindən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X18 İddiaçı tutduğu vəzifədən azad olunması haqqında 14 fevral 2025-ci il tarixli 3-17-1/3-4-258/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsində əvvəlki vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsindən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar