Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4088/2023 18.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X14 və Abasova (qızlıq soyadı Çukanova) Merfua Abdulşükürovnanın ölüm haqqında şəhadətnamələrində onların atası kimi göstərilən Abdul Əhmədcanoviç ilə Abdulşükür Əhmədcanoviçin eyni şəxs olması və X14 və Abasova (qızlıq soyadı Çukanova) Merfua Abdulşükürovnanın doğma bacı olmaları barədə hüquqi əhəmiyyəti olan faktın müəyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xalası, yəni anasının bacısı X22 xx.xx.2023-cü ildə vəfat etmişdir və bu barədə 5 saylı Bakı “ASAN Xidmət” X10 xx.xx.2023-cü il tarixli AZ-İİ №329985 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Xalası X15 miras olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 32 saylı evin yaşayış sahəsi 18 kv.m olan 7 saylı mənzili qalmışdır. Həmin mənzilin onun mülkiyyətində olması Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsindən verilmiş 30/1797 qeydiyyat nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat tarixli seriya ÖM № 200273 saylı xüsusi mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsi ilə təsdiq edilir. Xalası X22 ailəli olmamışdır və vəfat edən günə qanun üzrə vərəsə ola biləcək yeganə şəxs odur. Miras qoyan xalası X1 üzrə birinci növbə vərəsə ola biləcək atası X17 xx.xx.1984-cü ildə (ölüm haqqında şəhadətnamə İİİJQ №1264686 xx.xx.1984-cü ildə X30 tərəfindən verilib) və anası X21 isə xx.xx.2003-cü ildə (ölüm haqqında şəhadətnamə AZ-İ № 060407 xx.xx.2003-cü ildə Sabunçu rayon VVADQ Şöbəsindən verilib) vəfat etmişlər. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. X31 Əbdülşükürovna 22 dekabr 2016-cı ildə vəfat etmişdir və bu barədə Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsindən 24 dekabr 2016-cı il tarixli ölüm haqqında Şəhadətnamə verilmişdir. Xalası X14 atası, anası və bacısı, yəni onun anası Merfua vəfat etdiklərindən onun yeganə vərəsəsi olaraq ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 32 saylı evin yaşayış sahəsi 18 kv.m olan 7 saylı mənzili və digər bütün əmlakı (ev əşyalarını) faktiki olaraq qəbul edib idarə edir. Eyni zamanda bildirmişdir ki, xalasına həmişə o, baxmış, xəstəlik vaxtı ona o, qulluq etmiş və dəfn mərasimini də təşkil edərək onu Zabrat qəbirstanlığında anası Merfua ilə ataları Abdülun məzarları arasında dəfn etmişdir. Xalası X15 miras qalmış mənzili vərəsəlik qaydasında sənədləşdirmək istərkən məlum olmuşdur ki, doğma bacılar olan anası Merfua ilə Raisanın sənədlərində, o cümlədən ölüm haqqında şəhadətnamələrində ata adlarının sonluğunda fərq vardır. Belə ki, anasının sənədlərində Çukanova (Abasova) Merfua Abdulşükürovna, xalasının sənədlərində isə X22 göstərilmişdir. Göstərilənlərə əsasən anası Abasova (Çukanova) Merfua Abdülşükürovnanın sənədlərində göstərilən atası Çukanov Abdulşükür ilə xalası X14 sənədlərində göstərilən atası Çukanov Abdulun eyni şəxs olması və Abasova (Çukanova) Merfua Abdulşükürovna ilə X14 doğma bacı olmalarına dair hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Qeyd etmişdir ki, Çukanovlar ailəsi milliyətcə tatar olmaqla ikinci dünya müharibəsindən əvvəl Rusiyadan Azərbaycana köçmüşlər, anası Rusiyada, xalası isə Azərbaycanda doğulmuşlar. Anasının doğum haqqında şəhadətnaməsini əldə etmək və hansı səbəbdən ata adının Abdul əvəzinə Adulşükür göstərilməsini müəyyən etmək mümkün olmamışdır. X28 atası X33 ilə nikaha daxil olub ailə qurduqdan sonra Abasova soyadını götürmüşdür. Xalası X22 isə 12 iyul 1940-cı ildə Bakı şəhəri, Balaxanı qəsəbəsində anadan olmuş və onun adına verilmiş xx.xx.1940-cı il tarixli AA №021279 saylı təvəllüd şəhadətnaməsində atası X18, anası X21 göstərilmişdir. Ailə arxivində saxlanılan şəkillərdən də müəyyən edilir ki, Merfua ilə Raisa doğma bacıdırlar və onların atası kimi sənədlərdə göstərilən X17 ilə X3 eyni şəxsdir. Əmisi qızı, xx.xx.1951-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X13 (əlaqə tel: ***-***-**-**) məhkəmədə Çukanova (Abasova) Merfua Abdulşükürovna ilə X14 doğma bacı olmalarını və onların atasının eyni şəxs, yəni Abdul olmasını təsdiq edə bilər. Həmçinin, xalasının yaxın dostu, rəfiqəsi, uzun illər Bakı şəhərində, Mərkəzi Univermaqda X27 ilə birlikdə işləmiş xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatda olan və yaşayan X19 (əlaqə tel: ***- ***-**-**) məhkəmə qarşısında anası Merfua ilə Raisanın doğma bacı olmaqla Abdul kişinin qızları olmasını və onun Raisanın bacısı qızı olmağını təsdiq edə bilər. Həmçinin xalası ilə yaxın qonşuluq münasibətində olan və Bakı şəhəri, Zabrat-1 ünvanda 7B saylı evdə yaşayan X11 (əlaqə tel: ***- ***-**-**) onun Raisa Çukanovanın bacısı qızı olmağını, daima ona qulluq etməyini və dəfn mərasiminin onun tərəfindən keçirildiyini və Raisanın mənzilinin hazırda onun tərəfindən qəbul edilərək istifadəsində və idarəçiliyində olduğunu məhkəmədə təsdiq edə bilər. Yuxarıda şərh olunanlardan müəyyən edilir ki, Abasova (qızlıq soyadı Çukanova) Merfua ilə Çukanova Raisanın ölüm haqqında şəhadətnamələrində ata adları kimi göstərilən Abdulşükür Əhmədcanoviç ilə Abdul Əhmədcanoviç eyni şəxsdir. Vəfat etmiş xalası X15 miras qalmış mənzili qanun üzrə vərəsə kimi qəbul etmək üçün qohumluq faktının, yəni anası ilə onun doğma bacı olması və atalarının eyni şəxs olması faktını başqa qaydada müəyyən etmək mümkün olmadığına görə həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Göstərilənlərə əsasən X14 və Abasova (qızlıq soyadı Çukanovna) Merfua Abdulşukurovnanın doğma bacı olmaları barədə hüquqi əhəmiyyəti olan faktın müəyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı Ərizəçi nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X14 və Abasova (qızlıq soyadı Çukanovna) Merfua Abdulşukurovnanın doğma bacı olmaları barədə hüquqi əhəmiyyətli olan faktının müəyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Çukanovlar ailəsi milliyətcə tatar olmaqla ikinci dünya müharibəsindən əvvəl Rusiyadan Azərbaycana köçmüşlər, ərizəçinin anası Abasova (qızlıq soyadı Çukanovna) X5, xalası isə X22 Azərbaycanda doğulmuşlar. Ərizəçinin anasının doğum haqqında şəhadətnaməsini əldə etmək və hansı səbəbdən ata adının Abdul əvəzinə Adulşükür göstərilməsini müəyyən etmək mümkün olmamışdır. Ərizəçinin xalası X14 doğum haqqında şəhadətnaməsində isə ata adı Abdul göstərilmişdir. Bütün qohumlar bayramlarda və məclislərdə ərizəçinin evində yığışardılar və öz aralarında ərizəçinin babasına “Abdulşükür” deyərdilər, lakin onu “Abdul” kimi tanıyırdılar. X22 ailə həyatı qurmamış və övladı olmamışdır, Abasova (qızlıq soyadı Çukanovna) Merfua Abdulşukurovnanın isə yeganə övladı ərizəçidir. Bildirmişdir ki, X20 xx.xx.1984-cü il tarixdə, X21 xx.xx.2003-cü il tarixdə, X7 xx.xx.2016-cı il tarixdə, X22 isə xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşlər. Beləliklə, 1 dərəcə vərəsələr olmadığından, X14 övladı olmadığından və Abasova (qızlıq soyadı Çukanovna) Merfua Abdulşukurovnanın isə yeganə övladı Ərizəçi olduğundan, o, 2 dərəcə vərəsə hesab edilir. Lakin, Abasova (Çukanova) Merfua Abdulşükürovna ilə X14 doğma bacı olmalarına dair hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iş üzrə maraqlı şəxs Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontoru məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və onun nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, ərizəçi onun qohumudur, əmisi qızıdır. Belə ki, ərizəçinin anası X8 ilə X22 bacı olublar, Zabrat-1-də yaşayıblar. Onlar həmişə görüşmüş, bir-birinin evinə bayramlarda qonaq getmişlər. Ərizəçinin anası Merfua onun nənəsi ilə yaşayırdı. Bildirmişdir ki, onlar Rusiya Federasiyasından 5-6 ailə yığışıb, Bakı şəhərinə gəlmişlər. Onun babası 1941-ci il tarixdə müharibəyə getmiş və Ukrayna Respublikasında həlak olmuşdur. X21 103 yaşında rəhmətə getmişdir. Bütün qohumlar bayramlarda və məclislərdə onların evində yığışırdılar və X12 həyat yoldaşına öz aralarında “Abdulşükür” deyirdilər, lakin onlar onu “Abdul” kimi tanıyırdı. O, X22 ilə X2 bacı olmalarını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçinin xalası Raisa onun qonşusu olub. Raisa həmişə danışırdı ki, onun bacısı qızı Nizami metrosu yaxınlığında həyat yoldaşı ilə birlikdə yaşayır, Raisa da onun evinə gedirdi, orada da qalırdı. Artıq Raisa xəstə olandan sonra pensiya kartını ona vermiş, o isə pulu ordan çıxarıdıb ona gətirib verirdi və ondan evə ərzaq məhsullarını almağı xahiş edirdi. Bildirmişdir ki, Raisa yıxılaraq artıq gəzə bilmədikdə o, ona bacısı qızına zəng etməyi təklif etmişdir. Bundan sonra Raisa ona Elmiranın nömrəsini vermiş və o, onu yığmışdır. Raisa heç vaxt ailəli olmayıb və uşaqları da yoxdur. O, Raisa ilə tanış olanda, artıq Raisanın anası rəhmətə getmişdir. O, X22 ilə X2 bacı olmalarını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək bildirdi ki, o, ərizəçinin xalası Raisa ilə birlikdə 1981-ci ildən etibarən Mərkəzi Univermaqda işləyiblər, Raisa onu öz qızı kimi istəyirdi. Bildirmişdir ki, onlar işdən qayıdanda ərizəçinin anası onları metroda nahar yeməkləri ilə gözləyirdi və onları verəndən sonra hamı öz evinə gedirdi., demək olar ki, hər gün elə olurdu. Raisanın yalnız bir bacısı olub. O, X22 ilə X2 bacı olmalarını təsdiq edir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 14354617 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 08 aprel 1927-ci il tarixdə Rusiya Federasiyası, Kuybışev vilayətində anadan olmuşdur. - 18 yanvar 1955-ci il tarixli evlənmək haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 ilə X6 arasında 18 yanvar 1955-ci il tarixdə nikah bağlanmışdır. - Bakı şəhəri Yasamal rayonu Qeydiyyat Şöbəsinin AZ-İ 834663 saylı, 24 dekabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. - AA №021279 saylı, xx.xx.1940-cı il tarixli təvəllüd şəhadətnaməsinin təsdiq olunmuş surətinə əsasən X22 12 iyul 1940-cı il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsində anadan olmuş, atası X18, anası X21 göstərilmişdir. - 05 saylı Bakı “Asan xidmət” X16 AZ-İİ 329985 saylı, 07 mart 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 200273 saylı qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 32 saylı evin yaşayış sahəsi 18 kv.m olan 7 saylı mənzili X14 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 20 saylı reyestr kitabında 30/1797 saylı qeydiyyat nömrəsi ilə 22 iyul 2004-cü il tarixində qeydiyyat aparılmışdır. - Azərbaycan SSR X25 İİİJQ №1264686 saylı, 21 sentyabr 1984-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X20 xx.xx.1984-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Sabunçu rayonu VVADQ Şöbəsinin AZ-İ 060407 saylı, 05 dekabr 2003-cü il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X21 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X18 ilə X12 nikahından X6 və X22 adlı övladları olmuşdur. Abasova (Çukanova) X4 X26 ilə nikahından Ərizəçi adlı qızı dünyaya gəlmişdir. X22 heç bir zaman ailə qurmamış, övladları olmamışdır. İş materialları ilə və şahid ifadələri ilə o da müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 32 saylı evin yaşayış sahəsi 18 kv.m olan 7 saylı mənzili X14 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bacıların valideynləri vəfat etdiyindən, 1 dərəcə vərəsələrin olmadığı müəyyən edilmişdir. X7 xx.xx.2016-cı il tarixdə, X22 isə xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşlər. Beləliklə, 1 dərəcə vərəsələr olmadığından, X14 övladı olmadığından və Abasova (qızlıq soyadı Çukanovna) Merfua Abdulşukurovnanın isə yeganə övladı Ərizəçi olduğundan, o, qanun üzrə 2 dərəcə vərəsə hesab edilir. Beləliklə, iş üzrə toplanmış sübutlarla və eləcə də, şahid ifadələri ilə təsdiq olunur ki, X22 ilə Abasova (qızlıq soyadı Çukanova) Merfua Abdulşukurovna doğma bacıdırlar. Azərbyacan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1940-cı il təvəllüdlü X22 ilə, xx.xx.1927-ci il təvəllüdlü Abasova (qızlıq soyadı Çukanova) Merfua Abdulşukurovnanın doğma bacı olmaları faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü X22 ilə, xx.xx.1927-ci il təvəllüdlü Abasova (qızlıq soyadı Çukanova) Merfua Abdulşukurovnanın doğma bacı olmaları faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4088/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4088/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver