Məhkəmə qərarları › İş №2(004)-4092/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4092/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4092/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 İddiaçımülkiyyətində olan ünvan 1, 68 saylı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, o, cavabdehlərin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 68 nömrəli mənzili AN - İ ******* nömrəli, xx xxxxxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh1 almışdır. Daha sonra həmin mənzilə onun adına mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (elektron) da verilmişdir. Qeyd olunan alğı-satqı müqaviləsinə əsasən satıcı özünün və həmin mənzildə qeydiyyatda olan ailə üzvlərinin xx.xx.2019-ci il tarixədək qeydiyyatdan çıxacaqlarını öhdəsinə götürmüş, qısa bir müddətdə qeydiyyatdan çıxacaqlarına söz vermişdir. Hətta o, satıcının və onun ailəsinin başqa yaşayış sahəsinə köçürməsi üçün vaxta ehtiyacları olduğu üçün 30.01 2020-ci il tarixinədək cavabdehlərə mənzildə qalmağa razılıq vermiş və həmin ayın tamamında mənzili tərk etmişlər. Mənzildə yaşadıqları vaxt onların su borcu olmuş və Cavabdeh1 tərəfindən ödənilməmişdir. Hal-hazırda onun 340 manat su ilə bağlı kommunal borcu onun üzərində qalmışdır. Bundan əlavə mənzildə Cavabdeh1 və 4 nəfər ailə üzvünün qeydiyyatda qalması adambaşına kommunal xərclər və haqlar hesablanarkən onun ziyanına artıq məsrəflərə gətirib çıxarır. Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmamış uşaqları da - xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X6 da mənzildə qeydiyyatda qalmışdır. Lakin 10 aydan artıq müddətin keçməsinə baxmayaraq cavabdehlər bu günə kimi mənzilə qeydiyyatdan çıxmamışlar. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin o, məhkəməyə gəlməmişlər və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən, ünvan 1, 68 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2019-cu il tarixdə ********* nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Cavabdeh2 və X7 tərəfindən xx.xx.2019-cu il tarixdə yazılmış notarial qaydada təsdiq edilmiş ərizələrin surətinə əsasən, Cavabdeh1 məxsus olan ünvan 1, 68 saylı mənzilin satılmasına, bağışlanmasına, ipotekaya qoyulmasına, ipoteka yolu ilə satılmasına etiraz etmir, müqavilədə göstərilən müddətdə mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürürlər. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 43 saylı evin 68 saylı mənzil satıcı – Cavabdeh1 tərəfindən alıcının – İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan AR DİN-nin xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, Cavabdeh1, Cavabdeh2, X7, X6 və X8 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən 43 saylı evin 68 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur, cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1, Cavabdeh2 və X1 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlkov küçəsində yerləşən 43 saylı evin 68 saylı mənzilə istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X2 İddiaçımülkiyyətində olan ünvan 1, 68 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2, X7, X12 və X2 ünvan 1, 68 saylı mənzilə olan qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar