Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4096/2022 14.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın müqaviləsi əsasında iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.8 kv.m, 3 otaqdan ibarət, olan 165 saylı mənzilin maneələrin aradan qaldırılaraq onatəhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 21 yanvar 2009-cu il tarixdə “Yeni Yasamal" MTK ilə müqavilə əsasında dəyəri olan 84040 manat pulu tam ödəyərək Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.8 kv.m, 3 otaqdan ibarət olan 165 saylı mənzili tam dəyərini ödəyərək almışdır. Həmin mənzilə dair müqavilə bağlayarkən “Yeni Yasamal" MTK-nın direktoru X4 onlara bildirmişdir ki, iki il ərzində binanı tikib mənzili təhvil verəcək. Bina tam hazır olmasa da bir çox vətandaşlar onlara, müqavilə əsasında məxsus olan mənzillərində, bəzi təmir tikinti işləri aparırlar. Buna görə də o, cavabdehə müraciət edərək mənzilinin və giriş qapılarının açarlanın verilməsini xahiş etsə də, cavabdeh cürbəcür bəhanələr gətirərək mənzil sahəsini təhvil verməkdən imtina etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh MTK ilə ayrı-ayrılıqda İddiaçı və X7 ilə bağlanmış müqavilələrdə gösttərilə qiymətlərdən də görünür ki, üçüncü şəxs MTK tərəfindən aldadılmışdır. Çünki həmin dövrdə mənzilin müqavilədə göstərilən qiymətə olması mümkün deyil. Çünki bina hazır olmamışdan əvvək iddiaçıya hər kvadrat metri 550 manata, bina hazır olduqdan sonra isə X5 265 manata satılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil2u məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından da görünür ki, Cavabdeh MTK-nın nümayəndəsi kassasiya şikayətində qeyd etmişdir ki, X10 Cavabdeh MTK tərəfindən tikintiyə ayrılmış 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı 152.8 kv.m sahəsi olan 165 nömrəli mənzili xx.xx.2009- cu il tarixli müqavilə əsasında İddiaçı adlı şəxsə satmışdır. İddiaçı tərəfindən ona ödənilmiş 81 400 manat pul vəsaiti, yəni mənzilin dəyəri isə Cavabdeh Mənzil-Tikinti Kooperativinə ödənilməmişdir. Bu fakt istər X10 barəsində aparılan cinayət işi, istərsə də mülki icraat qaydasında Cavabdeh MTK tərəfindən verilmiş iddia tələbi üzrə çıxarılmış məhkəmə aktında öz təsdiqini tapır. Bundan başqa həmin fakt X10 tərəfindən yazılmış və Cavabdeh MTK-nın sədri Cahangir Alışova ünvanlanmış ərizə ilə də təsdiq edilir. Bu səbəbdən hesab edir ki, qeyd edilən mənzilə dair ilkin müqavilə X7 ilə bağlanmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Cavabdeh MTK-nın sədri Cahangir Alışov iddia tələbinə dair mülahizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ünvan 1 ünvanda «Yeni Yasamal” Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 2-ci giriş, 7ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152.8 kv.m, 3 otaqdan ibarət, olan 165 nömrəli mənzil 29 mart 2012-ci il tarixli müqavilə və maliyyə arayışı ilə X5 40500 manata razılaşdıraraq satılmışdır, Alıcı həmin sahənin dəyərini tam olaraq MTK-ya ödəmiş və sahə alıcıya təhvil verilmişdir. 2012-2014-cü illərdə həmin mənzil X7 tərəfindən təmir olunmuş və həmin vaxtlardan mənzildə oğlu X8 ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı MTK-a tərəfindən verilmiş mənzilə dair müqavilə və maliyyə arayışı binada podrat işləri ilə məşğul olan X10 tərəfindən Cavabdeh MTK-nın təqdim etdiyi sənədlərə əsasən, tikintinin tam başa çatdırılması üçün podratçıya verilməsi nəzərdə tutulan yaşayış sahəsindən 8667 kv.metr yaşayış sahəsi Məsud Əhmədov tərəfindən ilkin olaraq satılsa da, onun yerinə yetirdiyi faktiki işin tikinti sahəsi ilə dəyəri isə nəzarət-ölçü nəticəsində faktiki olaraq 3161 kv.metr təşkil etdiyi məlum olmuşdur. Binanın tikintisində məsul olan podratçı M.Əhmədov "xxxx" MTK-nın binasının tikintisini təməl işlər istisna olmaqla 1- 9cu mərtəbənin döşəməsinə qədər monolit dəmir-beton, kərpiç hörgü PVC plastik qapıpəncərə işlərini görmüş, öhdəliyi olduğu halda binanı tam başa çatdırmaq əvəzinə yarımçıq qoyub qaçmış, Kooperativdə mənzilləri və qeyri-yaşayış sahələrini yazdırmaqla vətəndaşlardan aldığı ******* manatdan cəmi ******* manat tikintiyə xərcləməklə qalan ******* manatı mənimsəmişdir. Podratçı M.Əhmədov Cavabdeh MTK-nın binasından yaşayış və qeyri-yaşayış sahələrini müxtəlif şəxslərin adlarına yazdıraraq pullarını mənimsəmişdir. X10 165 saylı mənzillə bağlı MTK-a sədri olaraq onun adına ərizə ilə müraciət edərək, İddiaçı verilmiş müqaviləni ləğv etməyi və hər hansı bir problem yaranarsa məsuliyyəti özü daşıyacağını bildirmişdir. İddiaçı Yeni Yasamal MTK-nın rəhbər şəxsləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılmış cinayət işi ilə bağlı 2014-2019-cu illərdə həm məlumatlı olmuş, həm də istintaqda dindirilmişdir. Bundan əlavə İddiaçı əvəz olaraq 102 kv.metr qeyri-yaşayış sahəsi də verilmiş və ərizə ilə müraciət edərək həmin sahəni X6 adına rəsmiləşdirmişdir. Lakin sonradan məhkəmə mübahisəsi olmuş və X6 iddiası birinci, apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən rədd olunmuş, Yeni Yasamal MTK-nın xeyrinə qətnamə qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçısının izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Cavabdeh MTK ilə İddiaçı (alıcı) arasında xx.xx.2009-cu il tarixdə "xxxx" müqavilə bağlanmış, həmin müqaviləyə görə adı çəkilən MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən 152,8 m2 sahəsi olan 3 otaqdan ibarət 165 saylı mənzilin alıcıya təhvil verilməsi və mənzilin ümumi dəyərinin 84040 manat məbləğində müəyyən olunaraq ödənilməsi razılaşdırılmışdır. Cavabdeh MTK-nın xx.xx.2009-cu il tarixli maliyyə arayışına görə sözügedən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh MTK ilə X7 (alıcı) arasında xx.xx.2012-ci il tarixdə "xxxx" müqavilə bağlanmış, həmin müqaviləyə əsasən MTK, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasında 165 nömrəli mənzili alıcı Elçin Abdullayevə təhvil verməyi, alıcı isə həmin mənzili qəbul edərək mənzilin qabaqcadan müəyyənləşdirilmiş haqqını – yəni 40500 manat məbləğini ödəməyi öhdələrinə götürmüşdür. Cavabdeh MTK-nın həmin 29 mart 2012-ci il tarixli maliyyə arayışına görə sözügedən mənzilin dəyəri Elçin Abdullayev tərəfindən tam ödənilmişdir. X10 Cavabdeh MTK-nın sədri Cahangir Alışova ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən 152,8 m2 sahəsi olan 3 otaqdan ibarət 165 saylı mənzil onun tərəfindən İddiaçı satılmış, lakin İddiaçı tərəfindən ödənilmiş 81400 manat onun tərəfindən MTK-ya ödənilməmişdir. Odur ki, həmin mənzili MTK-ya qaytararaq İddiaçı tərəfindən ödənilmiş 81400 manatı ona geri qaytarmağı və gələcəkdə həmin mənzillə bağlı hər hasnı mübahisəli məsələ yaranarsa cavabdehliyi öz öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci blok, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 152.8 kv.m, 3 otaqdan ibarət olan 165 saylı mənzilə yerli baxış keçirilmiş və məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd edilən mənzil tam təmirli olmaqla mənzildə Abdullayev Elçin ailə üzvləri ilə birlikdə yaşayır. Mənzildə yaşayan X2 Orxan mənzilin atasına məxsus olduğunu, atasının mənzili 2012-ci il tarixli müqavilə əsasında əldə etdiyini və 2015-ci ildən qeyd edilən mənzildə yaşadıqlarını bildirmişdir. Beləliklə, işin müəyyən olunmuş hallarına görə Cavabdeh MTK ilə ayrı-ayrılıqda həm İddiaçı və həm də maraqlı şəxs X7 arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və onlar tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmişdir. Adı çəkilən MTK ilə İddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, MTK mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, maraqlı şəxs X1 və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İşin hallarından aydın olur ki, iddiaçı, mənzil maraqlı şəxsin sahiblik və istifadəsinə verilənədək, həm də bundan sonra keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Yuxarıda da göstərildiyi kimi, mübahisəli mənzilin yerləşdiyi bina Cavabdeh MTK tərəfindən inşa edilmiş, MTK inşa etdiyi həmin binanın eyni mənzilinə dair həm iddiaçı və həm də maraqlı şəxs ilə eyni məzmunlu müqavilələr bağlamış və onlar tərəfindən mənzilin dəyəri ayrı-ayrılıqda tam ödənilmiş, MTK isə sözügedən ünvanda inşa etdiyi həmin binanın 1-ci giriş, 6-cı mərtəbəsində yerləşən 155.6 m2 sahəsi olan 3 otaqdan ibarət 37 saylı mənzilini həmin şəxslərlə ayrı-ayrılıqda bağlanmış eyni məzmunlu müqavilələrə əsasən onlara təhvil verməyi öhdəsinə götürmüşdür. Bununla belə, MTK sözügedən müqavilələrlə fərdən müəyyən edilmiş həmin mənzili iddiaçıya deyil, maraqlı şəxs Elçin Abdullayevə təhvil vermiş və sonuncu mənzili təmir etdirilməklə ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X10 Cavabdeh MTK-nın sədri Cahangir Alışova ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən 152,8 m2 sahəsi olan 3 otaqdan ibarət 165 saylı mənzil onun tərəfindən İddiaçı satıldığını, lakin İddiaçı tərəfindən ödənilmiş 81400 manat onun tərəfindən MTK-ya ödənilmədiyini qeyd etsə də, iş materiallarında olan xx.xx.2009-cu il tarixdə "xxxx" müqavilədən və eyni tarixli maliyyə arayışından görünür ki, müqavilə Cavabdeh MTK ilə bağlanmış, maliyyə arayışı da Cavabdeh MTK-nın sədri tərəfindən verilmişdir. Qeyd edilən müqavilə qüvvədədir. Bununla da, MTK maraqlı şəxs Elçin Abdullayevlə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2009-cu il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə müqavilədən irəli gələn öhdəliklər mövcud olduğundan, əşyanın (mənzilin) alınmasına müəyyən vəsait sərf etmiş şəxslər (iddiaçı və maraqlı şəxs) kreditor, öhdəliyin icrasını təmin etməyi üzərinə götürən MTK isə borclu hesab olunur. Bu mənada məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında ayrı-ayrılıqda yaşayış binasında mənzil tikintisi ilə əlaqədar bağlanmış müqavilələr podrat müqaviləsi olduğundan mübahisə üzrə həmin münasibətləri tənzimləyən Mülki Məcəllənin XXXİX fəslinin müddəalarının tətbiq olunması istisna edilmir. Mülki Məcəllənin həmin fəsildə yer alan 752.2-ci maddəsinin tələblərinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. İş materiallarından aydın olur ki, MTK öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz maraqlı şəxs Elçin Abdullayevin mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur; bu isə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının analoji işlər üzrə qəbul edilmiş qərarlarında formalaşdırdığı hüquqi yanaşmaya görə, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzilin verildiyi şəxs həmin mənzilə sahiblik və istifadə hüququ əldə edir və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə edir. (2(102)- 88/2019 saylı iş üzrə 07 yanvar 2019-ci il tarixli Qərar). Maraqlı şəxs Elçin Abdullayev lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil maraqlı şəxs Elçin Abdullayevə verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, mübahisəli mənzil iş üzrə maraqlı şəxs Elçin Abdullayevə təhvil verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən digər şəxslərin tələbləri əsaslı hesab oluna bilməz və bu baxımdan İddiaçı Cavabdeh MTK-ya qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinı dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh MTK-ya qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4096/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4096/2022
14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver