Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4100/2021 29.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Accessbank QSC-yə qarşı "zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "Accessbank QSC-yə qarşı "zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə 04.06.2021-ci il tarixdə məhkəmyə müraciət edərək Cavabdeh QSC arasında bağlanmış 16.01.2014-cü il tarixli, 22S000007951 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, 16.01.2014-cu il tarixli zaminlik müqaviləsinə xitam verilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırki tələbi onunla bağlıdır ki, hazırki müqavilə üzrə onu tanış etmədən ona 120 aylıq qarşı tərəfin götürdüyü 20.000 ABŞ dolları məbləğində müqavilə imzalatmışlar. Hazirki tələb üzrə müqavilənin sonuncu müddətinin yəni qarşı tərəfin məhkəməyə mübahisə qaldırdığı andan və Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasına əsasən kredit alan şəxslər müqavilə bağlanması 2019-cu il 31 dekabra qədər nəzərdə tutulmuşdur. Bu səbəbdən nə o, nə də ki, borclu digər tərəf banka dəvət edilməmişdir. Zamin olduğunu bilirdi və X3 zamin durmuşdur. Hazırda həmin borca görə digər banklara müraciət edən zaman çətin vəziyyətdə qalır. Adı sistemdə qara siyahıda olduğundan övladıma toy etmək üçün kredit götürə və digər addımlar ata bilmir. Hesab edir ki, Prezidentin Fərmanı olduğundan və hazırki müqavilənin yenidən borclu ilə rəsmilləşdirilməsini nəzərə alaraq onun zamin olaraq bankın ondan tələb irəli sürməsi və tələb etmə müddətin ötməsini nəzərə alaraq zaminliyə xitam verillməlidir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, bu işlə bağlı bankın iddia tələbi olmuşdur, hansı ki, əsas borclu X2r. X1 öhdəliklərini təmin etmək məqsədilə iddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank 2017-ci ildə kredit müqaviləsindən irəli gələn borcla bağlı Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qətnaməsinə əsasən yaranmış borc borclu və zamindən müştərək qaydada tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Axırıncı restrukturizasiya müqaviləsi 07.03.2016-cı il tarixdə bağlanmışdır. Müqavilənin müddəti 2019-cu ildə bitmişdir. Yəni müqavilənin müddəti bitmədən, 2017-ci ildə bank məhkəməyə müraciət etmişdir. Buna görə də hazırki iddia əsassızdır. İddanın rədd olunmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış 16.01.2014-cü il tarixli, 22S000007951 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı bankla X4 arasında bağlamış 16.01.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Salyan rayon Məhkəməsinin 2(057)-508/2018 saylı, 23.07.2018-ci il tarixli qətnaməsinə əsasən 16.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər X4 və İddiaçı müştərək qaydada ümumilikdə 8218,03 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə zaminlik müqaviləsi bağlayaraq kredit müqaviləsi üzrə zamin durmuş, borclu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən məhkəmə qətnaməsinə əsasən yaranmış borc borclu və zamindən müştərək qaydada tutulmuş və həmin məhkəmə qətnaməsi icra olunmuşdur. Hazırda iddiaçı cavabdehlə bağladığı zaminlik müqaviləsinə xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Çünki, iş materialları ilə sübut olunur ki, Cavabdeh QSC borclu və zaminə qarşı məhkəmədə iddia qaldırmış və məhkəmənin qətnaməsi ilə borc məbləği borclu və zamindən müştərək qaydada tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh "Accessbank QSC-yə qarşı onunla Cavabdeh QSC arasında bağlanmış 16.01.2014-cü il tarixli, 22S000007951 saylı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220-ci, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Accessbank QSC-yə qarşı onunla Cavabdeh QSC arasında bağlanmış 16.01.2014-cü il tarixli, 22S000007951 saylı zaminlik müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4100/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4100/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver