Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4111/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ünvan 1 ünavnda yerləşmiş 8 saylı yaşayış evinə görə kompensasiyadan əlavə olaraq verilmiş 21970 (iyirmi bir min doqquz yüz yetmiş) manat yardımın ¼ hissəsinin yəni, 5492 (beş min dörd yüz doxsan iki) manatın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o qardaşı, cavabdeh X14 Əsgər ilə birgə Bakı şəhəri ünvan 1 ünavnda olmuş 8 saylı evin mülkiyyətçisi olmuşlar. 2019-cu ildə Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsində sökülən fərdi yaşayış evlərinin və qeyr-yaşayış sahələri sökülərək həmin daşınmaz əmlakların mülkiyyətçiləri ilə notariat qaydasında alqı-satqı müqavilələri bağlanaraq kompensasiyalar verilmişdir. Fərdi yaşayış evlərinə görə 1 kv.metr hesabı ilə 1500 manat verilmişdir. Sonradan isə yaşayış sahələri az olan mülkiyyətçilərə əlavə olaraq yardım olunmuşdur. ünvan 1 ünvanda yerləşmiş 8 saylı evin 104 kv metr yaşayış sahəsinin ev sökülərkən evin dəyəri 153 800 manat məbləğində dəyərləndirilmiş, həmin məbləğdən ona evin 1/4 hissəsinin mülkiyyətçisi kimi 26 kv. metr yaşayış sahəsinə görə bank hesabına 35 000 manat köçürülmüşdür. Bundan sonra Cavabdeh ilə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti arasında bağlanmış əlavə razılaşmaya görə evə kompensasiya şəklində verilmiş məbləğə əlavə olaraq, onun payına düşən yaşayış sahəsi də daxil olmaqla, mənzilin ümumi 89.70 kv. m. yaşayış sahəsinə görə yardım kimi 21970 manat pul ödənilmişdir. Həmin pulu Cavabdeh almışdır. Vəkilin sorğusuna Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş 28 aprel 2021- ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Cavabdeh ünvan 2 ünvanda faktiki mövcud olmuş mənzilinə görə hesablanmış kompensasiya məbləindən əlavə olaraq müəğyyən olunmuş qaydada maddi yardım məbləği hesablanarkən mənzilin ümumi faktiki sahəsi yəni, 89.70 kv. metr sahə əsas götürülməklə həmin sahəyə uyğun olaraq 21970.00 manat məbləğində maddi yardım hesablanmış və həmin məbləğ Cavabdeh ilə razılaşdırılaraq notarial qaydada bağlanmış müqavilə əsasında müvafiq müvəkkil bankda onun adına açılmış hesaba köçürülməklə 2020-ci ilin yanvar ayında Cavabdeh tərəfindən nəğd qaydada götürülmüşdür. Qeyd olunan mənzilə görə həm kompensasiya, həm də maddi yardım faktiki mövcud olmuş bütün sahəyə hesablandığı üçün Cavabdeh və İddiaçı arasında həmin madii yardım da ümümilikdə hesablanmış kompensasiya məbləğini böldükləri qaydada öz aralarında bölməli idilər. Göründüyü kimi bütün sahə üçün hesablanmış maddi yardımı Cavabdeh götürdüyü üçün İddiaçı ona ödənilmiş kompensasiya məbləğinə uyğun maddi yardımı Mahir Kərimi idən tələb edə bilər . Məktubdan məlum olur ki, cavabdehlə mənim birgə mülkiyyətində olmuş bütün mənzilə görə kompensaiyadan əlavə olaraq 21970 manat ödənilmiş və həmin məblkəğdən cavabdeh mənim payına düşən ¼ hissəsini yəni 5 492 manatı ona verməlidir. Mən cavabdehə bu pulun verilməsini təklif etsə də, cavabdeh həmin təklifi rədd etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən mənzilin hər kv.na 500 manat ödəmək əvəzinə 175 manatdan ödəniş edilmişdir, yəni kompensasiya və yardım ona az hesablanmışdır. Bununla bağlı da müvafiq orqanlara müraciət etmişdir. Hələ bir cavab verilməmişdir. Mənzilə görə kompensasiya şəklində verilmiş məbləğə əlavə olaraq, yardım kimi 21970 manat pul ona ödənilmişdir, çünki bütün orqanlara onun tərəfindən müraciət edilmişdir. İddiaçı bu proseslərin heç birində iştirak etməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Əli oğlu ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti arasında bağlanılmış AN-İ saylı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.7 kv/m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə İddiaçı Əli oğluna məxsus ¼ hissəsini Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti 35000 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 28 aprel 2021ci il tarixli məktubundan görünür ki, Cavabdeh ünvan 2 ünvanda faktiki mövcud olmuş mənzilinə görə hesablanmış kompensasiya məbləindən əlavə olaraq müəğyyən olunmuş qaydada maddi yardım məbləği hesablanarkən mənzilin ümumi faktiki sahəsi yəni, 89.70 kv. metr sahə əsas götürülməklə həmin sahəyə uyğun olaraq 21970.00 manat məbləğində maddi yardım hesablanmış və həmin məbləğ Cavabdeh ilə razılaşdırılaraq notarial qaydada bağlanmış müqavilə əsasında müvafiq müvəkkil bankda onun adma açılmış hesaba köçürülməklə 2020-ci ilin yanvar ayında Cavabdeh tərəfindən nəğd qaydada götürülmüşdür. Qeyd olunan mənzilə görə həm kompensasiya, həm də maddi yardım faktiki mövcud olmuş bütün sahəyə hesablandığı üçün Cavabdeh və İddiaçı həmin maddi yardımı ümumilikdə hesablanmış kompensasiya məbləğini böldükləri qaydada öz aralarında bölməli idilər. Göründüyü kimi, bütün sahə üçün hesablanmış maddi yardımı Cavabdeh götürdüyü üçün İddiaçı ona ödənilmiş kompensasiya məbləğinə uyğun maddi yardımı Cavabdeh tələb edə bilər. İş materiallarında olan 12.01.2020-ci il tarixli razılaşmanın surətindən görünür ki, Cavabdeh Əli oğlu ilə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti arasında bağlanmış əlavə razılaşmaya görə evə kompensasiya şəklində verilmiş məbləğə əlavə olaraq, onun payına düşən yaşayış sahəsi də daxil olmaqla, mənzilin ümumi 89.70 kv. m. yaşayış sahəsinə görə yardım kimi 21970 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 89.70 kv/m olan fərdi yaşayış evinin ¼ hissəsi İddiaçı Əli oğlunun mülkiyyətində olmuşdur. 2019-cu ildə Bakı şəhəri Yasamal rayonu Abdulla Şaiq küçəsində sökülən fərdi yaşayış evlərinin və qeyr-yaşayış sahələri sökülərək həmin daşınmaz əmlakların mülkiyyətçiləri ilə notariat qaydasında alqı-satqı müqavilələri bağlanaraq kompensasiyalar verilmişdir. ünvan 1 ünvanda yerləşmiş 8 saylı evin 104 kv metr yaşayış sahəsinin ev sökülərkən evin dəyəri 153 800 manat məbləğində dəyərləndirilmiş, həmin məbləğdən ona evin 1/4 hissəsinin mülkiyyətçisi kimi 26 kv. metr yaşayış sahəsinə görə bank hesabına 35 000 manat köçürülmüşdür. Daha sonra Cavabdeh Əli oğlu ilə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti arasında bağlanmış əlavə razılaşmaya görə evə kompensasiya şəklində verilmiş məbləğə əlavə olaraq, onun payına düşən yaşayış sahəsi də daxil olmaqla, mənzilin ümumi 89.70 kv. m. yaşayış sahəsinə görə yardım kimi 21970 manat pul ödənilmişdir. Belə ki, ümumi yaşayış sahəsinə görə yardım kimi 21970 manat pul məbləği cavabdeh tərəfindən qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 104.7 kv/m olan fərdi yaşayış evinin ¼ hissə paylı mülkiyyətçisi kimi İddiaçı Əli oğlu Cavabdeh Əli oğlundan 5492 (beş min dörd yüz doxsan iki) manat məbləğində pulu tələb etməkdə haqlıdır və iddia tələbi tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsindən görünür ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 216-cı maddəsinə əsasən, mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 2 ünvanında yerləşən 8 saylı yaşayış evinə görə verilmiş 21970 manat məbləğində yardımın ¼ hissəsi yəni, 5492 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, dalan 2 ünvanında yerləşən 8 saylı yaşayış evinə görə verilmiş 21970 manat məbləğində yardımın ¼ hissəsi yəni, 5492 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4111/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4111/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver