Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4123/2021 07.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC 02.12.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh2 110,65 manat (yüz on manat altmış beş qəpik) məbləğində borc, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu, 30 (otuz) manat xidmət haqqı olmaqla cəmi 40 (qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, cəmi 180,65 (yüz səksən manat altmış beş qəpik) məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, “Expressbank" ASC ilə borcalan Cavabdeh2 arasında 15 yanvar 2018-ci il tarixli, 104810-159973/2 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 26 % dərəcəsi ilə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31,15 kv.m-dən ibarət 154 nömrəli mənzil 15 yanvar 2018-ci il tarixli, 104810- 159973/2 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Kredit Müqaviləsi üzrə borclu Cavabdeh2 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "xxxx" ASC-nin məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Lakin bank tərəfindən məhkəməyə müraciət edildikdən sonra Cavabdeh2 tərəfindən banka 5200 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda qalıq borc olan 110,65 manat məbləğində borc, 10 manat bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu, 30 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat, cəmi 180,65 məbləğində pulun cavabdehdən tutulması zərurəti yaranmışdır. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, hazırki bankda 9 ilin müştərisidir. Pandemiyaya qədər onun ödəmələrində gecikmə olmamışdır. O, krediti dükanı üçün götürmüşdür. 2019-cu ildən sonra dükan pandemiyaya görə bağlanmışdır. Bununla bağlı özü banka gedərək, dəfələrlə xahiş etmişdir. O, puldan ödəsə də, əsas və faiz məbləğindən pul silinməmişdir. Həmçinin bu müddətdə COVİD19 infeksiyasına da yoluxmuşdur. Ağır tibbi əməliyyat keçirmişdir. Dəfələrlə banka hissəhissə ödəməyi bildirsə də, bank razı olmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, pandemiyaya görə işləməyə imkan olmamışdır. Anası iki ay əvvəl əməliyyat olunmuşdur. Onlar borcu ödəməkdən yayınmırlar. Banka dəfələrlə bildirmişlər ki, hissə-hissə pulu ödəsinlər, ancaq bank razı olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15.01.2018-ci il tarixli, 104810-159973/2 nömrəli kredit müqaviləsinə əsasən, bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26% ödəmək şərtilə 12000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.04.2021-ci il tarixli, 001/007/1396/2021 saylı bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 16.05.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 15.01.2019-cu il tarixli, 104810-159973/2 nömrəli kredit müqaviləsi üzrə 16.05.2021-ci il tarixə 4607,17 manat əsas, 703,48 manat faiz borcu olmaqla, cəmi 5310,65 manat məbləğində borcu vardır. İş materiallarında olan 14.04.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən ********** nömrəli ərizə üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən ********** nömrəli ərizə üçün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 07.09.2021-ci il tarixli, TT21250SL7ZN saylı nağd pulun mədaxili qəbzinə əsasən Cavabdeh2 AZ34AZEN******************** nömrəli hesaba 5200 manat məbləğində kredit ödənişi etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). İş materiallarında müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 110,65 manat (yüz on manat altmış beş qəpik) məbləğində borc, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu, 30 (otuz) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, cəmi 180,65 (yüz səksən manat altmış beş qəpik) məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 110,65 manat (yüz on manat altmış beş qəpik) məbləğində borc, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu, 30 (otuz) manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat, cəmi 180,65 (yüz səksən manat altmış beş qəpik) məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4123/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4123/2021
07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver