Məhkəmə qərarları › İş №2(004)-4124/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4124/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4124/2022 04.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı X1 2006-cı ilə ilə tarixdə Bakı Qızlar Universitetinə qəbul olmuş və 2010-cu il tarixdə isə həmin Universiteti bitirmişdir. 2011-ci il tarixdən 2014-cü il tarixədək qızı Humay Bağırova Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən 110 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. 2015-ci il tarixdən, 2016cı il tarixədək Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. Humay Bağırovanın müəllimə işləməsi üçün diplomu əsas verir ki, o, həm müddətli müqavilə ilə və həmdə müddətsiz müqavilə ilə tam orta məktəbində işləyə bilər. Təxminən 2020-ci ilin avqust ayında müəllimlərin işə qəbulu üzrə Azərbaycan Respublikası Təhsil Naziriliyində test vasitəsi ilə imtahan keçirilmiş və həmin test imtanında qızı Humay Bağırova da iştirak etmişdir. Bakı şəhəri üzrə keçid bal 48 olmuş, qızı Humay Bağırova isə cəmi 40 bal toplamışdır. Buna görə də o, qızı Humay Bağırova ilə birlikdə həmin balın tam dəqiqləşdirilməsi üçün Bakı şəhərində yerləşən Baş Təhsil İdarəsinə getmişdir. Orada ona qızı Humay Bağırovanın 40 bal toplaması, Bakı şəhəri üzrə tam orta məktəblərinə daxil olması mümkün olmadığı və həmin bal üzrə Respublikanın rayon və kənd tam orta məktəblərində işləməsinin mümkün olduğu bildirilmişdir. O və qızı ailə vəziyəti ilə əlaqədar olaraq buna razı olmamışdır. Təxminən sentyabr ayının əvəllərində onlar bu barədə baldızı İpəknaz Əhmədovaya məlumat vermişdir. O isə iddiaçıya özünün iş yoldaşı olan Xanəli adlı şəxsi məsləhət görərək bu işdə ona köməklik göstərməsini bildirmişdir. Elə həmin vaxt ipəknaz Əhmədova ona Xanəlinin istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun nömrəsini vermişdir. O, Xanəli ilə əlaqə saxlamışdır. Xanəli isə ona özünün tanışı olan cavabdeh Əflan İbrahimovun bu işdə köməklik edəcəyini bildirərək Əflan İbrahimovun istifadə etdiyi ***-***-**-** saylı mobil telefonu nömərəsini vermişdir. O, 14 sentyabr 2020-ci il tarixdə Əflan İbrahimovun istifadə etdiyi ***-***-**-** saylı mobil telefonuna zəng edərək onun dəvəti ilə Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbin yaxınlığında yerləşən evlərin alqı-satqı məntəqəsində görüşmüşlər. Görüş zamanı o, cavabdeh Əflan İbrahimovla tanış olmuşdur. Bu zaman Əflan özünü ona həmin evlərin alqı-satqı məntəqəsinin rəhbəri kimi təqdim etmişdir. Bundan sonra o, Əflan İbrahimova bütün məsələləri danışdıqdan sonra, həmin vaxtı onun yanında tanışı olan İsaməddin adlı şəxsə zəng edərək məsələni həll edəcəyi barədə məlumat vermiş və sonra isə İsaməddinin istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun nömərəsini iddiaçıya vermişdir. O, İsaməddinlə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Telefonda İsaməddin isə ona qızı Humay Bağırovanın Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işləməsi üçün ondan Təhsil Nazirliyinə 6000 manat rüsüm ödənilməli olmasını bildirmişdir. O, İsaməddinlə razılaşmış və bundan sona İsaməddin ona təcili olaraq yəni 15 sentyabr 2020-ci il tarixdək görüşmələrini bildirmişdir. Belə ki, 15 sentyabr 2020-ci il tarixdə saat 12:00 radələrində o, ünvan 1 ünvanın qarşısında İsaməddinlə görüşmüş, görüş zamanı İsaməddinlə tanış olaraq və onun təklifi ilə həmin ünvandan bir qədər öndə çay evinə dəvət etmişdir. Həmin çay evinin qarşısında onun tanışı olan Lütvi adlı şəxslə iddiaçını tanış etmişdir. Bundan sonra, iddiaçı İsaməddin və Lütvi ilə birlikdə həmin çay evində oturub çay içmiş və İsaməddin onu Lütvi ilə tanış etmişdir. Tanışlıq zamanı İsaməddin ona Lütvini dəqiq adını çəkmədiyi tam orta məktəblərin birində müəllim kimi təqdim edərək qızı Humay Bağırovanın Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işə düzəlməsi üçün onlara Təhsil Nazirliyinə 6000 manat rüsum ödənilməli olmasını bildirmişdir. Bundan sonra iddiaçı onlarla razılaşmış və özü ilə evdən götürdüyü hamısı 100 manatlıq pul əskinasları olmaqla ümumlikdə 6000 manat pulu sayıb İsaməddinə vermiş, İsaməddin isə iddiaçının yanında Lütviyə təqdim edərək həmin pulları sayıb götürməsini bildirmişdir. Bu zaman Lütvi onların yanında həmin pulları sayıb düz olduğunu bildirərək pulları götürmüşdür. Bundan sonra İsaməddin və Lütvi onu tam əmin edərək qızı Humay Bağırovanın işini qısa müddət ərizində düzəldəcəklərini bildirmişlər. İddiaçı isə onlara inanaraq, İsaməddinin təklifi ilə Lütvi tərəfindən onun qızı Humay Bağırovanın işini həll etməsi üçün 6000 manat pulun almasından ötrü rəsmi olaraq qəbz yazıb hər ikisi qəbzə imza edərək iddiaçıya təqdim etmişlər. Bundan sonra işləri alınmamış və dəfələrlə həmin şəxslərlə mütamadi olaraq əlaqə saxlasa da onlar iddiaçının telefon zənginı cavab verməmişlər. Həmin anda anlamışdır ki, onu aldadaraq ona məxsus 6000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Buna görə də o, məcbur olub 16 aprel 2021-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermiş və elə həmin günü Yasamal RPİnin 29-cu PŞ-nə gedərək orada şikayət ərizəsi ilə müraciət edərək, Lütvinin, İsaməddin və digərlərinin cinayət məsuliyətinə cəlb olunmasını və ona dəymiş ziyanın ödənilməsinə köməklik etməsini xahiş etmişdir. Ona vurulmuş ziyandan cavabdeh 1500 manatını geri qaytarmışdır ki, cavabdehin hazırda 4500 manat borcu qalmışdır. Onun və digərlərinin şikayəti üzrə cavabdehə cinayət işi açılmış və nəticədə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (104)-43/2022 saylı Hökmü ilə cavabdeh olan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4- cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda da cavabdehdən qalan 4500 manat pulumun geri qaytarılması barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh müvəqqəti saxlandığı Bakı İstintaq Tədricxanası üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bilidirşi göndərilməklə məlumat verilmiş, cavabdeh iddia tələbinə dair hər hansı etiraz və mükahizələrini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-43/2022 nömrəli hökmündən görünür ki, məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs Cavabdeh ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, Hacıbabadan qızı Humay Bağırovanın Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işləməsi üçün ondan Təhsil Nazirliyinə 6000 manat rüsüm ödənilməsi adı ilə hamısı 100 manatlıq pul əskinasları olmaqla ümumlikdə 6000 manat pulu aldığını, həmin vaxtı Hacıbabanın təklifi ilə onun tərəfindən İddiaçı qızı Humay Bağırovanın işini həl etməsi üçün 6000 manat pulun almasından ötrü rəsmi olaraq qəbz yazdığını və həmin qəbzə imza etdiyini, Hacıbabanın təkidilə İsaməddinin onun bir yerlisi kimi pulun verilməsində iştirak etdiyindən həmin qəbzə imza etdiyini, lakin İsaməddinə heç bir pul verilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, araşdırılan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Cavabdeh tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəsasına məhkum edilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, Əliyev X2 Bağırovdan xx.xx.2020-ci il tarixdə 6000 manat puıl aldığını qeyd etmiş və qeyd etdiklərini öz imzası ilə təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)- 43/2022 nömrəli hökmünə Cavabdeh İddiaçı qızı Humay Bağırovanın Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işləməsi üçün ondan Təhsil Nazirliyinə 6000 manat rüsüm ödənilməsi adı ilə 100 manatlıq pul əskinasları olmaqla ümumlikdə 6000 manat pulu aldığı təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu halda cavabdeh hüquqi əsas olmadan İddiaçı əmlakı hesabına varlanmışdır. Ona görə iddiaçı, Cavabdeh tərəfindən əsassız olaraq əldə edilmiş 6000 manat pulun cavabdeh tərəfindən ödənilməmiş qalan 4500 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65 (altmış beş) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65 (altmış beş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar