Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4140/2020 24.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı Babayev X3 iştirakı ilə, İddiaçı Babayev X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Babayev X4 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus ünvan 2, 157 nömrəli fərdi yaşayış evinə istidafə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, ünvan 2, ev 157 ünvanında yerləşən 1 otaqlı mənzili Bakı şəhəri 11 saylı Dövlət Notariat kontorunda, xx xxxx 2020-ci ildə bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən vətandaş Cavabdeh1 almışdır. Belə ki, yaşadıgı mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında onun öz adına qeydə alınmış və ona ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda mənzilə sahiblik, sərəncam və istifadə hüquqları ona məxsusdur. Lakin cavabdehlərin təqsiri ucbatından o, mənzildən istifadə hüququndan məhrum olmuşdur. Çünki Cavabdeh1 mənzili satmasına baxmayaraq, ailə üzvləri ilə birlikdə mənzildən pasport qeydiyyatından çıxmamışdır və iddiaçıda olan məlumata görə, haradasa özlərinə həyət evi tikərək yaşayırlar.Cavabdehlər onun ailə üzvü deyildir, onlarla iddiaçının qohumluq münasibətləri yoxdur və heç vaxt iddiaçı ilə birgə yaşamayıblar. Mənzil ona satıldığı üçün X1 və onun ailə üzvlərinin həmin mənzilə olan sahiblik, sərəncam və istifadə hüquqları itirilmişdir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən Cavabdeh1 və onun ailə üzvləri xx.xx.2020-ci il tarixində qeydiyyatdan çıxmaları barədə öhdəlik götürsələrdə, hələdə qeydiyyatdan çıxmamışdırlar. Cavabdehlərin ona məxsus evdə qeydiyyatda olmaları, onun mülkiyyət hüquqlarını həyata keçirməyi üçün maneələr yaradır və cavabdehlərin bu ünvanda qeydiyyatda olmaları formal xarakter daşıyır. O, yuxarıda qeyd olunanlara əsasən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Babayev X4 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə ünvanlanmış məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışın surətindən görünür ki, Babayev X3 ünvan 2 ünvanında yerləşən 157 nömrəli fərdi yaşayış evinə xüsusi mülkiyyət payı 1/90 hissəsində müəyyən edilərək, ********** nömrə ilə dövlət reyestrda qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, alıcı Babayev X4 və satıcı Cavabdeh1 arasında xx xxxx 2020-ci il tarixdə ünvan 2, ev 157 ünvanında yerləşən 2 ədəd 1 mərtəbəli və 2 ədəd 2 mərtəbəli fərdi yaşayış evinin satıcının paylı mülkiyyətində olan 1/90 hissəsi alıcının mülkiyyətinə verilməklə AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2020-ci il tarixli Arayışından görünür ki, Babayev X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 2, 157 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar qeydiyyatda olduqları Cavabdeh1 məxsus ünvan 2 157 nömrəli fərdi yaşayış evinin satılmasına etiraz etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 2 157 saylı fərdi yaşayış evinə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evdə istifadə hüquqları saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehlərin mübahisəli evə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 2 157 saylı fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4140/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4140/2020
24.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver