Məhkəmə qərarları › İş №2(004)-4143/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4143/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4143/2020 24.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İmamverdi qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İmamverdi qızı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 30000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun etibarından sui istifadə edərək, onun oğlu X5 Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmasına köməklik göstərəcəyi adı ilə aldadaraq yaşadığı ünvan 1 ünvanında xx xxxxxx 2016-ci il tarixdə 7000 manat, xx xxxxxx 2016-cı il tarixdə 3000 manat, xx xxxxxx 2013-cü il tarixdə 15000 manat xx xxxxxx 2016-ci il tarixdə 5000 manat olmaqla ümumilikdə 30000 manat pulunu alaraq ona maddi ziyan vurmuşdur. Cavabdehin ona 30000 manat maddi ziyan vurması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) 202/2018-ci il saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə öz təsdiqini tapmışdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 202/2018-ci il saylı xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasının başlanğıcının xx xxxx 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Bununla da cavabdeh ona ziyan vurmuşdur. Məhkəmədə mülki iddia verməmişdim. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1(101)-202/2018 saylı, xx.xx.2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini etməkdə təqsirli bilinmiş və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmçinin hökmdə Cavabdeh təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı etibarından sui-istifadə edib onun oğlu X4 Bakı Dövlət Universitetinin hüquq fakültəsinə tələbə kimi qəbul olunmasına köməklik göstərəcəyi adı ilə aldadaraq İddiaçınm yaşadığı ünvan 2 ünvanında xx xxxxxx 2016-cı il tarixdə 7000 manat, xx xxxxxx 2016-cı il tarixdə 3000 manat, xx xxxxxx 2016-cı il tarixdə 15000 manat, xx xxxxxx 2016-cı il tarixdə 5000 manat olmaqla ümumilikdə 30000 manat pulunu vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1(101)-202/2018 saylı məktubdan görünür ki, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)-202/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 -ci. 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış və həmin tarixdə qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının etibarından sui istifadə edərək, onun oğlu X5 Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmasına köməklik göstərəcəyi adı ilə aldadaraq xx xxxxxx 2016-ci il tarixdə 7000 manat, xx xxxxxx 2016-cı il tarixdə 3000 manat, xx xxxxxx 2013-cü il tarixdə 15000 manat xx xxxxxx 2016-ci il tarixdə 5000 manat olmaqla ümumilikdə 30000 manat pulunu alaraq ona maddi ziyan vurmuşdur. Cavabdeh ona 30000 manat maddi ziyan vurması Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-202/2018-ci il saylı, xx xxxxxx 2018-ci il tarixli hökmü ilə təsdiqlənmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1(101)-202/2018 saylı məktubdan görünür ki, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(101)-202/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 -ci. 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış və həmin tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin iddiaçı cinayət işinə baxılarkən məhkəməyə mülki iddia verməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh 30000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı İmamverdi qızıxeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh 30000 (otuz min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı İmamverdi oğluna ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar