Məhkəmə qərarları › İş №2(004)-4153/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4153/2020

05.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4153/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri“3 saylı Asan Xidmət Mərkəzi” nə qarşı “onun Ağdam rayonunda doğulması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri“3 saylı Asan Xidmət Mərkəzi”nə qarşı “onun Ağdam rayonunda doğulması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xx.xx.1938-ci ildə Ağdam rayonu doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 14:00-a təyin olunmuşdur. ASAN3 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən və Azərbaycan Respublikası Dövlət Arxivinin verdiyi xx.xx.2020-ci il tarixli DA-00299-2020 nömrəli arxiv arayışından müəyyən edilir ki, Ərizəçi xx.xx.1938-ci ildə Ağcabədi rayonunda doğulmuşdur. X2, anası X1r. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək, maraqlı şəxs Bakı şəhəri“3 saylı Asan Xidmət Mərkəzi”nə qarşı “onun Ağdam rayonunda doğulması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri “3 saylı Asan Xidmət Mərkəzi”nə qarşı “onun xx.xx.1938-ci ildə Ağdam rayonu doğulması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar