Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4154/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Ərizəçi İddiaçı mənzillə bağlı hüquqi əhəmiyyətli faktın müəyyənləşdirilməsi barədə ərizəsinə baxaraq, Müəyyən etdi: Ərizəçi İddiaçı mənzillə bağlı hüquqi əhəmiyyətli faktın müəyyənləşdirilməsinə dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizəçi İddiaçı ərizəsi qanunla müəyyən edilmiş qaydada verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən isə, iddia ərizəsində iddiaçının tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.2-ci maddəyə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Ərizəçi İddiaçı tərəfindən qanunun bu tələbinə əməl edilməmiş, iddia ərizəsinin giriş hissəsində maraqlı şəxs göstərilməmiş, bununla da ərizənin qanunla nəzərdə tutulmuş forma və məzmununa əməl edilməmişdir. Yuxarada göstərilənlənlərə əsasən məhkəmə qeyd edir ki, sənədlər geri qaytarılmalı və ərizəçiyə qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Ərizəçi İddiaçı mənzillə bağlı hüquqi əhəmiyyətli faktın müəyyənləşdirilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4154/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4154/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver