Məhkəmə qərarları › İş №2(004)-4154/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4154/2022

12.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4154/2022 12.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin оğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, Ərizəçi (Abdul) oğlunun iştirakı ilə, Ərizəçi (Abdul) oğlunun (4 saylı Bakı “ASAN Xidmət’’ mərkəzində notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Abdul) oğlu (4 saylı Bakı “ASAN Xidmət’’ mərkəzində notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1900-cı ildə anadan olmuş və xx.xx.1955-ci ildə vəfat etmiş Qurbanov Abdul (Əbdül) Qurban oğlunun onun doğma atası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuş və hazırda da qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. Qohumu miras qoyan Abdul-zadə X5 xx.xx.1967-ci il tarixində ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Miras qoyanın oğlu olan mərhum atası Qurbanov Abdul (Əbdül) Qurban oğlu isə xx.xx.1955-ci il tarixində boğazın xərçəngi xəstəliyindən vəfat etmişdir. Miras qoyan Abdulzadə X5 və mərhum atası Qurbanov Abdul (Əbdül) Qurban oğlu vəfat edənə qədər uzun illər onunla eyni ünvanda yaşamışlar. Miras qoyan Abdul-zadə X5 onun atasının anasıdır. Lakin mərhum atasının doğum haqqında şəhadətnaməsinin olmaması səbəbindən sənəd üzrə bu qohumluq faktının sübut olunması mümkün deyildir. Miras qoyan Abdul-zadə X3 mirası ünvan 2 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evidir. Həmin fərdi yaşayış evində də həm özü, həm də oğlu olan mərhum atası Qurbanov Abdul (Əbdül) Qurban oğlu onlarla birgə yaşamışdır. Bu günlərdə o, həmin fərdi yaşayış evində yaşayır. Miras qoyan Abdul-zadə X3 və mərhum atası Qurbanov Abdul (Əbdül) Qurban oğlunun vəfatı ilə əlaqədar ilk növbədə aidiyyatı üzrə 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə vərəsəlik işinin açılması ilə əlaqədar müraciət edərək miras qalmış ünvan 2 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evi olan daşınmaz əmlaka dair müvafiq vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin təqdim etdiyi sənədlərdə mərhum atası ilə qohumluğunu sübut edən sənədlərdə çatışmazlıq olduğu üçün vərəsəlik işinin açılması hazırda mümkün olmamışdır. Eyni zamanda da mərhum atasının doğum haqqında şəhadətnamənin alınması üçün Milli Arxiv İdarəsinədə müraciət etsə də nəticə olmamışdır. Miras qoyanın oğlu olan atası XX.XX.1900-cı ildə İsmayıllı rayonunda anadan olmuşdur. Lakin, yaşadığı yer üzrə Yasamal rayon Qeydiyyat şöbəsinədə mərhum atasının doğum akt qeydinin bərpa edilərək ona verilməsi barədə müraciət etsə də doğum akt qeydinin bərpası üçün lazımı sənədlərin əvvəllər olmasını təsdiq edən sənəd olmadığından bərpası mümkün olmamış və aidiyyəti üzrə məhkəməyə müraciət etməyi bildirilmişdir. Beləliklə, XX.XX.1900-cı il təvəllüdlü atam Qurbanov Abdul (Əbdül) Qurban oğlunun onun atası olması faktının məhkəmədən kənar qaydasında müəyyənləşdirilməsi qeyri-mümkündür. Təbii ki, bir çox şahid var ki, XX.XX.1900cü il təvəllüdlü atası Qurbanov Abdul (Əbdül) Qurban oğlunun onun atası olmasını təsdiq edir. Amma təbii ki, bu kifayət etmir və həmin hüquqi fakt məhz qanuna müvafiq qaydada müəyyən olunmalıdır. Nəzərə alınsa ki, bu faktın digər yolla müəyyən olunması mümkün deyildir. Göstərilənlərə əsasən, XX.XX.1900-cı il təvəllüdlü atam Abdul (Əbdül) Qurban oğlunun mən Ərizəçi (Abdul) oğlu ilə qohumluq münasibətində olması faktının (doğma atam olması haqqında) müəyyən edilməsi barədə məhkəməyə ərizə verir. Məhkəmə Ərizəçi (Abdul) oğlu tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi (Abdul) oğluna məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (Abdul) oğlu xx.xx.1950-ci il tarixdə Bakı şəhərində olmuş və atası Qurbanov Abdul (Əbdül) Qurban oğludur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli qərarında göstərilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə ərizəçi X1 onun doğma atası olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsində ata qrafasında X2 qeyd edildiyindən, hazırkı tələbə məhkəmədə xüsusi icraat qaydasında baxılması mümkün deyil. Belə ki, məhkəmə yalnız o hüquqi faktları müəyyən edə bilər ki, həmin hüquqi faktların təsdiq edilməsi üçün lazımi sənədləri başqa yolla almaq mümkün olmasın və ya itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185, 263 və 264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi (Abdul) oğlunun (4 saylı Bakı “ASAN Xidmət’’ mərkəzində notariat ofisi maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq münasibətlərinin müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar