Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4159/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 95 nömrəli evin 65 saylı mənzilinə dair "Nikoyl” İKB-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 95 nömrəli evin 65 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində "xxxx" İKB-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)- 3529/2018 saylı, 16 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən onunla iddiaçı "xxxx" İKB ASC (indiki Cavabdeh ASC) arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, ondan "xxxx" İKB ASC-nin xeyrinə 20974,41 manat əsas, 10520,77 manat faiz və 273,35 manat cərimə borcu olmaqla ümumilikdə 31768,53 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən, 4 otaqlı, 75,61 kv.m ümumi, 47,21 kv.m yaşayış, 28,4 yardımçmı sahədən ibarət 95 saylı evin 65 saylı mənzilinə yönəldilməsi qət olunmuşdur. Qətnaməyə əsasən mənzilin ilkin satış qiyməti 75000 manat müəyyən edilməklə açıq hərracda satılması, həçmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdə və mənzil açıq hərracda satıldıqdan 01 ay sonra mənzilin boşaldılması nəzərdə tutulmuşdur. Qətnamədən "xxxx" İKB tərəfindən apellyasiya şikayəti verilmiş və işə apellyasiya instansiyasında baxılaraq qətnamə dəyişdirilmişdir. Qətnaməyə əsasən "xxxx" İKB ASC (indiki Cavabdeh ASC) arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, əsas kredit borcunun ödənilməsi məqsədilə 20974,41 manat, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədilə 10232,03 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 273,35 manat məbləğində pul İddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən, 4 otaqlı, 75,61 kv.m ümumi, 47,21 kv.m yaşayış, 28,4 yardımçı sahədən ibarət 95 saylı evin 65 saylı mənzilinə yönəldilməsi qət olunmuşdur. Qətnaməyə əsasən mənzilin ilkin satış qiyməti 64000 manat müəyyən edilməklə açıq hərracda satılması həçmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdə və mənzil açıq hərracda satıldıqdan 01 ay sonra mənzilin boşaldılması nəzərdə tutulmuşdur. Qəmamədən İddiaçı tərəfindən kassasiya instansiya məhkəməsinə şikayət verilmiş, lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2930/2019 saylı, 06 mart 2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin 18- 77671/22-28 saylı, xx.xx.2022-ci il tarixli sifarişinə əsasən müəyyən edilir ki, yəni İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən 95 nömrəli evin 65 saylı mənzilin dəyəri 79200 manat olmaqla açıq hərracdan satılması üçün hərrac təşkilatçısı "xxxx" MMC-yə sifariş verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin 29 aprel 2022-ci il tarixli bildirişinə əsasən, hərracın keçirilməsi 19 may 2022-ci il tarixə təyin olunmuşdur. O, müqavilə üzrə öhdəlikləri tam və vaxtında icra etməklə, ipoteka müqaviləsinin şərtlərinə tam əməl etmişdir. Sonradan yaranmış devalvasiya nəticəsində müqavilədə nəzərdə tutulmuş öhdəlikləri tam icra edə bilməmişdir. Hesab edir ki, bu hal üzrlü səbəb kimi sayılmalı və ipoteka saxlayan tərəfindən nəzərə alınmalı idi. Lakin cavabdeh orqana üzrlü səbəbdən müqavilə öhdəliklərini tam icra edə bilmədiyini dəfələrlə bildirsə də, bu barədə ona güzəşt olunmamışdır. Hesab edir ki, devalvasiyanın yaranması nəticəsində müqavilə öhdəliklərini nəzərdə tutulmuş şəkildə icra edə bilməməyi və ipoteka saxlayan tərəfindən bu halın nəzərə alınmaması ipoteka qoyanın, yəni onun qanunla qorunan hüquq və maraqlarımın pozulmasına gətirib çıxarar. Bundan başqa, “İpoteka haqqında” Qanunda ipotekaya xitam verilməsi göstərilsə də, xitam verilmənin prosessual qaydası, yəni ipotekaya hansı orqan (məhkəmə və ya digər orqan) tərəfindən hansı icraat qaydasında (iddia icraatı və ya məhkəmə qərarlarının icrası qaydasında) xitam verilməli olması qeyd olunmamışdır. Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). Hesab edir ki, üzrlü səbəbdən müqavilə öhdəliklərini icra edə bilməməyi “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1,5-ci maddəsi). Müqavilə üzrə əsas öhdəliklərin icrası müddətinin başa çatmasından 3 ildən çox vaxtın keçdiyindən və cavabdeh tərəfindən borc tələbinə dair iddia üzrə qanunla müəyyən olunmuş üç illik iddia müddəti ötürüldüyündən, borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddianın məhkəmədə qaldırılıb-qaldırılmamasından asılı olmayaraq, ipotekaya xitam verilməlidir. Belə ki, mülkiyyətində olan əmlakın bu şəkildə yüklü qalması onun hüquqlarını pozur. Odur ki, iddianının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə məlumat verilmişdir. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılmasını və iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələblərini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsində məqsəd əmlakla bağlı hərracın keçirilməsi prosesini yubatmaqdır. İddia tələbinin heç bir qanuni əsası yoxdur. Hesab edir ki, iddia ərizəsi tamamilə əsassızdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1553/2020 nömrəli qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı ilə iddiaçı "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 20974,41 manat əsas, 10520,77 manat faiz, 273,35 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 31768,53 manat məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tutmanın cavabdeh İddiaçı mülkiyətindəki Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən, 4 otaqlı, 75.61 kv.m ümumi, 47.21 kv.m yaşayış, 28.4 kv.m yardımçı sahədən ibarət 95 nömrəli evin 65 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməklə açıq hərracda satılması, həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdə və mənzil açıq hərracda satıldıqdan 1 ay sonra mənzilin boşaldılması, ipoteka predmeti olan əmlakın satışından borc ödənildikdən sonra artıq qalan məbləğ İddiaçı qaytarılması qət edilmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1553/2020 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmiş, "xxxx" İKB ASC (indiki Cavabdeh ASC) arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ləğv edilmiş, əsas kredit borcunun ödənilməsi məqsədilə 20974,41 manat, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədilə 10232,03 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədilə 273,35 manat məbləğində pul İddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsində yerləşən, 4 otaqlı, 75,61 kv.m ümumi, 47,21 kv.m yaşayış, 28,4 yardımçmı sahədən ibarət 95 saylı evin 65 saylı mənzilinə yönəldilməsi , mənzilin ilkin satış qiyməti 64000 manat müəyyən edilməklə açıq hərracda satılması həçmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdə və mənzil açıq hərracda satıldıqdan 01 ay sonra mənzilin boşaldılması nəzərdə tutulmuşdur. Qəmamədən İddiaçı tərəfindən kassasiya instansiya məhkəməsinə şikayət verilmiş, lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi icraya yönəldilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi yaranmış devalvasiya nəticəsində müqavilədə nəzərdə tutulmuş öhdəlikləri tam icra edə bilmədiyindən bu hal üzrlü səbəb kimi sayılmalı və ipoteka saxlayan tərəfindən nəzərə alınmalı olmasını, əlavə olaraq da borc tələbinə dair iddia müddətinin ötürüldüyünü göstərmişdir. Bu tamamilə əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması qət edilmişdir. Bu zaman məhkəmə tərəfindən İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icra edilməməsinə hüquqi qiymət verilmiş, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin lazımınca icra etmədiyindən müqavilə üzrə yaranmış borcun bankın xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsində əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipotekaya xitam verilməsi əsasları göstərilmiş, öhdəliyin üzrlü səbəbdən icra edilə bilinməməsi ipotekaya xitam verilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kredit müqaviləsi üzrə borc manatla götürülmüşdür və devalvasiya nəticəsində öhdəliyin üzrlü səbəbdən icra edilə bilinməməsi də ağlabatan deyil. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən, ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “ipotekaya xitam verilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin “ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə iddia tələbinin əsas hissəsinin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “ipoteka yüklülüyünə dair qeydin ləğv edilməsi” hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASCyə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh ASC-yə qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4159/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4159/2022
29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver