Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4162/2020 29.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, X3 Viktoroviçin, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsindəki 108 nömrəli evin 20 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2007ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsindəki 108 nömrəli evin 20 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. O, bu mənzili xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi Cavabdeh1 62.712 manata satın almışdır. Cavabdeh1 arvadı Cavabdeh2 Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş ərizə verməklə mənzilin ona satılmasına öz razılığını vermişdir. Cavabdeh1 mənzili satdığı vaxtdan ona təhvil verib, ailə üzvləri ilə birlikdə köçüb getsələr də, hazırkı vaxta kimi cavabdehlər onun mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxmamışlar. Cavabdehlərə məxsus hər hansı bir əşya onun mənzilində yoxdur. Cavabdehlərin faktiki yaşadığı ünvan ona məlum deyildir. Cavabdehlərin qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən iddiasının təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehlər həmin ünvanda yaşamadıqlarına görə bildirişi onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə “xxxxxxxx” MMC-nin AZ1065 indeksi olan Poçt Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə bildirişin üzərində müvafiq qeyd yazılmaqla, bildirişlər məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsi xx.xx.2020-ci il tarixli **********20 nömrəli məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş və iddiaya qarşı etirazının olmadığını bildirmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları, 4Ə-1-136 nömrəli notariat işində olan və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsindəki 108 nömrəli evin 20 nömrəli mənzilini xx.xx.2007-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi Cavabdeh1 62.712 manata manata satın almışdır. Cavabdeh1 ailə üzvləri - arvadı Cavabdeh2 Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunda xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş ərizə verməklə, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsindəki 108 nömrəli evin 20 nömrəli mənzilinin satılmasına öz razılığını vermişdir. Həmçinin, Cavabdeh1 övladları X2 xx.xx.2006-cı il tarixli ərizə və X1 xx.xx.2007-ci il tarixli ərizə ilə mənzilin satılmasına razılıqlarını vermişlər. Satıcı mənzili alıcıya təhvil verib ailə üzvləri ilə birlikdə başqa ünvana köçsə də, cavabdehlər hazırkı vaxta kimi iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehlərin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onları sərbəst şəkildə həyata keçirməsinə mane olur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsindəki 108 nömrəli evin 20 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 368 nömrəli reyestr kitabının 34366 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı 4 saylı “ASAN Xidmət” Mərkəzinin Azərbaycan Respublikası DİN-nin xx.xx.2020-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsindəki 108 nömrəli evin 20 nömrəli mənzilində qeydiyyatdadırlar. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyət hüququ hazırda iddiaçıya keçdiyinə, cavabdehlər mənzili satdıqlarına, cavabdehlərin qeydiyyatda qalmaları iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını pozduğuna görə cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzilə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsindəki 108 nömrəli evin 20 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu T.Şahbazi küçəsindəki 108 nömrəli evin 20 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4162/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4162/2020
29.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver