Məhkəmə qərarları › İş №2(004)-4175/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4175/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4175/2020 16.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 140000 ABŞ dolları əsas və 10000 ABŞ dolları faiz borcu olmaqla, cəmi 150000 ABŞ dolları məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh 140000 ABŞ dolları əsas və 10000 ABŞ dolları faiz borcu olmaqla, cəmi 150000 ABŞ dolları məbləğdə pulun tutulması barədə iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin ötürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh 140000 ABŞ dolları əsas və 10000 ABŞ dolları faiz borcu olmaqla, cəmi 150000 ABŞ dolları məbləğdə pulun tutulması tələbinə dair iddiasının iddia müddətinin ötürülməsi ilə bağlı rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 izahat verərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh doğma bacı-qardaşdırlar. Həm yaxın qohumluq münasibətlərinə görə, həm də qarşılıqlı inam və etibar olduğuna görə iddiaçı ilə cavabdeh həmişə ailəvi olaraq yaxın münasibətdə olmuş və ailələr arasında sıx gediş-gəliş olmuşdur, iddiaçının geniş maddi imkanlarının olmasına baxmayaraq, onun qardaşı Cavabdeh həmişə az qazanclı işlərdə işləmiş, özünün və ailəsinin yardıma ehtiyacı olmuşdur. Ona görə də iddiaçı demək olar ki, həmişə qardaşına vo onun ailəsinə köməkliklər etmiş, işlə təmin olunması üçün, dolanışığı üçün əlindən gələn yardımları göstərmişdir. Məlumat üçün bildirir ki, iddiaçının həyat yoldaşı Rəhmanov Rafael də cəmiyyətdə tutduğu yüksək mövqeyi ilə seçilmiş və arvadının yaxın qohumuna, yəni qardaşına işlə təmin olunmaqda, mənzil problemini həll etməkdə köməkliklər etmişdir. Ümumiyyətlə Cavabdeh və ailəsi həmişə bacısı İddiaçı himayəsində olmuşdur. Bununla belə, İddiaçı və onun ailəsinin Cavabdeh inam və etimadı da olmuş və bir sıra işlərdə onun köməyindən istifadə etmişlər. Belə ki, 2009-cu ildə iddiaçının həyat yoldaşı Rəhmanov Rafael özünün və şəriklərinin satın aldığı obyekti Cavabdeh adına rəsmiləşdirmişlər. Cavabdeh Rəhmanovlar ailəsinin inamını və etimadını qazandığı üçün və həm də yaxın qohum olduğu üçün ailənin yaxın adamına çevrilmişdir. Cavabdeh iddiaçının və onun ailəsinin bu inam və etibarını qazandıqdan sonra sui- istifadə hərəkətlərinə yol verməyə başlamış, Rəhmanovlar ailəsinin maddi imakanlarından öz məqsədləri üçün istifadə etməyə cəhdlər etmişdir. Belə ki, 2016-cı ildə Cavabdeh avtomobil ticarəti ilə məşğul olmaq üçün iddiaçıdan iki il ərzində qaytarmaq şərtilə 140000 ABŞ dolları pul almışdır. Cavabdeh Dubaya gedəcəyini, oradan avtomobil alıb Azərbaycanda baha satacağını bildirmiş vo bununla da bacısı olan İddiaçı inandırmışdır. İddiaçı da qardaşının bundan sonra sərbəst şəkildə özünü dolandıra biləcəyini güman edərək ona borc vermiş, cavabdeh də həmin məbləği iki il sonra qaytaracağını vəd etmişdir. Lakin bu illər ərzində Cavabdeh iddiaçıya və onun ailəsinə münasibəti dəyişmiş, həm İddiaçı, həm də Rafael Rəhmanovun inam və etibarından sui-istifadəyə etməyə başlamış, ailəyə məxsus əmlaklan ələ keçirməyə açıq cəhdlər etmişdir. Belə ki. Cavabdeh 2009-cu ildə onun adına alınan Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci və 2-ci mərtəbələrində yerləşən ümumi sahəsi 600 kv.m qeyri-yaşayış sahəsini mənimsəməyə cəhd edərək həmin obyektin guya onun olduğunu bildirmiş və obyekti əsl sahiblərinə qaytarmaqdan imtina etmişdir. Bu barədə tərəflər arasında ayrıca məhkəmə mübahisəsi olmuş və birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki, həqiqətən həmin obyekt Rəhmanovlar ailəsinin və onların şəriklərinin birgə vəsaiti hesabına alınmışdır və Cavabdeh formal olaraq onun adına rəsmiləşdirilən obyektin əsl sahibi deyil. Bu işlə paralel olaraq Cavabdeh iddiaçı X2 nağd şəkildə aldığı 140000 ABŞ dolları pulu da qaytarmaqdan imtina edir. Odur ki, həmin pul Cavabdeh alınaraq ona qaytarılmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirir ki, cavabdehlə doğma bacı-qardaşdırlar. Cavabdehin maddi imkanı aşağı olduğu üçün həyatda həmişə ona yoldaşı ilə bərabər maddi köməklik etmişdir. Elmana inamını çox idi. 2016-cı ilin mart ayında Elman onlarda olarkən avtomobil ticarəti ilə məşğul olmaq üçün ondan 140000 ABŞ dollar pul istədi. Bildirdi ki, Dubaya gedəcək oradan avtomobillər alıb Azərbaycana gətirib yaxşı pul qazanacaq və onlarıda pulunu 2 il ərzində qaytaracaq. Lakin sonradan pulu qaytarmaqdan imtina etdi və bugünə qədər pulu verməyib. 140000 ( yüz qırx min) ABŞ dollar əsas 10000 (on min) ABŞ dollar faiz borcu olmaqla cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddia ərizəsi həqiqətə uyğun deyil yalan və böhtandan ibarətdir. Elmanın həmişə maddi vəziyyəti yaxşı olmuş, iddiaçının puluna ehtiyacı olmamışdır. Cavabdehə pulun verilməsinə dair heç bir sənəd yoxdur. Bütün bunlar cavabdehlə iddiaçı arasında olan digər məhkəmə işi ilə əlaqədar cavabdehə təzyiq vasitəsidir. İddia rədd edilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirir ki, 2016-cı ilin novruz bayramı ərəfəsində cavabdeh onlarda olduğu zaman ondan biznes qurmaq məqsədilə borc pul istədi və ona bir-iki il ərzində qaytaracağını bildirdi. Ona inamı çox idi. Evdə 40-50 min manat pul var idi, 90 min manat da borc edib verdi. Bu barədə səs yazısı var. İddianın indiyə qədər verilməməyinə səbəb aralarında qohumluq münasibətinin olmasıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, iddiaçı və cavabdeh bacı qardaşdırlar. İddiaçı iddia edir ki, cavabdehə 2016-cı ilin mart ayında 2 il müddətinə qaytarmaq şərtilə 140000 ABŞ dolları pul vermişdir. 140000 ABŞ dolları və 10000 ABŞ dolları faiz borcu olmaqla, cəmi 150000 ABŞ dolları məbləğdə pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2 il müddətinə qaytarmaq şərtilə 140000 ABŞ dolları məbləğində pulun verilməsi iş materialları ilə sübut olunmur. Məhkəmə şahid ifadəsini yetərli sübut kimi qiymətləndirmir. Çünki, iddiaçı iddia ərizəsində və məhkəmədə izahatında cavabdehin iddiaçıdan 140000 ABŞ dolları pul istədiyini və iddiaçı tərəfindən cavabdehə pul verildiyini qeyd etmişdir. Şahid isə məhkəmə iclasında cavabdehin ondan pul istədiyini və onun tərəfindən cavabdehə pul verildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh 140000 ABŞ dolları əsas və 10000 ABŞ dolları faiz borcu olmaqla, cəmi 150000 ABŞ dolları məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar