Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4176/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə görə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə görə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair ” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli SHLMB-5813 saylı kredit müqaviləsi üzrə kreditə görə 434,36 manat əsas, 73,46 manat faiz olmaqla, cəmi 507,82 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavbdehdən tutulub iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi, əmlakların hərracda satılması və satışdan əldə olunacaq pul vəsaiti hesabına cavabdehin borcunun ödənilməsi, əldə olunmuş vəsait borcun ödənilməsi üçün yeterli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı xx.xx.2020-ci il tarixə saat 12:00-a təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə görə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4176/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4176/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver