Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-418/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əməkdaşı tərəfindən onun Samsung UE ** AU ***0 markalı televizoruna dəymiş zərərin aradan qaldırılması məqsədilə qeyd olunmuş televizorun təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sədərək Ticarət Mərkəzində yerləşən "Mitsubishi Electronics” mağazasından 1100 (bir min yüz) manat ödəməklə Samsung UE ** AU ***0 markalı televizor almışlar. Həmin gün ərzində mağaza tərəfindən saat 16:00-17:00 radələrində televizor quraşdırılıb onlara təhvil verilmişdir. Quraşdırılma zamanı televizor heç bir zədə almamış və tam işlək vəziyyətdə onlara təhvil verilmişdir. Televizor quraşdırılarkən evdə internet şəbəkəsi olmadığı üçün mağaza servisi tərəfindən internetə qoşulmadı. Evlərinə internet xəttinin çəkilməsi və televizorların internet xəttinə qoşulması məqsədi ilə tərəflərindən "CityNet" kimi tanınan "xxxx" MMC-ə müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin əməkdaşı Şahid onların evinə evinə gəldmişdir. “UNİNET" MMC-nin əməkdaşı Şahid onların yeni alqdıqları televizora internet qoşarkən televizoru zədələmişdilər. Nəticədə yeni aldıqları televizor istifadə edə bilmədən zədələnmiş olmuşdur. Şahid zədənin onun tərəfindən edildiyi servis tərəfindən təsdiq ediləcəyi təqdirdə dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Servis diaqnostikası zamanı zədənin zərbə ile yetirildiyi aşkar olunmuşdur. Sonrakı günlərdə dəfələrlə əlaqə saxlamaq istəsələr də, onlara cavab verməmişdir. Məsələ ilə bağlı Cavabdeh MMC ilə dəfələrlə əlaqə saxlamalarına, rəsmi müraciət etməklərinə baxmayaraq, onlara heç bir müsbət cavab verilməmişdir və şikayətlərinin bağlandığı bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh MMC-nin əməkdaşı Şahid izahat verərək televizorun onun tərəfindən zədələnmədiyini bildirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Maqsud Əlizadə küçəsi 18-də qoşulmada olduğu zaman internet və tv-ni qoşurmuş, tv kranşteyn üstündə olduğu üçün ev sahibinin və onun köməkliyi ilə birlikdə televizoru divardan çıxarıb divanın üstünə qoymuşlar. Tv-box quraşdırandan sonra yenidən televizoru ev sahibi ilə birlikdə yerinə asmışlar. Televizoru yandırdıqda ev sahibi yuxarı sol tərəfdə qara ləkə olduğunu bildirmiş və onun etdiyini qeyd etmişdir. Lakin o, televizorun işlək vəziyyətini görməmişdir. Onu da qeyd edir ki, televizorun yerindən çıxarılıb yerinə asılan zaman heç bir problem yaşanmamışdır və bütün proseslər ev sahibinin yanında olmuşdur. Sonradan, abunəçi ona 33 manat verdiyini call centere bildirmişdir. Halbuki ona heç bir nəğd pul ödəniş olunmamışdır. Abunəçi online qaydada ödəniş etmişdir. Şahid X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki,o, həyat yoldaşı X1 ilə xx.xx.2023cü il saat 12 radələrində Sədərək Ticarət Mərkəzində yerləşən "Mitsubishi Electronics” mağazasından 1100 (bir min yüz) manat ödəməklə Samsung UE ** AU ***0 markalı televizor almışlar. Həmin gün ərzində mağaza tərəfindən saat 16:00-17:00 radələrində televizor quraşdırılıb onlara təhvil verilmişdir. Quraşdırılma zamanı televizor heç bir zədə almamış və tam işlək vəziyyətdə onlara təhvil verilmişdir. Həmin ərəfədə evdə internet şəbəkəsi olmadığı üçün televizor internetə mağaza servisi tərəfindən qoşulmamışdır, lakin dəfələrlə televizoru yandırıb söndürərək ekran görüntüsündə heç bir zədənin olmadığı aşkar olunmuşdur. Həmin günün axşam saatlarında İddiaçı evə ziyarət edərək televizora yenidən nəzər keçirmişdir və televizorun sazlığında heç bir problemin olmadığı bir daha sübuta yetirilmişdir. xx.xx.2023-cü il günorta radələrində City Net şirkətinin veb səhifəsində doldurulan abunəlik anketindən sonra City Net şirkətinin operatoru onlarla əlaqə saxlamışdır, hansı paket və neçə televizora xidmətin qoşulacağı dəqiqləşdirərək 2 televizor olduğunu qeyd etmişlər. Sonra isə, əməkdaşın gün ərzində yaxınlaşıb qoşulmanı həyata keçirəcəyəni bildirnişdir. Günorta saatlarında City Net əməkdaşı Şahid onlarla əlaqə saxlayaraq ünvanı soruşmuşdur və tez bir zamanda yaxınlaşacaqlarını bildirmişdir. Bir neçə saat sonra heç kim əlaqə saxlamadığı üçün Şahidlə əlaqə saxlamış və həmin şəxs ünvanın geolokasiyasını Whatsapp vasitəsilə istəmişdir. Göndərilən ünvana təxminən yarım saat ərzində yaxınlaşmışdır. Şahidlə əlaqə saxladıqları zaman onlara yaxınlaşacaqlırını bildirməsinə baxmayaraq tək gəlmişdir. Evə baxış keçirəndən sonra Şahid daha öncədən bu mənzildə City Net xidmətlərindən istifadə olunduğuna görə onlardan modem üçün əlavə ödənişin olmayacağını bildirmişdir. Daha sonra, onlara təklif etmişdir ki, müqaviləyə ünvan olaraq bu binada mövcud olmayan mənzil nömrəsi qeyd etsin. Bu təklifin gələcək zamanda heç bir problem yaratmayacağını əminliklə bildirmişdir. Qarşılığında isə onlardan modem qiymətindən daha az olan 30 manat istəmişdir. Razılaşmadan sonra işə başlayaraq ilk öncə internet qoşulmuşdur. Daha sonra mətbəxdə olan televizoru İPTV xidmətinə problemsiz qoşaraq bizə təhvil vermişdir. Həyat yoldaşı Mikayilova Lazimə televizorda kanalları nəzərdən keçirməyə başlamışdır. Daha sonra növbəti televizoru qoşmaq üçün qonaq otağında yaxınlaşlaşmışlar. Televizor divardan asıldığından İbrahim tək başına televizoru divardan çıxara bilməyəcəyinə görə ondan kömək istəmişdir. Baxmayaraq ki, televizorunun bu xidmətə qoşulması vəzifəsi tamamilə City Net şirkətinin servis əməkdaşlarının öhdəliyidir, o, isə rəhimli davranaraq İbrahimə kömək təklifini rədd etməmişdir. Lakin ona bildirmişdir ki, ekran çox həssasdır və daşınma zamanı televizorun arxa və yan hissələrindən tutmaq lazımdır. Daha sonra, onlar televizoru divardakı kronşteyndan çıxarıb otaqdakı divana yerləşdirmişlər. Həmin anda o, televizorun sağ hissəsindən , Şahid isə sol hissəsindən tutmuşdur. Televizorun arxasına qurğu qoşulandan sonra yenidən eyni hissələrdən tutaraq yerinə asmağa aparmışlar. Həmin anda İbrahim qurğunun və naqillərinin televizora sağdan qoşulduyunu bildirərək yerlərini dəyişdirməyi təklif etmişdir. Bir neçə saniyəlik tək başına televizorun önündə olmaq şərtiylə sol çiyniylə ekrana təzyiq göstərəcək dərəcədə dəstək alaraq saxlamışdır ki, o, sola o isə sağ hissəyə keçsin. Lakin bunu edərkən o ehtiyatsız davranaraq, ham ekrana toxunmuşdur, həmdə müqavimətini itirmişcəsinə olmuşdur. Bunu görüb dərhal sol hissəyə yaxınlaşıb televizorun arxa hissəsindən tutmuşdur ki, İbrahim də sağa keçə bilsin. Krontşteynə sabitlədikləri zaman televizorun sol yuxarı hissəsində tünd ləkə aşkar etmişdir. İbrahim isə kronşteynə sabitlədikdən dərhal sonra bu televizoru qoşmadan heç bir səbəbsiz artıq qoşulmuş olan digər otaqdakı televizora tərəf getmişdir. O, isə həmin anda televizoru yandıraraq həmin ləkənin yerində ekran 2 alt təbəqəsində qara rəngli çatvari zədə aşkar etmişdir. Dərhal İbrahimi çağırmış və ona bu zədəni göstərmişdir. Buna cavab olaraq, İbrahim ekranın düzəldilməsinin baha olduğunu bildirmişdir və təklif etmişdir ki, televizorun satın alındığı mağazanın servisinə yaxınlaşmaqlarını onlara televizorda istehsal problemi olduğunu bildirsinlər. O, isə televizorun ekranında bu ana kimi problem olmadığını söylərək və İbrahimə çiyni ilə zərbə yetirdiğini bildirmişdir. İbrahim buna cavab olaraq hər bir halda bu cür toxunuşdan belə bir zərbənin reallaşa biləcəyinə inanmadığnı bildirmişdir və təklif etmişdir ki, servislə əlaqə saxlayıb onlardan rəy tələb etsinlər. O, düşünmüşdür ki, servis tərəfindən gələn bir rəy məsələyə hər bir halda aydınlıq gətirəcək. Diaqnostika sonra bu nasazlığın İbrahimin yetirdiyi zərbə yaxud istehsal problemi olduğu aşkarlanacaq. Bunun üzərinə həmin anda servislə əlaqə yaratmağa səy göstərmişdir, lakin bayram ərəfələri olduğu üçün geri dönüş almamışdır. İbrahim cavab gəlmədiyini görüb təklif etmişdir ki, zədələnmiş televizora ayarları tamamlamayıb qurğunu televizordan çıxarmaq lazımdır. Buna səbəb olaraqda bildirmişdir ki, servis bu televizorda İPTV qurğusunu görsə bu zədənin istehsaldan sonra yarandığını bildirəcək. Nəticədə ikinci televizor qoşulmadan müqavilədə 2 televizor haqqı qeyd edilmişdir. İbrahim servisdən veriləcək rəydə nasazlığın zədə ilə yetirildiyi aşkar olunduğu halda dəymiş ziyanın öz öhdəliyinə götürücəyini bildirmişdir. Ona görə də, servisin cavabını gözləməyi təklif edib, cavab olan kimi ona bildirməyi təklif edərək getmək üçün icazə istəmişdir. Növbəti günlər ərzində servislə əlaqə qurduqdan sonra İbrahimlə əlaqə saxlamışdır. Ona bildirmişdir ki, servis gəlib akt tərtib edəcək və onunla danışdıqları kimi hərəkət edəcəklər. Lakin bu zaman İbrahim ona “mən nə bilim bəlkə sən etmisən” deyərək maşında olduğunu birazdan zəng edəcəyini deyərək telefonu söndürmüşdür. Biraz sonra geri yığmaq istəyəndə ona bloka atdığını başa düşmüşdür. Sonra ona nə qədər mesaj yazsa da, oxuyub cavablandırmamışdır. İbrahimin ona yalan dediyini başa düşdükdən sonra isə City Netin qaynar xəttinə zəng edərək olanları olduğu kimi danışaraq sorğu açmışdır. Onunla rəhbərlikdən əlaqə saxlanacağı bildirilsə də, heç bir cavab gəlməmişdir. Aylardı gedən sorğu məsələnin hüquq şöbəsində olduğu bildirilsə də, araşdırma prosesinin olduğu heç cür hiss olunmamışdır. Süründürməçilik prinsipi ilə yalandan vədlər verilmiş, amma heç birinə əməl olunmamışdır. Dəfələrlə bildirmişdir ki, hər ay 5 manat məbləğini artıq ödəyir. Televizor qoşulmayıb amma pulunu ödəyir. Bir dəfə bildirildi ki, guya düzəldilib amma düzəlmədi. Növbəti ay deyildiki sorğu məsələsinə aydınlıq gələndə bu məsələdə öz həll yolunu tapacaq. Ən sonda da, sorğunun gedişat haqqında maraqlananda ona bildirilmişdir ki, siz polisə artıq şikayət etmisiz ona görə hüquq şöbəsi sorğunu bağlayıb. Halbuki, polisə şikayət bu məsələnin ən əvvəlində olmuşdur. Artıq ödənmiş əlavə televizor haqqına da son ayda müqaviləni dəyişərək həll yolu tapmışlar. Buna kimi ödənmiş məbləğləri də qaytarmamışlar. Servis diaqnostikası zamanı zədənin zərbə ilə yetirildiyi aşkar olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan: -Cavabdeh MMC ilə X4 arasında bağlanmış 718696 saylıxx.xx.2023-cü il tarixli müqavilədən müəyyən edilir ki, Uninet MMC abunəçi kodu **********800108 olan Nadir Mikayılov 50 mbit/san sürətli interneti aylıq 33 manat olmaqla internet xetti çəkməyi öhdəsinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli qaimədən müəyyən edilir ki, Nadir Sədərək T/M Şirniyyat bazarı sıra 3 mağaza 35-37-dən 1100 manata Samsung 557100 markalı televizor 20 manata krosteyn almışdır. -xx.xx.2023-cü il tarixli texniki rəydən müəyyən edilir ki, Samsung UE55AU7100UXCE modeli televizorda ekranda olan ləkə malda istehsalçı tərəfindən istifadə nəticəsində yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X4 xx.xx.2023-cü il tarixdə Sədərək T/M Şirniyyat bazarı sıra 3 mağaza 35-37-dən 1100 manata Samsung 557100 markalı televizor 20 manata krosteyn almışdır. Daha sonra, Cavabdeh MMC ilə X4 arasında bağlanmış 718696 saylı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Uninet MMC abunəçi kodu **********800108 olan Nadir Mikayılov 50 mbit/san sürətli interneti aylıq 33 manat olmaqla internet xətti çəkməyi öhdəsinə götürmüşdür. Bununla bağlı Uninet MMC-nin əməkdaşı Şahid Maqsud Əlizadə küçəsi 18-gələrək internet xətti çəkmişdir. İnternet xəttini quraşdırmaq üçün televizoru divardan Nadir Mikayılovla birlikdə çıxarıb divanın üstünə qoymuşlar. Daha sonra, televizoru yerinə asmışlar.Televizoru açan zaman Nadir Mikayılov televizorun ekranında qara ləkə olduğunu və bunu Şahid etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MMC-nin əməkdaşı tərəfindən onun Samsung UE ** AU ***0 markalı televizoruna dəymiş zərərin aradan qaldırlması məqsədilə qeyd olunmuş televizorun təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, İddiaçı qeyd olunan televizorla bağlı heç bir əlaqəsi yoxdur. Belə ki, qeyd olunan televizor Nadir Mikayılov tərəfindən xx.xx.2023-cü il tarixli qaimədən göründüyü kimi Sədərək T/M Şirniyyat bazarı sıra 3 mağaza 35-37-dən 1100 manata almışdır. Həmçinin, 718696 saylı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Maqsud Əlizadə küçəsi 18 –də yerləşən mənzilə internet xətti çəkilməsi üçün müqavilə Cavabdeh MMC ilə X4 arasında bağlanmışdır. Bu qeyd olunan hallar şahid kimi ifadə vermiş Nadir Mikayılov tərəfindən təsdiqlənmişdir. Belə olan halda, İddiaçı belə bir iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdrmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın aradan qaldırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-418/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-418/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver