Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4181/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11.800 ABŞ dolları, icranı gecikdirməyə görə 2.360 ABŞ dolları olmaqla, cəmi 14.160 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. 16.08.2015-ci il tarixdə cavabdeh iş görmək adı ilə ondan 5.000 AZN məbləğində pul almış və bır il ərzində qaytarmağa söz vermişdir. 2016-cı ilin iyun ayında cavabdeh borcundan ona 500 manat qaytarmışdır. Ona borcundan 4 500 manat qaldığını və qaytarmağını xahiş etmiş, cavabdeh isə ona yenidən borc pul verəcəyi təqdirdə xaricdən maşın gətirib sataraq pulunun hamısını və üstəlik qazanc verəcəyini demişdir. Cavabdeh nə qədər pul lazım olduğunu dedikdə o, 20.000 AZN lazım olduğunu bildirmişdir. 2016-cı ilin iyun ayının sonlarında cavabdehə 12.000 ABŞ dolları pul vermişdir. 12.10 2016-cı il tarixdə cavabdeh yalnız 200 ABŞ dollar verərək bunun qazanc olduğunu bildirmiş və qısa müddət ərzində bütün borclarını qaytaracağına bir daha söz vermişdir. Lakın o gündən bəri o, borcundan heç bir məbləğ də qaytarmamışdır. Dəfələrlə onunla əlaqə saxlayaraq, borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamış və məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh oğlundan 4.500 manat və 11.800 ABŞ dolları əsas borc, icranı gecikdirməyə görə 450 manat və 1.180 ABŞ dolları faiz borcu, cəmi 4.950 manat və 12.980 ABŞ dollarının və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Cavabdeh ona 12.000 ABŞ dollarını verəcəyini demiş, bu hissədə iddia tələbini azaltmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 08.2019-cu il tarixli 2(004)- 3560/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin olunaraq, Cavabdeh 4500 manat əsas borc, icranı gecikdiyinəyə görə 450 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4980 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Lakin o vaxtdan bəri həm məhkəmə qətnaməsi ilə təmin olunmuş məbləğ və əlavə 12.000 ABŞ dollarından qalan 11.800 ABŞ dolları borcunu da qaytarmamışdır. Bu səbəbdən də yenidən məhkəməyə müraciət elməli olmuşdur. Cavabdeh sonuncu dəfə borcundan 2016-cı ilin oktyabr ayında 200 ABŞ dolları ödəniş etmişdir. Buna görə də o, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 4 il üçün borclu qaldığı pulun illik 5 faizini, yəni iki il üçün 20 faizini ödəməlidir. Bu baxımdan 11.800 ABŞ dollarının 20% miqdarında, yəni 2.360 ABŞ dolları məbləğində pul cavabdehdən alınaraq ona ödənilməlidir.. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil AR MPM-nin 53-cü maddəsinə uyğun olaraq, iddia tələbinin həcminin azaldılması barədə ərizə vermiş və cavabdehdən 6.500 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi xahiş etmişdir. İddiaçı nümayəndəsinin qeyd etdiklərinə uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 08.2019-cu il tarixli 2(004)-3560/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi təmin olunaraq, cavabdehdən 4500 manat əsas borc, icranı gecikdiyinəyə görə 450 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4980 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin 12.09.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh həmin araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilk dəfə 5000 manat pul almış və 2013-cü ilin sonunadək həmin pulu qaytarmışdır. Daha sonra 6000 manat pul almışdır. 2016-cı ildən devalvasiya olduğu üçün Adiləyə faiz pulu ödəməkdə çətinlik çəkmiş və vaxtında onun faiz pulunu ödəyə bilməmişdir. Lakin ümumilikdə Adiləvə faiz pulu olaraq 4000 manatdan artıq pul ödəmişdir. Son olaraq 2018ci ilin mart avında Fərid Adiləvə 5100 manat pul ödəmiş və demişdir ki, verdiii qızılları qaytarsın. Adilə bildirmişdir ki, ona pul lazım olduğu üçün qızılları başqa şəxsə vermiş və pul götürmüşdür. Fərid isə Adiləvə bildirmişdir ki. başqasının qızllarını digər şəxsə verməyə onun ixtiyarı yoxdur. qızıllarını qaytarmasa ona olan 6000 manat borcunu verməyəcəkdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, polis orqanında araşdırma zamanı Cavabdeh verdiyi izahatında İddiaçı cəmi 11000 manat pul aldığını etiraf etdiyindən, həmin pulun 4500 manatının cavabdehdən tutulması barədə artıq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 01 08.2019-cu il tarixli 2(004)-3560/2019 saylı qətnaməsi mövcud olduğundan, iddia tələbi təmin edilməli, cavabdehdən qalan 6.500 manat tutularaq, iddiaçıya verilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6.500 (altı min beş yüz) manat və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 6.530 (altı min beş yüz otuz) manat pul vəsaiti tutularaq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4181/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4181/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver