Məhkəmə qərarları › İş №2(004)-4189/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4189/2020

03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4189/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11, Cavabdeh1 vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3, Cavabdeh4 və X3rşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən çıxarılma” tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3, Cavabdeh4 və X3rşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən olunması və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi və Cavabdeh1 özünə məxsus əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmasıbarədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə dəftərxana vasitəsi ilə məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, göstərmişdir ki, iddiaçının oğlu X10 ilə xx.xx.2006-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan iki uşaqları var. İddiaçıya məxsus mənzildə 2006-ci ildən qanuni əsasla yaşayır. Toydan sonra iddiaçının razılığı ilə mənzilə köçmüş, həm də onun yazılı razılığı ilə mənzildə qeydiyyata düşmüşdür. Mübahisəli mənzildə olduğu müddətdə iki övladı anadan olmuşdur. Beləliklə, 2006-ci ilin sentyabr ayından indiyə kimi fasiləsiz övladları ilə mənzildə yaşayır və həyat yoldaşı ilə ümumi təsərrüfat aparır. Mübahisəli mənzil onun yeganə yaşayış yeridir. Hal-hazırda həyat yoldaşı ilə ailə münasibətləri pisləşmişdir və yoldaşı ona qarşı nikahın pozulması barədə Yasamal Rayon məhkəməsinə iddia vermişdir. Lakin, onun iddia əizəsini qəbul etməmişdir və nikahın pozulmasına razı deyil. Beləliklə, bü gün iddiaçının oğlunun qanuni həyat yoldaşıdır, nikah hələ pozulmamışdır və gələcəkdə ailəsini saxlamağa çalışacaqdır. Qeyd etməyi zəruri hesab edir ki, hazırda yoldaşı anası ilə birlikdə iddiaçıya məxsus Novxanı qəsəbəsində yerləşən 2 mərtəbəli bağ evində yaşayırlar. O, mübahisəli mənzildə uşaqları ilə birlikdə yaşayır, burada da təsərrüfat aparır. Beləliklə, hazırda onun mənzildən çıxarılmasına heç bir ehtiyac yoxdur. 2013-2014-cü illərdə mənzildə təmir işləri aparmış, onda ayrılmaz inkişaflar etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X13 iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini məhkəməyə təqdim edərək, cavabdehlər X7, Cavabdeh3, Cavabdeh4 və X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 37 saylı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və özünə məxsus əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili X5 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı Cavabdeh1 mənzilində yaşamasına və onun həmin mənzildə qeydiyyatına yazılı notariat qaydasında razılıq vermiş, bununla da cavabdehin mənzildən istifadə hüququnu tanınmışdır. Cavabdeh1 müvafiq kompensasiya verilmədən, mübahisəli mənzildən çıxarılması mümkün deyil. MM-nin 228.2-ci maddəsinə əsasən, digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Cavabdeh1 ilə iddiaçının oğlu arasındakı nikah hələ pozulmadığından, o, iddiaçının ailə üzvü olmağa davam edir. Belə bir şəraitdə, mənzildə iki uşaq qoyaraq Cavabdeh1 mənzildən çıxarmaq da mümkün deyil. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X9, Cavabdeh3, Cavabdeh4 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2006-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3, Cavabdeh4 və X8 ünvan 1 ünvanında yerləşən 37 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə işin faktiki hallarını araşdıraraq, tərəflərin çıxışlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək,Cavabdeh1 özünə məxsus əşyalarla birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 37 saylı mənzildən çıxarılmalı, cavabdehlərin istifadə hüquqlarının itirlməsi hissəsində isə təmin edilməməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və hüquq normalarını nəzərə almaqla, məhkəmə qənaətə gəlir ki, cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının olması iş materialları ilə müəyyən edilmir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdehlər X7, Cavabdeh3, Cavabdeh4 və X4 istifadə hüquqlarının itirilmiş hesab edilməsini, Cavabdeh1 isə istifadə hüququnun olmamasının müəyyən edilməsi istəyir. Lakin sübutetmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının hansı əsasla yaranması məhkəmə baxışı zamanı və iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehlərcavabdehlər X9, Cavabdeh3, Cavabdeh4 və X8 mübahisəli mənzildə qeydiyyatda olsalar da, onların hansı tarixdə mübahisəli mənzilə qeydiyyata düşdüyü iş materialları ilə müəyyən edilmir. Həmçinin, Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olmaqla, yaşaması istifadə hüququnun yaranmasının əsası kimi götürülə bilməz. Məhkəmə iddianı cavabdehlərin istifadə hüququnun olmasının müəyyən edilə bilməməsi səbəbindən iddianın həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, qeydiyyat istifadə hüququ yaratmadığından və cavabdehin mənzilə qeydiyyat tarixi müəyyən olunmadığından məhkəmə olmayan hüququ itirə bilməz, cavabdehin mənzildə qeydiyyatda olması onun həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz.Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın çıxarışından başqa digər şəxslərin əmlaka yüklülüyünün olması görünmür. Belə ki, əmlakın istifadə hüququ ilə yüklü olması daşınmaz əmlakın reyestrindən görünməli və ya istifadə hüququ 2000-ci il tarixə qədər yaranmışsa, digər sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən sonra yarandığı üçün hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin və qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin məcəllənin 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 özünə məxsus əşyalarla birlikdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 37 saylı mənzildən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar