Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4190/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasmda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ildə bibisi nəvəsi Aygün xanım onun yanına gələrək alverlə məşğul olduğunu bildirmişdir. Vəsaiti az olduğundan yaxşı işləyə bilmədiyini və ona pul lazım olduğunu demişdir. Xaricdən mal gətirib satacağını və xeyrindən ona da verəcəyini söyləmişdir. Onunla razılaşaraq həyətyanı torpaq sahəsini sataraq müəyyən vaxtlarda Şəfaya Aygünlə birlikdə anasının, gəlinlərinin yanında 17500 (on yeddi min beş yüz) manat borc pul vermişdir. Verdiyi pulların alınması barədə Aygün xanım öz imzası ilə təsdiqləmişdir. Onlar 3 ay verdiyi puldan istifadə edərək ona 2400 (iki min dörd yüz) manat versələr də, sonradan qalan 15100 (on beş min yüz) manat pulu qaytarmamışlar. Hər dəfə də cavabdehlərdən pulu istəsə də, cavabdehlər onu şantaj edəcəklərini, guya əxlaqsızlıqla məşğul olması barədə həyat yoldaşına deyib, ailəsini dağıdacaqlarını bildirərək digər qohumlarla xəbər göndərmişlər. Bir müddətdən sonra bibisinin evinə gedərək bildirmişdir ki, qızına və nəvəsini başa salsın ki, onun 15100 (on beş min yüz) manat pulunu qaytarsınlar. Əks təqdirdə Dövlət orqanlarına və yaxud məhkəməyə şikayət etmək məcburiyyətində qalacaqdır. Daha sonra qapıya çıxan bibisinin həyat yoldaşı Məhəmməd onu qələmə gəlməyən söyüşlərlə söyərək təhqir etmişdir. Məhəmməd onu tüfənglə və yaxud od vurub yandıracağı ilə hədələmişdir. Elə bu səbəbdən də 28.10.2019-cu il tarixində özünə qəsd edəcəyi barədə və bunun səbəbkarı bibisi Yasəmən, qızı Şəfa, Şəfanın qızı Aygün və bibisinin həyat yoldaşı Məhəmməd olduqlarını bildirərək məktub yazaraq evdə olan dərmanlardan içərək intihara cəhd etmişdir. Lakin cavabdehlər bu günə kimi onun qalan 15100 (on beş min yüz) manat pulu qaytarmırlar. Göstərilənlərə əsasən cavabdehlərdən müştərək qaydada qalan 15100 (on beş min yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddia ərizəsini müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2017-ci ilin əvvəlləri Aygün iş qurmaq istədiyini bildirmiş və ondan borca 17500 manat məbləğində pul vəsaiti almışdır. 2017-ci ilin mart ayından başlayaraq müxtəlif vaxtlarda o cavabdeh Aygünə sözü gedən məbləği hissə-hissə vermişdir. Cavabdehlər ona borclarından ümumilikdə 2400 manat məbləğində pul qaytarmışlar. O, cavabdehlər borcu özünün yaşadığı mənzildə vermişdir. Belə ki, özünə məxsus torpağı sataraq həmin məbləği cavabdehlərə vermişdir. Aygun polisə verdiyi ifadəsində guya ondan aldığı pulları özünün iş gördüyü Fəxrəddin adlı şəxsə verdiyini və həmin şəxsində dələduzduq edərək o pulları mənimsədiyini bildirmişdir. Qeyd etmək istəyir ki, Fəxrəddin adlı şəxsi ümumiyyətlə tanımır və heç bir zaman görməmişdir. Aygünündə kiminlə nə iş görməsi barədə də, onda məlumat olmamışdır. Pulları borc olaraq şəxsən Aygünə vermiş və hətta onların bir qismini torpağını satdığı şəxsin iştirakı ilə vermiş, Aygün isə qeyri-müəyyən müddətdə əlinə pul düşdükcə borcunu geri qaytaracağına söz vermişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, iddiaçı torpaq satdığı üçün onun torpaqğını almış və həmin vaxtdan da, iddiaçını tanımışdır. Cavabdehləri isə qiyabi tanıyır. Belə ki, o torpağın pulunu iddiaçıya hissə-hissə vermiş və həmin vaxtda cavabdehlərdən Aygün adlı xanım onun yanında verdiyi pulu iddiaçıdan götürmüşlər. O, iddiaçıya məxsus torpağı iddiaçıdan 18000 manata almışdır. O, cavabdehlərin yanında iddiaçıya bir dəfə 4500 ABŞ dolları, daha sonra isə 1550 ABŞ dolları və 1130 manat vermiş, iddiaçı həmin məbləği ondan alaraq cavabdeh Aygünə vermişdir. İkinci dəfə hətta onu Aygün xanımın evinə dəvət edərək pulu ondan orda almışdırlar. Həmin vaxt orda adını bilmədiyi başqa, biraz yaşlı xanım və başqa bir oğlanda olmuşdur. O, pulu birinci dəfə bacısının iştirakı, ikinci dəfə isə anası ilə birlikdə Aygün xanımın evinə gedərək vermişdir. Hər iki dəfə Gülnarə xanım pulu ondan alaraq saymadan Aygün adlı xanıma vermiş, o isə pulu sayaraq götürmüş, hətta Gülnarə xanıma ondan aldığı pula dair ona imza etdirməyidə təklif etmiş və onlarda təhvil verən və təhvil alan qismində qəbzə imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, onlar iddiaçıdan torpaq sahəsi almışlar. Həmin torpaq sahəsinin pulunu iddiaçıya hissə-hissə vermişlər. Sonuncu dəfə isə oğlu ilə iddiaçının dediyi yerə getmiş, Gülnarə ilə görüşmüş və onlar birlikdə mənzilin mətbəxinə keçmiş, orada Gülnarə xanim oğlundna pulu alaraq saymadan orda olan Aygün adlı bir xanıma vermiş, həmən xanım isə pulu sayaraq götürmüş və qəbzə də qol çəkmişlər. Olanlardan xeyli vaxt keçdiyinə görə verilən məbləğlər dəqiq yadında deyildir. Pulu nəyə görə Gülnarə xanım deyil digər xanımın aldığı və saydığı ona qəribə gəldiyindən bu barədə yəni, həmən xanımın kim olduöunu soruçduqda Gülnarə xanım pulu alan xanımın onun bibisi qızı olduğunu bildirmişdir. O, pulu nəyə görə Aygünün aldığını soruşduqda, o ona Aygünlə birlikdə iş gördüklərini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı qızı Cavabdeh1 iş qurmaq və ondan gəlir əldə etmək üçün borc olaraq müxtəlif vaxtlarda ümumilikdə 17500 manat məbləğinə pul vermişdir. Sonuncu iddiaçıya olan borcundan 2400 manat məbləğinə ödəniş etmiş, hazırda cavabdehin iddiaçı qarşısında bügünkü günə 15100 manat məbləğində borcu qalmışdır. İşin bu halı iş materiallarında olan cinayət işinin bağlanılmasının rədd edilməsi haqqında 15.03.2021-ci il tarixli qərarla öz təqsdiqini tapmışdır. Belə ki, həmin qərara əsasən Cavabdeh1 izahatında Gülnarənin 17500 manat məbləğində pulu hissə-hissə Fəxrəddin adlı şəxsə verdiyi və sonuncunun da, həmin pulu öz biznesinə yatıraraq ordan gələcək gəlirdən iddiaçıya verəcəyini bildirmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 qızından da tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə iddiaçıdan sözü gedən məbləği Cavabdeh1 aldığı müəyyən edilmiş və eyni zamanda, həmin məbləğin hər hansı bir hissəsinin belə digər Cavabdeh2 qızı tərəfindən alınması barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 15100 (on beş min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı qızının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı qızının xeyrinə ödəniləməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 15100 (on beş min yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı qızının xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı qızının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4190/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4190/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver