Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4194/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin binasında məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi Bakı şəhər Yasamal Rayon Məhkəməsinə 09 iyun 2021-ci il tarixdə daxil olmuşdur. İddiaçı məhkəməyə 09 iyun 2021-ci il tarixdə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsini və ərizəni nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini və ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması xahiş edildiyi üçün İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4194/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4194/2021
17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver