Məhkəmə qərarları › İş №2(004)-42/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-42/2023

16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-42/2023 16.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Nəsirzadə Şərəbanı Ədalət qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh X1, İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilkin, ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli beh müqaviləsindən əmələ gələn öhdəliyi icra etmədyi üçün behin iki misli olan 1000 manat, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunan zərərin əvəzi kimi 14.000 manat, ünvan 1 ünvanında mənzilin təmir işlərinə çəkilmiş xərcin dəyəri olan və zərərin əvəzi kimi 19.000 manat, cəmi 34.000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesinin gedişatında Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15, ev 10 ünvanında yerlşən 10 a saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia tələbi üzrə İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək iddia tələbində qeyd olunan 14.000 manat məbləğində borcun 2950 manat hissəsi azərbaycan manatı ilə və qalıq hissəsi isə 6500 ABŞ Dolları olması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-888/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır. İlkin iddia tələbi üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan firmasının nümayəndəsi X9 ilə ev almaq məqsədi ilə tanış oldu. O bildirdi ki, belə bir ev satırlar. Nümayəndə belə bir evi göstərdi və o, təmirsiz idi. Onlar birlikdə ev sahibi, bu iş üzrə Cavabdeh ilə görüşdü. O, bildirdi ki, bu evi bölüb satır, yəni evin 28.17 kv.m olan yaşayış otağını satdığını bildirdi. Evin çıxarışının və texniki pasportunun surətini ona təqdim etdi və satılan yaşayış otağını göstərdi. Bildirdi ki, texniki pasportda olan 28.17 kv metr yaşayış otağını, 2.5 kv.metr sanitar qovşağı və 15.2 kv.m dəhlizin də yarısını satır. O, sual verdi ki, niyə evi bölüb satır. O dedi ki, ehtiyacı var, evinin çıxarışı bankdadır, onu bankdan götürmək lazımdır. Evin alınan hissəsinin dəyərini onlar 27.000 (iyrmi yeddi min) manata razılaşdılar. Ev tamamilə təmirsiz, ancaq divarlardan ibarət idi. Nə su sayğacı, nə işıq, nə də qaz sayğacı yox idi. Cavabdeh dedi ki, “bu evi təmir et, sayğacları quraşdır, sonra bütün xərcləri mənim pulumdan çıxarsan”. O ona dedi ki, pulu sənə necə verəcək?! Ona görə onlar birlikdə 5 saylı notarat kontoruna getdilər. Notariat kontorunda dedilər ki, evin həmin hissəsinin satılması üçün bankın razılığı lazımdır. Ona görə də onlar ilkin olaraq evin alqı-satqı müqaviləsinin bağlanılmasını təsdiq edən beh müqaviləsi bağlanılması barədə razılaşdılar. 23 aprel 2015-ci il tarixində ünvan 2 ünvanı üçün evin dəyəri 27.000 manat olmaqla və 500 manat nəğd şəkildə ödənilməklə beh müqaviləsi bağladılar. Müqaviləni o, Cavabdeh və firmanın nümayəndəsi X9 imzaladı. 24 aprel 2015-ci ildə onlar "xxxx"ın baş ofisinə getdilər. Bildirdi ki, evin mülkiyyət sənədlərini götürməyə gəlmişlər. Bankda evin qalan borcunu öyrəndilər, dedilər ki, evin 40.000 (qırx min) ABŞ dollarına qədər borcu vardır. O, Cavabdeh dedi ki, “Siz deyirdiniz ki, banka 20.000 manat borcunuz var?”. O bildirdi ki, “məni aldadıblar, mən pul götürümək. istəmişəm, məni aldadıblar, orada 50.000 (əlli min) ABŞ dolları yazıblar, mənə isə 10 min ABŞ dolları veriblər”. O, onunla beh müqaviləsini pozmaq istədi. Cavabdeh ona yalvardı ki, “bu evi al ki, mən banka olan borcumu ödəyim”. O, insanlıq xatirinə onunla razılaşdı. Cavabdeh dedi ki, “arxayınçılıq, yəni təminat üçün evi təmir et və gir yaşa”. O, həmin vaxtı evə təmir etməyə başladı. Təxminən evin bütövlükdə təmirinə təxminən 17.000 və ya 18.000 min manat xərci çıxdı. Evi təmir etdikdən sonra, elə 2015-ci ilin avqust ayında o ailəsi ilə-həyat yoldaşı ilə bu evə köçdü və son günlərə kimi yaşamağa başladı. O, eyni zamanda Cavabdeh evinin ipoteka məsələsinin həlli üçün bu işin dalınca düşdü. Aydınlaşdırdı ki, "xxxx" QSC ilə X7 adlı bir şəxs arasında xx.xx.2010-cu il tarixində kredit müqaviləsi bağlanılmış, müqaviləyə görə bu şəxs bankdan 50.000 (əlli min) ABŞ dolları pul götürübmüş, müqavilənin təminatı olaraq Cavabdeh məxsus ünvan 3 ünvanında olan yaşayış sahəsini ipoteka ilə yüklü etdirmişdir. O, bu şəxsi axtarıb tapdı, kreditin ödənilməli olduğunu, əks halda bu işin hüquq mühafizə orqanlarına verilə biləcəyini dedi. Həmin vaxtı məhkəmə prosesləri getdiyindən, o həm məhkəmələrə və həm də banka gedib-gəlməyə, bu məsələnin bitməsi üçün çalışmağa başladı. xx.xx.2015-ci ildə o Cavabdeh ilə banka getdi. Orada öz adından Zöhrə xanımın qohumu kimi "xxxx" QSC sədrinin adına ərizə yazdı və xahiş etdi ki, Zöhrə xanımın payına düşən 10.000 (on min) manatı ödəməyə hazırdır. Qalan borc məbləğinin ödənilməsi üçün 2 ay vaxt istədi. Ərizəsi bankda qeydə alındı və ştamp vurularaq surəti mənə verildi. Səhəri günü, yəni xx.xx.2015ci ildə o, Cavabdeh, oğlu Elvin Məlikovla banka gəldi və banka 5500 (beş min beş yüz) ABŞ dolları pulu öz adından ödədi. Bundan sonra onlar banka, vəkilə və s. yerlərə ödənilən xərcləri hesabladı və bu təxminən 14.000 (on dörd min) manat edirdi. Ona görə də onlar yəni o və Zöhrə Məmmmədova 19 saylı notariat kontoruna gedərək tərəflər arasında 26 avqust 2015-ci il tarixli kredit müqaviləsini bağladılar. Bu məbləğ, yəni kredit məbləği olan 14.000 (on dörd min) manat həmin günə kimi Cavabdeh üçün banka və digər yerlərə onun çəkdiyi xəclər idi, ona görə də Cavabdeh bu müqaviləyə imza etdi. Müqavilədə həmin vəsaiti o, bir il müddətinə qaytarmalı idi. Bundan sonra Bakı Apellyasiya Məhkəməsində icraat vaxtı bankın tələbinə görə ev hərracdan satılmalı və kredit bağlanılmalı idi. 2015-ci ildən o Şahin Məmmədovun qalan borcları ödəməsi ilə çalışırdı. Şahin Məmmədovu tapdı. Dedi ki, pulu götürmüş, amma imkan olmayıb onu bağlamağa. Nəhayat bu ilin, yəni 2021-ci ilin may ayının 27-də Şahin zəng vurdu ki, o qalıq pulu düzəltmişdir. O, özü gəldi banka və onun iştirakı ilə qalıq borc olan 26.000 (iyirmi altı min) manatı ödədi və ev ipotekadan azad oldu. Bundan sonra onunla Cavabdeh arasında evin alqı-satqısna dair yenidən danışıq oldu, o bildirdi ki, onlar evi 27.000 manata razılaşdımışdı, onun da 14.000 manatı ödənmiş, razılaşdığı kimi evin təmirinə çəkilən xərci nəzərə alsa, təmirə təxminən 17.000-18.000 manat xərc çəkmiş, bu 30.000 manatdan çox edir. Amma o ona bildirdi ki, o hesab edir ki, onun ona 3500 ABŞ dolları borcu qalır, o bunu da ödəməyə hazırdır. Amma bunu notariat kontoruna gedərək rəsmi alıq-satqı müqaviləsi bağlamaqla rəsmiləşdirsinlər. Amma o bildirir ki, “əgər o pulu Siz mənə versəniz evi Sizə satacam? Yox, mən hələ baxacam, Sizinlə alqı-satqı müqaviləsi bağlayım ya yox!” Bundan sonra, təxminən 28 iyun 2021-ci il tarixində o evdə olmayanda Cavabdeh gəlib evin işığını kəsmiş, antenanın, kondisinerin, su qızıdırcısının işığını kəsib yerə atməş, suyu bağlamışdır. O, onları birləşdirsə də, gəlib gördü ki, yenidən onları kəsib. O bundan sonra evin qapısını bağladı. Amma əşyalarının hamısı evin içərisindədir. O, bununla bağlı DİN-nin 102 xidmətinə müraciət etdi. Sahə rəisi gəldi, gördü ki, onun soyuducusunda nəyi var, hamısı xarab olub, tökülüb çölə. Bundan sonra qapını bağlayıb oradan 27-ci Polis Bölməsinə dəvət aldı, orada izahat verdi. Cavabdeh da izahat verdi. Onun bölmədə verdiyi izahatını vəkil sorğu vasitəsi ilə əldə etmişdir. O, izahatında etiraf edir ki, “2010-cu ildə Bankdan pul götürmək məqsədi ilə dələduzlar tərəfindən allandı, sənədlərə qol çəkdi. Məhkəmələrdən qurtarmaq üzrə olanlara qərar çıxdı ki, pul ödənilməli və ya ev hərraca çıxarılmalıdır. 6 ildir ki, bu müsibətdən qurtarmaq üçün 2 otaqlı mənzillərindən birini təmir vasitəsi ilə ayırıb satmağa nail olsun. Müştəri tapıldı və başa saldı ki, 10.000 min pul ödənilməlidr. Yoxsa evi satışa gedər. Müştəri də bununla razılaşdı, amma banka 5500+500+500 dollar dəyərində ödənilib, 3500 dollar pul borc qalıb. Evini alan adam Azər və arvadı Şəhla ödəməkdən imtina edirlər və evindən çıxmaq istəmirlər. Gündə onu günü-günə satırlar, aldadırlar, çünki pulları yoxdur. O, yenidən evi satıb, onların pullarını özlərinə qaytarmaq istəyir və hərracdan evini çıxarmaq istəyir. Bildirir ki, 2015-ci ilin avqust ayından mübahisə olunan ev təmir edilərək həyat yoldaşı ilə artıq 6 ildir ki, burada yaşayır, bütün kommunal xidmət haqlarını-qaz, su, işıq və s. o ödəmişdir. Evin təmir edilməsini təsdiq edən 14 ədəd rəngli foto şəkli əlavə etmişdir. Evin təmirinə çəkilən xərcin miqdarının məhkəmə ekspertizası vasitəsi ilə də öyrənmək olar. 2015-ci ildə cavabdehin özünün etiraf etdiyi kimi banka lazımı xərclər ödənildikdən, kredit götürən şəxsi taparaq kreditin bağlanılmasına nail olunduqdan və ev ipotekadan azad olandan sonra, cavabdeh artıq bu evi ona yox, başqasına satmaq fikrinə düşmüş, onun verdiyi pulları isə özünə qaytarmaq istədiyini Polis Bölməsində bildirməsinə baxmayaraq, onu hələ də qaytarmamışdır. Mənzilin 2015-ci ildə təmir-bərpa işlərinə çəkilmiş xərclərin miqdarının müəyyən olunması üçün qiymətləndirici mütəxəssisə müraciət olunmuş, mütəxəssisin 05 oktyabr 2021-ci il tarixli 07-87/21 saylı rəyi ilə ünvan 1 ünvanında 2015-ci ildə təmir iiçün çəkilmiş xərcin məbləğinin 19.423,14 (on doqquz min dörd yüz iyirmi üç) manat müəyyən edilmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia qaldırmışdır və həmin mülki iş məhkəmənin icraatındadır. Həmin iddia ilə razılaşmayaraq, qarşılıqlı iddia verir. İlk növbədə bildirir ki, məhkəmənin ilk iclası barədə onlara hər hansı bir məlumat verilməmişdir. Buna görə də həmin məhkəmədə iştirak edilməmiş və qarşılıqlı iddia verilməmişdir. Bildirir ki, ikin iddia üzrə İddiaçı iddia tələbi tamamilə əsasssızdır. ünvan 4 ünvanında yerlşən mənzil xüsusi mülkiyyət hüququ ilə qarşılıqlı iddiaçı Cavabdeh məxsusdur. Hal-hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili mülkiyyətçinin konstitusiyon hüquqlarını pozaraq istifadə edir və mənzili təhvil vermir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdeh X2 ilkin iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-888/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 10/5646 nömrəli rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 10/5646 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanına yerləşən mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 6820 manat məbləğində təmir işlərinin aparıldığını nəzərə alaraq 2015-ci ildən bugünə kimi mənzildən istifadə olunmasını nəzərə almaqla amortizasiya xərcləri çıxılmaqla (6820-10%) hal-hazırda təmir işlərinin dəyəri 6138 manat məbləğində müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetsrindən MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15-də istifadədə olan 0.0103 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 1 mərtəbəli binada 65 kv.m ümumi, 49 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 10a nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 981 nömrəli reyestr kitabında xx.xx.2009-cu il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh ilə cavabdeh X2 arasında bağlanmış 26 avqust 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən-X2 borcalan-Cavabdeh 14.000 manat məbləğində borc vermiş və borcalan krediti xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respbulikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis idarəsinin 27-ci plois bölməsinin xx.xx.2021-ci il tarixli 093-16383 nömrəli məktubuna əsasən vətəndaş Cavabdeh müraciəti əlaqədar göndərilmiş sənədlərdən görünür ki, Cavabdeh polis bölməsinə müraciət etmiş və X1 ona 10.000 ABŞ dolları məbləğində pul verəcəyinə dair razılığa gəlmişlər, lakin X2 6500 ABŞ Dollarını ödəmişdir. Bakı şəhəri 53 saylı Notariat kontorundan verilmiş 7E-4273 saylı notariat işində olan "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2010-cu ildə bağlanmış 04M000000887 saylı ipoteka müqaviləsinə əsasən ipoteka verən Cavabdeh öz mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 15, 10 saylı evin 10 A mənzilini bank ilə X7 arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhərində bağlanmış 04L000002865 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması və bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanmış ayrıca razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü edir. Kredit xəttinin məbləği 500.000 ABŞ dolları, müddəti 120 aydır. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 19284 manat qiymətləndirilmişdir. Bakı şəhəri 53 saylı Notariat kontorundan verilmiş 7E-4273 saylı notariat işində olan xx.xx.2014-cü il tarixli 7E/4273 saylı İcra qeydinə əsasən Bakı şəhəri 53 saylı Dövlət Notariat kontorunun notariusu X5 "xxxx" QSC-nin tələbi, ipoteka qoyan (ümumilikdə cəmi 38874.54 ABŞ dolları məbləğində borc, 31 manat xidmət haqqı və 10 manat dövlət rüsumu) Cavabdeh məxsus ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15-də istifadədə olan 0.0103 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 1 mərtəbəli binada, 65 kv.m. ümumi 49 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 10 A nömrəli mənzilə tutma yönəldilməsini təklif etmişdir. Bakı şəhəri 53 saylı Notariat kontorundan verilmiş 7E-4273 saylı notariat işində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 15, 10 saylı evin 10 A nömrəli mənzili "xxxx" QSC badamdar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeydiyyat tarixi xx.xx.2010. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli 2(004)-7504/2016 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh 53 saylı Notariat Kontoruna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-yə qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək cavabdeh 53 saylı Notariat Kontorunun xüsusi notariusu X5 tərəfindən verilimiş 04 aprel 2014-cü il tarixli “tutmanın ipoteka predmetinə yönəldilməsi” haqqında icra qeydinin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə təqdim olunmuş ekspert rəylərinə müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 10/5646 nömrəli ekspert rəyində qoyulmuş suallar dana əhatəli şəkildə cavablandırıldığına görə, hazırki mübahisənin həllində qeyd olunan ekspert rəyi ilə təklif olunan variant tətbiq olunmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil 2009-cu il tarixdən Cavabdeh adına qeydə alınmışdır. Bakı şəhəri 53 saylı Notariat kontorundan verilmiş 7E-4273 saylı notariat işində olan "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2010-cu ildə bağlanmış 04M000000887 saylı ipoteka müqaviləsinə əsasən kredit xəttinin məbləği 500.000 ABŞ dolları, 120 ay müddətinə razılaşmışlar və ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 19284 manat qiymətləndirilmişdir. Daha sonra Bakı şəhəri 53 saylı Notariat kontorundan verilmiş 7E-4273 saylı notariat işində olan xx.xx.2014-cü il tarixli 7E/4273 saylı icra qeydinə əsasən Bakı şəhəri 53 saylı Dövlət Notariat kontorunun notariusu X5 "xxxx" QSC-nin tələbi, ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 15-də istifadədə olan 0.0103 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 1 mərtəbəli binada, 65 kv.m. ümumi 49 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 10 A nömrəli mənzilə tutma yönəldilməsini təklif etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Adıgözəlov küçəsi, dalan 15, 10 saylı evin 10 A nömrəli mənzili "xxxx" QSC badamdar filialının xeyrinə xx.xx.2010-cu il tarixdən ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli 2(004)-7504/2016 saylı qətnaməsinə əsasən həmin icra qeydi ləğv edilmişdir. Belə olduğu halda məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 10/5646 nömrəli rəyini rəhbər tutaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin ediməli, Cavabdeh 6500 ABŞ Dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) məbləğində pul vəsaiti və 6138 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli və ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh 6500 ABŞ Dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla ödənilsin) məbləğində pul vəsaiti və 6138 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar